|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
ABŞ-ın müdafiə naziri Robert Geytsin və İran prezidenti Mahmud Əhmədinejadın Əfqanıstana eyni vaxtda səfər etməsi onların arasında söz atışmasına səbəb olub. Xəbərlərə görə, İran prezidentinin Kabildə olduğu saatlarda ora səfərə gələn Robert Geyts jurnalistlərin bu təsadüf haqda sualına belə cavab verib: “Əlbəttə, onun səfəri cansıxıcı durumdur. Əfqanıstanın bütün qonşuları ilə yaxşı münasibətlərdə olmasını istəyirik, ancaq qonşuları da Əfqanıstana və onun hökumətinə eyni şəkildə ədalətli davranmalıdır”. Geyts deyib ki, İran bir tərəfdən ABŞ-ın “Taliban”la mübarizəsinə əngəl törətməyə çalışır, o biri tərəfdən isə Kabil hökumətinin dəstəyini almağa çalışaraq ikibaşlı oyun oynayır. Əhmədinejad isə jurnalistlərin Geytsin onun barəsində dediklərinə münasibət bildirərkən deyib ki, əvvəlcə ABŞ-ın müdafiə nazirinin Kabildə nə axtardığını soruşmaq lazımdır: “Əvvəlcə o desin görək ölkəsindən 12 min kilometr uzaqlıqda nə axtarır? ABŞ əsfgərləri Əfqanıstana terrorla mübarizə üçün gəlib, yoxsa başqa məqsədləri var? Başqa məqsədləri yoxdursa, bunu sübut etsinlər”. Siyasət şöbəsi 1243 dəfə baxılıb
|
[13.02.2012] - TÜRKMƏNİSTANDA PREZİDENT SEÇKİSİ OLDU [13.02.2012] - ESTRADANIN QARA BRİLYANTI ÖLDÜ [13.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ [13.02.2012] - MİSİR PREZİDENTİ HƏRBÇİLƏRDƏN SEÇİLƏ BİLƏR [12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO) [12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI [12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB [11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR) [09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB [08.02.2012] - QADIN NİNDZA ORDUSU! [07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR) [07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI [06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI [05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ [04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ [03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI [03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO) [03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI [03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA |
| Yeni MÜSAVAT © 2008 |
|