12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Astrologiya

ULDUZ FALI

2010-09-03

(03 sentyabr 2010)

QOÇ - Qarşılıqlı münasibətlərdə yaranan anlaşılmazlıqları bir kənara qoyub aktiv fəaliyyətə başlayın. Hər hansı mübahisə və konflikt yalnız zərərinizə ola bilər. Uzaq yola çıxmayın.

BUĞA - İstəyib-istəməmənizdən asılı olmayaraq bu təqvimdə işgüzarlığınız artacaq. Bu baxımdan iş prinsipinizdə bir çox yeniliklər nəzərə çarpacaq. Cəhd göstərsəniz, pul da qazanacaqsınız.

ƏKİZLƏR - Fəaliyyətinizdə müəyyən passivlik müşahidə olunacaq. Odur ki, gücünüz çatmayan işlərdən yapışmamalısınız. ?ahardan sonra yaxın ünvanda yaşayan yaxınlarınıza baş çəkin.

XƏRÇƏNG - Təxminən saat 12-yə qədər gərgin situasiyalarla rastlaşacağınız gözlənilir. Ələlxüsus da həmkarlarınızla təmkinli davranmalısınız. ?ahardan sonra isə xoş ovqat qazanacaqsınız.

ŞİR - Sentyabra böyük ümidlər bəslədiyiniz bəllidir. Amma bu ümidlərə qovuşmaq üçün cəhdlər də etməlisiniz. Özünüzə aludə olmaqdansa müştərək işlərə daha çox yer ayırın. Ruhdan düşməyin.

QIZ - Hələ ki, sentyabrın gəlişi sizə xoş ovqat bəxş etməkdədir. Başqa cür də ola bilməz. Çünki indi “hakimiyyətdə” sizin bürcdür. Günorta yeni işlə bağlı sövdələşmə aparmaq olar.

TƏRƏZİ - Təzə ayın təəssüratlarını, payız əhval-ruhiyyəsini bir kənara qoyun. Çünki qarşınızda duran çoxsaylı vəzifələrin öhdəsindən gəlməyiniz lazımdır. Bu gün oturaq işlərdən uzaq olmalısınız.

ƏQRƏB - Məsləhətsiz hansısa addımı atmayın. Unutmayın ki, indi həyatınızın ən keşməkeşli dövrünü yaşamaqdasınız. Özünüzü itirməyin. Günün ikinci yarısında maraqlı hadisələr olacaq.

OXATAN - Hər şey çıxardığınız qərarlardan asılıdır. Bədxislətli şəxslərin atmacalarına vaxt itirməkdənsə, mötəbər adamlarla işbirliyi yaradın. Unutmayın ki, karyeranız yüksəliş ərəfəsindədir.

OĞLAQ - Daxili narahatçılığınız tədricən səngiməyə başlayacaq. Üzləşdiyiniz proseslər sevincinizə səbəb olacaq. Ulduzlar təvəqqe edir ki, ağıllı adamların məsləhətlərini qulaqardına vurmayasınız.

SUTÖKƏN - İş və fəaliyyətlə bağlı olduqca düşərli gündür. Odur ki, əsas diqqətinizi bu istiqamətə yönəltməlisiniz. Münasibətlərdə isə ehtiyatlı olun. Böyük dəyişikliklər astanasındasınız.

BALIQLAR - Adətən sentyabrın bu təqvimi sizin üçün həmişə böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də qarşınıza çıxan hər bir şansdan yararlanmalısınız. Sirlərinizi hər kəsə açmayın.

2080 dəfə baxılıb

Xəbəri paylaş

[07.02.2012] - ULDUZ FALI

[06.02.2012] - ULDUZ FALI

[04.02.2012] - ULDUZ FALI

[02.02.2012] - ULDUZ FALI

[01.02.2012] - ULDUZ FALI

[31.01.2012] - ULDUZ FALI

[30.01.2012] - ULDUZ FALI

[29.01.2012] - ULDUZ FALI

[27.01.2012] - ULDUZ FALI

[24.01.2012] - ULDUZ FALI

[23.01.2012] - ULDUZ FALI

[22.01.2012] - ULDUZ FALI

[20.01.2012] - ULDUZ FALI

[19.01.2012] - ULDUZ FALI

[18.01.2012] - ULDUZ FALI

[17.01.2012] - ULDUZ FALI

[16.01.2012] - ULDUZ FALI

[15.01.2012] - ULDUZ FALI

[14.01.2012] - ULDUZ FALI

[13.01.2012] - ULDUZ FALI

ARXIV

Yeni MÜSAVAT © 2008