|
Dünya
82 YAŞLI MİSİR PREZİDENTİ ALMANİYADA ƏMƏLİYYAT OLUNDU 2010-03-08
|
Misir prezidenti Hüsnü Mübarəkin səhhətində ciddi problem yaranıb və o təcili Almaniyadakı klinikalardan birinə aparılıb. Qərb mənbələrinin məlumatlarına görə, 82 yaşlı Mübarək Almaniyanın Heydelberq şəhərindəki klinikada yerləşdirilib və onun üzərində təcili cərrahiyyə əməliyyatı aparılıb. Misir prezidentinin mədəaltı vəzidən əməliyyat olunduğu bildirilir. Həkimlər deyiblər ki, bir neçə saatlıq əməliyyatdan sonra Mübarək narkoz altından çıxıb və reanimasiya palatasında yerləşdirilib. Onun yanında ailə üzvləri və digər yaxınları var. Bildirilir ki, cərrahiyə əməliyyatına girməzdən əvvəl Mübarək bütün səlahiyyətlərini xüsusi fərmanla ölkənin ikinci şəxsi olan baş nazir Əhməd Nazifə təhvil verib. Mübarək ötən həftə Almaniyaya işgüzar səfər edib və burada kansler Angela Merkellə görüşüb. Misir prezidenti əvvəllər ürəyindən də əməliyyat olunub, ölkə müxalifəti bir neçə dəfə onun öldüyü haqda şayiələr yayıb. Məlumatlara görə, Mübarək özündən sonra oğlunu hakimiyyətə hazırlayır. Siyasət şöbəsi 694 dəfə baxılıb
|
[12.02.2012] - MÜĞƏNNİ WHITNEY HOUSTON VƏFAT EDİB (FOTO/VİDEO) [12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO) [12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI [12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB [11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR) [09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB [08.02.2012] - QADIN NİNDZA ORDUSU! [07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR) [07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI [06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI [05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ [04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ [03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI [03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO) [03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI [03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA [03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ [31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI [30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB [30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU ARXIV
|