13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

SAAKAŞVİLİ OBAMA İLƏ GÖRÜŞMƏK ÜÇÜN 300 MİN DOLLAR XƏRCLƏYİB

2010-03-11

Gürcüstan prezidenti gələn ay Vaşinqtona səfər edəcək

Gürcüstan prezidenti Mixail Saakaşvili gələn ay nüvə silahlarının yayılmamasına dair sammitə qatılmaq və ikitərəfli münasibətlərə dair danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək. Gürcüstan mənbələrinin məlumatlarına görə, Saakaşviliyə dünyanın bir çox ölkələrinin liderlərinin qatılacağı sammitdə iştirak üçün dəvət hələ fevral ayında göndərilib.

Lakin onun prezident Barak Obama və digər yüksək rütbəli şəxslərlə ayrıca ikitərəfli görüşləri bu günlərdə razılaşdırılıb. Amerikadakı qaynaqlardan alınan məlumata görə, Saakaşvili sammitdə iştirakını başa vurduqdan sonra Ağ Evdə prezident Barak Obama ilə görüşəcək. Onun dövlət katibi Hillari Klinton, vitse-prezident Cozef Bayden və müdafiə naziri Robert Geytslə də görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Saakaşvili bu günədək Obama ilə görüşməyib. O, ötən ilin sentyabrında BMT Baş Assambleyasının sessiyasına qatılmaq üçün Nyu Yorka səfər etmişdi, ancaq ABŞ rəhbərlərindən təkcə Hillari Klintonla görüşə bilmişdi. Obamanın inauqurasiya mərasimində isə Gürcüstandan ancaq müxalifət lideri İrakli Alasaniya olub.
Saakaşvili Corc Buş administrasiyası dövründə ABŞ-ın ən çox dəstək verdiyi xarici liderlərdən biri idi. Prezident Buş Saakaşviliyə və Gürcüstana dəstək vermək üçün Tiflisə səfər edib, həmçinin onun administrasiyasının yüksək rütbəli üzvləri Gürcüstanda olublar. Lakin prezident Obama hakimiyyətə gələndən sonra Rusiya ilə qarşıdurmaya getməmək üçün Gürcüstana münasibətdə ehtiyatlı siyasət aparır və Saakaşvilidən məsafə saxlayır. Bu günədək Obama Gürcüstan məsələsində Rusiyanı heç vaxt açıq tənqid etməyib.
Kremlin təzyiqlərindən yaxa qurtara bilməyən Saakaşvili isə Ağ Evdəki yeni administrasiya ilə yaxınlıq üçün xeyli səy göstərməli olub. O, bu yaxınlarda ABŞ-ın Əfqanıstan missiyasına ciddi dəstək verərək bu ölkəyə “Taliban”la döyüşmək üçün 1500 gürcü əsgəri göndərməyi qərara alıb.
Lakin Rusiya mənbələri xəbər verir ki, Saakaşvili Obama ilə görüş almaq üçün həm də xərcə düşməli olub. “Kommersant” qəzetinin yazdığına görə, Saakaşvilinin Obama ilə görüşünün təşkili üçün “Rodesta Group” lobbi şirkətinə Gürcüstan hökuməti adından sifariş verilib. Sifarişin məbləği 300 min dollardır. Şirkətin rəsmi saytında da Gürcüstan hökumətindən alınan sifariş göstərilib və bu lobbi xidməti qanunlar əsasında Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Orada deyilir ki, şirkət aldığı 300 min dolların əvəzində Gürcüstanın xeyrinə hakimiyyət orqanları ilə əlaqələr qurulması və piar aparılması, habelə Gürcüstan rəhbərliyinin təmsilçilərinin Amerika konqresmenləri və məmurları ilə görüşlərinin təşkilini həyata keçirir.
Müqavilənin müddəti bu il iyunun 30-da bitir, ancaq onu daha 6 ay uzatmaq olar. Müqaviləni Gürcüstan hökuməti adından Milli Təhlükəsizlik Şurasının katibi Eka Tkeşelaşvili və “Rodeta Group”un baş direktoru Kimberli Fritts fevralın 3-də imzalayıblar. Gürcüstandakı mənbələrdən təsdiq ediblər ki, bu firmanın apardığı lobbi fəaliyyətləri artıq öz bəhrəsini verib və Saakaşvilinin ABŞ-a işgüzar səfəri, habelə Obama ilə görüşü razılaşdırılıb.
Qeyd edək ki, Obamanın səlahiyyətlərinin icrasına başladıqdan sonra verdiyi ilk qərarlardan biri Ağ Ev üzərində bu tipli lobbi fəaliyyətlərinin təsirinin aradan qaldırılması barədə idi. O, öz administrasiyasının üzvlərinə qəti tapşırıq vermişdi ki, lobbiçilərin Ağ Evdən ayağını kəssinlər və onların Vaşinqtonun siyasəti üzərində təsir imkanlarını aradan qaldırsınlar.
Lakin çox keçmədi ki, Obamanın seçki kampaniyasının baş texnoloqu Devid Plaff 200 min dollar müqabilində hakimiyyətə bağlı təşkilatlardan biri tərəfindən Bakıya gətirildi və məruzə ilə çıxış etdi. Nəticədə Amerika mətbuatı Plafla bağlı ciddi qalmaqal qaldırıb yeni administrasiyanı tənqid hədəfinə çıxardı. İndi isə məlum olur ki, Saakaşvilidən məsafə saxlamağa çalışan Obama məhz lobbi fəaliyyətlərinin təsiri altında onunla görüşə razı olub. Bu da Amerikanı idarə edənlərin prinsiplərində ciddi dəyişiklik olmadığını göstərir.
Xatırladaq ki, indiyə qədər ABŞ-ın strateji tərəfdaşlarından hesab edilən Azərbaycanın prezidenti də Vaşinqtona dəvət almayıb və Obama ilə görüşməyib. Ancaq bir müddət əvvəl hakimiyyətin bu istiqamətdə Vaşinqtonda lobbi fəaliyyətlərinə başladığı haqda məlumatlar var idi.

Siyasət şöbəsi

1940 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - TÜRKMƏNİSTANDA PREZİDENT SEÇKİSİ OLDU

[13.02.2012] - ESTRADANIN QARA BRİLYANTI ÖLDÜ

[13.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ

[13.02.2012] - MİSİR PREZİDENTİ HƏRBÇİLƏRDƏN SEÇİLƏ BİLƏR

[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO)

[12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008