12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Astrologiya

ULDUZ FALI

2010-09-02

(02 sentyabr 2010)

QOÇ - Bu təqvimdən başlayaraq ürəkaçan dövranınız start götürəcək. Daha heç bir gərginliklə qarşılaşmayacaqsınız. Ulduzlar nahardan sonra büdcənizdə artım olacağını da bildirir.

BUĞA - İşgüzar əlaqələri dərinləşdirmək üçün birə-beş qat əzmkarlıq göstərməlisiniz. Qarşılıqlı anlaşma sizin üçün vacib şərtdir. Şəxsi həyatınızda mühüm rol oynayan adamlarla ünsiyyəti qoruyun.

ƏKİZLƏR - Maddi problemləriniz qabardığından bütün sahələrdə daxili süstlük sizi tərk etmir. Lakin usanmağa dəyməz. Ən azı ona görə ki, saat 14-dən sonra bu yönümdə uğurlu məqamlar yaşayacaqsınız.

XƏRÇƏNG - Həmkarlarınızla, qonşu və qohumlarınızla aranızda soyuqluq gözlənilir. Bu kimi xoşagəlməzlikləri dəf etmək üçün təmkin nümayiş etdirməlisiniz. Nahardan sonra müqəddəs yerlərə baş çəkin.

ŞİR - Saat 16-ya qədər əsəblərinizi qoruya bilsəniz, sonrakı müddəti rahat şəraitdə başa vuracaqsınız. Ümumiyyətlə, yaxşı olar ki, bu gün qeyri-ənənəvi, riskli işlərdən uzaq olasınız.

QIZ - Öz bürcünüzün enerjili vaxtı olduğundan bu gözəl ayın ən düşərli bir gününü yaşayacaqsınız. Ələlxüsus da saat 12-17 arası maraqlı sövdələşmələrin iştirakçısına çevrilə bilərsiniz.

TƏRƏZİ - Yeri gəldi-gəlmədi, özünüzü tərif etməkdən vaz keçin. Bu, nüfuzunuza ciddi xələl gətirə bilər. Çalışın ki, ünsiyyətdə olduqlarınıza mərhəmət göstərəsiniz. Səhhətinizə fikir verin.

ƏQRƏB - Hər mənada düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də şəxsi büdcənizin dirçəlməsində uğura yiyələnəcəksiniz. Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.

OXATAN - Sağlamlığınızla bağlı bir neçə problemlə rastlaşma ehtimalınız var. Atmosferin bu çirkli çağında səhhətinizi xüsusilə toz-torpaqdan qorumalısınız. Digər işlərinizi təxirə də sala bilərsiniz.

OĞLAQ - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda xoşagəlməzliklər baş qaldıra bilər. Sonrakı müddətdə isə nəzərdə tutduğunuz planları reallaşdırmaqda çətinlik çəkməyəcəksiniz.

SUTÖKƏN - Sevinc dolu hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, büdcənizdə ciddi artım da olsun. Amma yersiz qərarlar çıxarmaq fikrindən uzaq olun. Həmkarlarınızla dil tapmağa çalışın.

BALIQLAR - Xoş ovqat qazanmaq üçün bu təqvimdən maksimum istifadə etməlisiniz. Bu istiqamətdə Göy qübbəsi də sizə yardımçı olacaq. Sevindirici xəbərlər, maraqlı məclislər yolunuzu gözləyir.

1560 dəfə baxılıb

Xəbəri paylaş

[07.02.2012] - ULDUZ FALI

[06.02.2012] - ULDUZ FALI

[04.02.2012] - ULDUZ FALI

[02.02.2012] - ULDUZ FALI

[01.02.2012] - ULDUZ FALI

[31.01.2012] - ULDUZ FALI

[30.01.2012] - ULDUZ FALI

[29.01.2012] - ULDUZ FALI

[27.01.2012] - ULDUZ FALI

[24.01.2012] - ULDUZ FALI

[23.01.2012] - ULDUZ FALI

[22.01.2012] - ULDUZ FALI

[20.01.2012] - ULDUZ FALI

[19.01.2012] - ULDUZ FALI

[18.01.2012] - ULDUZ FALI

[17.01.2012] - ULDUZ FALI

[16.01.2012] - ULDUZ FALI

[15.01.2012] - ULDUZ FALI

[14.01.2012] - ULDUZ FALI

[13.01.2012] - ULDUZ FALI

ARXIV

Yeni MÜSAVAT © 2008