12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Astrologiya

ULDUZ FALI

2010-09-01

(01 sentyabr 2010)

QOÇ - İlk öncə ailə-sevgi münasibətlərini yaxşılaşdırın ki, gərginliyiniz azalsın. Günün ikinci yarısında sürprizlər mümkündür. Şəxsi büdcənizi artırmaq ehtimalınız da var. Yaxın səfərə çıxmağa dəyər.

BUĞA - Ulduzlar bütün səlahiyyəti öz əlinizə verəcək. Odur ki, hər bir məsələdə obyektiv qərarlar qəbul etməlisiniz. Ətrafınızda olanlarla xoş davranın. Pulla bağlı diqqətli olun.

ƏKİZLƏR - Hiss olunur ki, hansısa məsələyə görə tərəddüd içində qalmısınız. Əgər özünüz qərar çıxara bilmirsinizsə, etibar etdiyiniz insanlarla məsləhətləşin. Ayın bürcünüzdə olduğunu da unutmayın.

XƏRÇƏNG - Dünənki ovqatınız bu gün də davam edəcək. Ətrafınızda hər şey gözəl olacaq. Hətta maddi durumunuz imkan versə, səfər də etmək olar. Şəxsi işlərinizdə isə dönüş gözlənilir.

ŞİR - Kifayət qədər gərgin gün olduğundan tədbirli və ehtiyatlı olmağı unutmayın. Özünüzü istənilən təzyiq və təxribatdan qoruyun. Nəqliyyatda isə xüsusilə diqqətli olmalısınız.

QIZ - Bəri başdan nəzərinizə çatdıraq ki, bu təqvim sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın ki, əsas vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edəsiniz.

TƏRƏZİ - Təzə ayın bu ilk günündə ulduzlar sizə daha çox istirahət vəd edir. Maraqlı sürprizlər, qonaqlıqlar yolunuzu gözləyir. Nahardan sonrakı saatlarda ovqatınızı yüksəldən insanlarla rastlaşacaqsınız.

ƏQRƏB - O qədər də uğurlu gün deyil. Daxili sıxıntılarınız, səhhətinizlə bağlı problemlər, eləcə də mövcud şəraitdən narazılığınız əhvalınızı aşağı sala bilər. Yalnız qazanmaq şansınız var.

OXATAN - Bəri başdan nəzərinizə çatdıraq ki, bu gün uzaq səfərə çıxmağınız məsləhət deyil. Vaxtınızı ailənizlə və ya müştərək fəaliyyət göstərdiyiniz dostlarınızla birlikdə keçirin.

OĞLAQ - Məhəbbət və pul. Göy qübbəsi bu gün sizə məhz bu iki sahədə uğurlar bəxş edəcək. Deməli, büdcənizi ağırlaşdırıb sevdiyiniz adamla maraqlı bir təqvim yarada biləcəksiniz. Hər halda, uğurlar!

SUTÖKƏN - Düşünülməmiş risklərdən uzaq olsanız, ulduzlar sizi incitməyəcək, əksinə, günün sonuna qədər ovqatınızın xoş olması üçün canfəşanlıq göstərəcək. Axşam təzə xəbərlər də gözlənilir.

BALIQLAR - Hansısa qanqaraldan hadisə gözlənilmir. Şübhə ilə yanaşdığınız adamları isə ittiham etməyə tələsməyin. Sizə hadisələri dərindən analiz etmək lazımdır. Nahar ərəfəsində təklif ala bilərsiniz.

1497 dəfə baxılıb

Xəbəri paylaş

[07.02.2012] - ULDUZ FALI

[06.02.2012] - ULDUZ FALI

[04.02.2012] - ULDUZ FALI

[02.02.2012] - ULDUZ FALI

[01.02.2012] - ULDUZ FALI

[31.01.2012] - ULDUZ FALI

[30.01.2012] - ULDUZ FALI

[29.01.2012] - ULDUZ FALI

[27.01.2012] - ULDUZ FALI

[24.01.2012] - ULDUZ FALI

[23.01.2012] - ULDUZ FALI

[22.01.2012] - ULDUZ FALI

[20.01.2012] - ULDUZ FALI

[19.01.2012] - ULDUZ FALI

[18.01.2012] - ULDUZ FALI

[17.01.2012] - ULDUZ FALI

[16.01.2012] - ULDUZ FALI

[15.01.2012] - ULDUZ FALI

[14.01.2012] - ULDUZ FALI

[13.01.2012] - ULDUZ FALI

ARXIV

Yeni MÜSAVAT © 2008