|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi Londondan İnterpol vasitəsilə Tehrana gətirilə bilər. APA-nın “Farsnews”a istinadən məlumatına görə, bu sözləri İran parlamentinin mühafizəkar deputatlarından biri, fraksiya rəhbəri Ruhullah Hüseyniyan deyib. R.Hüseyniyan bildirib ki, məhkəmə Mehdi Haşiminin Londondan ölkəyə qayıtmasını gözləməməlidir: “Biz İnqilab Məhkəməsinin Haşimi Rəfsəncaninin övladları Faizə və Mehdi Haşimilər haqqında cinayət işinin başlamasını dəstəkləyirik. Bu, ədalətli bir iş olmalıdır ki, bununla da digər fitnəkar rəhbərlərin məhkəməyə cəlb edilməsi prosesi başlasın”. Deputat məhkəmənin gedişatını ləngitməyin qanunsuz olduğunu bəyan edib: “Mehdi Haşiminin Londona doktorluq diplomu almağa getmək məsələsi çox uzandı. O, bəlkə də heç qayıtmadı. Əvvəl deyirdilər, universitetə baş çəkmək üçün Londona gedib, sonradan isə atası bəyan etdi ki, Mehdi doktorluq diplomu almağa gedib. Biz bunun hansını əsas tutaq? Məhkəmə Mehdi Haşimini İnterpola müraciət etməklə ölkəyə gətirə bilər”. R.Hüseyniyan 114 millət vəkilinin prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvi haqda məhkəməyə ünvanladığı şikayət məktubuna da toxunub: “Hazırda məhkəmədə bu şikayət məktubu barəsində də məsələ qaldırılıb. Ümid edirəm ki, tez bir zamanda Mirhüseyn Musəvi haqqında da cinayət işinin başlanması təmin olunacaq”.
368 dəfə baxılıb
|
[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO) [12.02.2012] - DÜNYA ŞÖHRƏTLİ MÜĞƏNNİ ÖLÜ OLARAQ TAPILDI (VİDEO) [12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI [12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB [11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR) [09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB [08.02.2012] - QADIN NİNDZA ORDUSU! [07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR) [07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI [06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI [05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ [04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ [03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI [03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO) [03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI [03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA [03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ [31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI [30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB [30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU |
| Yeni MÜSAVAT © 2008 |
|