12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Astrologiya

ULDUZ FALI

2010-03-12

(12 mart 2010)

QOÇ - Maliyyə baxımından düşərli gün olsa da, ümumi ovqatınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.

BUĞA - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhət görülür. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nəzərə alın ki, bu, sizə hədsiz savab qazandıra bilər.

ƏKİZLƏR - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

XƏRÇƏNG - Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

ŞİR - Qəlbinizin məhəbbət guşəsinə baş vurmağınızı təvəqqe edən ulduzlar əsas gücünüzü sevgiyə yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.

QIZ - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.

TƏRƏZİ - Saat 12-yə qədər hansısa ciddi işlərə girişməyin. Əks təqdirdə, xoşagəlməz situasiyalarla rastlaşacaqsınız. Nahardan sonra nüfuzlu şəxslərlə görüşləriniz sizə səmərə verəcək.

ƏQRƏB - Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Büdcənizdə isə artım gözlənilir.

OXATAN - Ümumi məziyyətlərinə görə uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yeni xəbər eşidəcəyiniz də mümkündür.

OĞLAQ - İş yerində həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Odur ki, özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 16-dan sonra şəxsi işlərinizdə dönüş yarana bilər.

SUTÖKƏN - Ulduzların düzümü əsasən səhhətinizə fikir verməyi məsləhət görür. Bunun üçün ilk növbədə əsəblərinizi qorumalı, hər dedi-qoduya fikir verməməlisiniz. Əsas vaxtınızı evdə keçirin.

BALIQLAR - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki yaxın günlərdə bu istiqamətdə uğurlarınız artacaq. Konkret olaraq bu günsə yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.

2236 dəfə baxılıb

Xəbəri paylaş

[07.02.2012] - ULDUZ FALI

[06.02.2012] - ULDUZ FALI

[04.02.2012] - ULDUZ FALI

[02.02.2012] - ULDUZ FALI

[01.02.2012] - ULDUZ FALI

[31.01.2012] - ULDUZ FALI

[30.01.2012] - ULDUZ FALI

[29.01.2012] - ULDUZ FALI

[27.01.2012] - ULDUZ FALI

[24.01.2012] - ULDUZ FALI

[23.01.2012] - ULDUZ FALI

[22.01.2012] - ULDUZ FALI

[20.01.2012] - ULDUZ FALI

[19.01.2012] - ULDUZ FALI

[18.01.2012] - ULDUZ FALI

[17.01.2012] - ULDUZ FALI

[16.01.2012] - ULDUZ FALI

[15.01.2012] - ULDUZ FALI

[14.01.2012] - ULDUZ FALI

[13.01.2012] - ULDUZ FALI

ARXIV

Yeni MÜSAVAT © 2008