12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Astrologiya

ULDUZ FALI

2010-08-31

(31 avqust 2010)

QOÇ - İxtiyarınızda olan bu tarixdə tamamilə məxfi davranış nümayiş etdirməlisiniz. Belə ki, nəzərdə tutduğunuz planları, məqsəd və arzuları ətrafınızda olanlara deməməlisiniz.

BUĞA - Saat 11-15 aralığında yeni simalarla görüşləriniz, uğurlu sövdələşmələriniz gözlənilir. Nəticənin hədsiz dərəcədə uğurlu olmasını nəzərə alıb proqnozun reallaşmasına çalışın. Hər mənada aktiv olun.

ƏKİZLƏR - İstər qarşılıqlı münasibətlərdə, istərsə də iş prinsipində nailiyyətləriniz arta bilər. Amma axşama doğru bəzi bədxahlar əsəblərinizi tarıma çəkə bilər. Odur ki, sərt reaksiya verməməlisiniz.

XƏRÇƏNG - Qarşıda duran bir ayın perspektivlərindən yararlanmaq üçün konkret addımlar atmağa başlayın. Xırda məişət problemlərinə, eyni zamanda dedi-qoduya əbəs yerə vaxt itirməyin. Təklifləri qəbul edin.

ŞİR - Ciddi məsələlərin həllində gözləmə mövqeyi tutmayın. Nəzərə alın ki, vaxt dardır və şansları qaçırmaq sizə uzun müddət sıxıntı verə bilər. Gümanınız gələn hər kəsə üz tutun.

QIZ - Yaxşı olar ki, vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırasınız. Çünki sonrakı saatlarda passivlik mümkündür. Yeni işgüzar sövdələşmələrdə iştirakınız səmərə verə bilər.

TƏRƏZİ - Yaxşı olar ki, bu təqvimi bütünlüklə qarşılıqlı münasibətlərin tənzimlənməsinə həsr edəsiniz. Çünki ulduzlar maliyyə və fəaliyyət sahəsində müəyyən gərginlik vəd edir.

ƏQRƏB - Maliyyə problemlərinizin mövcudluğuna baxmayaraq, bu gündən razı qalacaqsınız. Çalışın ki, görəcəyiniz işləri sistem halına salasınız. Qətiyyən tələskənliyə yol verməyin!

OXATAN - Günün birinci yarısını müəyyən qədər gərginlik içərisində başa vura bilərsiniz. Xüsusən də fəaliyyət zəminində bəzi xoşagəlməzliklər mümkündür. Amma hər halda, tədbirli olmalısınız.

OĞLAQ - Qərarlarınızda obyektiv olduğunuz təqdirdə mübarizədən çəkinməyin. Amma elə edin ki, ətrafınızda olanlar doğru yol tutduğunuzu qəbul etsin. Pulla bağlı sıxıntılarınız azala bilər.

SUTÖKƏN - Bir neçə günlük süstlükdən sonra işləriniz artacaq. Xüsusən də nahardan sonra bərk yorulacağınız gözlənilsə də, zəhmətinizin bəhrəsini mütləq görəcəksiniz. Ailə üzvlərinizə hörmət edin.

BALIQLAR - Yersiz risklərdən uzaq olun. Əgər iştirakçısı olduğunuz situasiyaları dərindən duymursunuzsa, inandığınız adamların məsləhətlərindən yararlanın. Vaxtınız əyləncələrə itirməyin.

1355 dəfə baxılıb

Xəbəri paylaş

[07.02.2012] - ULDUZ FALI

[06.02.2012] - ULDUZ FALI

[04.02.2012] - ULDUZ FALI

[02.02.2012] - ULDUZ FALI

[01.02.2012] - ULDUZ FALI

[31.01.2012] - ULDUZ FALI

[30.01.2012] - ULDUZ FALI

[29.01.2012] - ULDUZ FALI

[27.01.2012] - ULDUZ FALI

[24.01.2012] - ULDUZ FALI

[23.01.2012] - ULDUZ FALI

[22.01.2012] - ULDUZ FALI

[20.01.2012] - ULDUZ FALI

[19.01.2012] - ULDUZ FALI

[18.01.2012] - ULDUZ FALI

[17.01.2012] - ULDUZ FALI

[16.01.2012] - ULDUZ FALI

[15.01.2012] - ULDUZ FALI

[14.01.2012] - ULDUZ FALI

[13.01.2012] - ULDUZ FALI

ARXIV

Yeni MÜSAVAT © 2008