 |
Dünya
KİNOŞÜNASLARIMIZ “OSKAR” ALAN FİLMLƏRİ İZLƏMƏYİBLƏR 2010-03-10 Onlar buna vaxt və imkanın olmadığını deyirlər
|
Amerika Kino Akademiyasının ənənəvi olaraq hər il keçirdiyi “Oskar” mükafatının təqdimatında əsas nominasiyalar üzrə qalıblərin adları açıqlanıb. Fevralın 7-də Los-Anclesdə Kodak kinoteatrında keçirilən mərasimdə ən yaxşı film nominasioyasına “Fırtınalar Padşahı”, ən yaxşı rejissor nominasiyasına Ketrion Biqelou, ən yaxşı aktyor nominasiyasına Ceff Brices, ən yaxşı aktrisa nominasiyasına Sandra Bullok layiq görülüb. İkinci planda ən yaxşı aktyor nominasiyasına Kristof Uolts (“Şərəfsiz yaramazlar”), ən yaxşı aktrisa nominasiyasına Monik (“Güc ver”), ən yaxşı cizgi filmi nominasiyasına “Yuxarı”, ən yaxşı film musiqisi nominasiyasına “Dəli ürək”, ən yaxşı əcnəbi film nominasiyasına “Onların gözlərinin sirri” filmi layiq görülüb. Dünyanın ən bahalı filmi “Avatar” (iki milyard dollara çəkilib) üç, “Yuxarı” filmi isə 2 nominasiyada qalıb gəlib. Maraqlıdır, görəsən bizim kinoşünaslar və rejissorlar “Oskar” mükafatına namizəd filmləri izləyiblərmi? Kinoaktyorlar Gildiyasının sədri Həmidə Ömərova filmləri izləmək imkanının olmadığını söylədi: “Münsiflər heyətinin üzvü deyiləm ki, filmlərə baxmış olum. Xəbərim yoxdur. ”Oskar"a layiq görülən filmlərin əksəriyyəti haqda ancaq müəyyən təsəvvürlərim var. Xəbərləri telekanallardan izləmişəm. Amma filmləri izləməmişəm. Canlı yayım olub. Amma qadınlar bayramı olduğundan onlara baxa bilməmişəm. Həmin filmlər yeni olduğundan, onları pirat disklərdən izləmək mümkündür. Yəqin ki, filmlər bazarlarda yayılacaq biz də baxacağıq". H.Ömərova filmlərin ükafatlandırılmasından da danışdı: “Oskar” verilən film yüz faiz mükafata layiqdir deyə, bir şey yoxdur" . Müsahibimizə görə, “Oskar” aktyora və rejissora prestij gətirir : “Aktyor və rejissorlara, filmin musiqisini yazan bəstəkarlara ”yaşıl işıq" yandırır. Bu karyera nöqteyi-nəzərində çox yaxşıdır. Avropada elə gözəl filmlər var ki, onlar heç bu mükafata layiq görülməyiblər. “Kan” mükafatı alan həmin filmlər həm peşəkarlıq, həm də məzmun etibarilə çox yaxşı filmlərdir". Elə filmlər də var ki, onlara o qədər də xərc çəkilməyib, amma həmin filmlər “Oskar”a layiq görülüb: “Məsələn, rejissor Ceyms Kameronun 1997-ci ildə çəkdiyi ”Titanik" filmi öz dövrünün ən bahalı filmlərdən biri idi. Həmin filmi 11 “Oskar”a layiq görüldü. Onun “Su kainatı” filmi vaxtilə ən bahalı film idi. Amma “Oskar”a layiq görülmədi. Həmin rejissorun çəkdiyi hər bir film bu mükafata layiq idi. “Oskar”a layiq görülməyib. Mükafat almasalar da, zaman göstərdi ki, onların hər biri ən yaxşı sənət əsəridir. Filmin həqiqətən də aldığı mükafata layiq olub-olmadığını zaman göstərəcək. Şəxsən mən hesab edirəm ki, “Titanik” 11 “Oskar”a layiq deyildi. O filmdə yaxşı aktyor oyunu var idi". Kinorejissor, əməkdar incəsənət xadimi Ənvər Əbluc da qeyd edilən filmlərin heç birini izləmədiyini söylədi: “Baş qarışıq olub. Texniki imkanlar yoxdu. Amma dünən bir balaca xəbərləri eşitdim. Filmləri isə izləməmişəm”. Leyla İLQAR 662 dəfə baxılıb
|
[13.02.2012] - TÜRKMƏNİSTANDA PREZİDENT SEÇKİSİ OLDU [13.02.2012] - ESTRADANIN QARA BRİLYANTI ÖLDÜ [13.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ [13.02.2012] - MİSİR PREZİDENTİ HƏRBÇİLƏRDƏN SEÇİLƏ BİLƏR [12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO) [12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI [12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB [11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR) [09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB [08.02.2012] - QADIN NİNDZA ORDUSU! [07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR) [07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI [06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI [05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ [04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ [03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI [03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO) [03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI [03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA [03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ ARXIV
|