12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

DÜNYANIN ƏCƏL SAATI İŞƏ DÜŞDÜ

2010-03-06

Şimal Buzlu okeanın buzlaşmış tavanı deşilib

Şimal Buzlu okeanın buzlaşmış tavanında dəliklər yaranıb və dənizin buzlaşmış tavanında sıxılmış vəziyyətdə olan təhlükəli miqdarda metan qazı atmosferə sızmağa başlayıb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, dəliklər okean tavanının Şərqi Sibir Arktik şelfi adlanan bölgəsindədir.

İqlimşünaslar və geoloqlar bildirirlər ki, metan ehtiyatlarının çox cüzi qismi belə atmosferə daxil olması ani və kəskin qlobal iqlim dəyişikliyinə yol açacaq. Qorxunun iki səbəbi var. Birincisi, bölgədə donmuş okean tavasında sıxılmış vəziyyətdə olan metan ehtiyatlarının həcmi çox böyükdür. İkincisi, metan bu gün qlobal iqlim dəyişikliyinin əsas səbəbi sırasında göstərilən karbondioksitdən 30 qat daha təsirlidir. Hazırda bu dəliklərdən sızan metan qazı dünyanın bütün okeanlarının tavalarından sızan metan qazına bərabərdir. Ancaq sızma artarsa, bu həcm dəfələrlə artacaq.
Dünyanın geoloji tarixində soyuq dönəmlərdə atmosferdə metan qazının həcmi 3/10 000 000, 4/ 10 000 000 nisbətində, isti dövrlərdə 6/10 000 000, 7/10 000 000 nisbətində olub. Ancaq Şimal Buzlu okeanın tavanında olan metan ehtiyatları atmosferə sızarsa, atmosferdə 18/ 10 000 000 nisbətindən də çox metan qazı olacaq.
Bölgədəki metan ehtiyatlarının hətta 1 faizi belə atmosferə daxil olarsa, atmosferdə metanın miqdarı 3-4 faiz artacaq. Bu da zəif baş verən qlobal istiləşmənin sürətlənərək bəşəriyyət üçün faciəvi iqlim dəyişikliyə yol açmasını şərtləndirəcək.
Rus alimlərinin apardıqları araşdırma zamanı Şimal Buzlu okeanın tavanında 100-dən çox dəlik aşkarlanıb. Donmuş tavan əriyir ki, bu da dəliklərin sürətlə artmasına və genişlənməsinə zəmin yaradır. Okean dərinliklərindəki metan qazı üzə çıxana qədər suda oksidləşərək, karbon oksidə çevrilir. Ancaq dəliklərin əksəriyyəti materikə yaxın yerlərdə olduğu üçün okeanda tam oksidləşmir və atmosferə daxil olur.
Məhkəmə təhsil ekspertinə qarşı xüsusi ittihamı icraata götürdü
Dünən Yasaml rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə Təhsil Nazirliyinin nəzdində olan Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) üzvləri tərəfindən “Pedoqogika” nəşriyatının direktoru Əlövsət Osmanlıya qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham üzrə hazırlıq iclası keçirilib. Cavabdeh tərəf iclasda audio yazılışının və video çəkilişinin aparılmasına şəraiti yaradılmasını hakimdən xahiş etdi. Lakin isə buna icazə vermədi. Bu zaman gərgin müzakirələr başladı. Ə.Osmanlı onun həbs olunması haqda sifariş verildiyini deyərək buna görə çəkilişin aparılmasının əhəmiyyətli olduğunu söylədi. Hakim onun fikirləri ilə razılaşmadı.
Ə.Osmanlının vəkili Elçin Sadıqov xüsusi ittihamçıların hazırlıq iclasına gəlmədiklərini deyərək iddianın qəbul olunmamasını xahiş etdi. İttihamçıların vəkili Cavad Cavadov isə ittihamı müdafiə etdiyini bildirdi. Ə.Osmanovun nümayəndəsi Fikrət Süleymanoğlu DQŞ tərəfindən təsdiq edilən üç kitabda Azərbaycan Respublikasının bayrağının yaşıl və mavi rənglərinin yerinin dəyişik olduğunu hakimin diqqətinə çatdırdı. Müşavirədən sonra hakim xüsusi ittihamın icraata götürüldüyünü elan edib.
Qeyd edək ki, iddiaçılar 11 şəxsdir. Onların arasında deputat Nizami Cəfərovda var. İddiaya səbəb Ə.Osmanlının “Azadlıq” qəzetində “Mərdanovun qaragüruhçuları” başlıqlı məqaləsi olub. Məqalədə ölkədə dərc olunan dərsliklər və təhsil naziri Misir Mərdanov tənqid edilib.

SAMİR

2242 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜĞƏNNİ WHITNEY HOUSTON VƏFAT EDİB (FOTO/VİDEO)

[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO)

[12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

[31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI

[30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB

[30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008