|
Dünya
PAKİSTAN TALİBLƏRİNİN LİDERİ ÖLDÜRÜLÜB 2010-03-07
|
Pakistan taliblərinin lideri Mövlana Fakir Məhəmməd aviasiya zərbəsi nəticəsində öldürülüb. Aviazərbəni Pakistan HHQ-nə məxsus vertolyotlar yaraqlıların Mohmənd vilayətində gizləndiyi sığınacağa endiriblər. Sığınacaqda olan 16 yaraqlının hamısı həlak olub.
Pakistanın daxili işlər naziri Rəhman Malik əldə olunmuş məlumata görə, Mövlana Fakir Məhəmmədin zərbə zamanı sığınacaqda yüksək rütbəli başqa bir taliblə danışıq apardığını bildirib.
Mövlana Fakir Məhəmməd «Taliban»ın Pakistan bölməsinə 2010-cu ilin yanvarında Həkimulla Məsud aviasiya zərbəsi nəticəsində qətlə yetirildikdən sonra rəhbərlik edirdi. 504 dəfə baxılıb
|