|
Dünya
PATİSTANDA TERAKT - 10 ÖLÜ 2010-03-13
|
Pakistanın Svat vadisində terror aktı baş verib. APA-nın AFP-yə istinadən məlumatına görə, kamikadze tərəfindən törədilən terror nəticəsində ən azı on nəfər ölüb. Terrorçu partlayıcı qurğunu bölgənin paytaxtı Saydu Şərif şəhərində işə salıb. O, əvvəlcə inzibati binalardan birinə daxil olmaq istəyib, lakin qarşısı polislər tərəfindən kəsilib. Partlayış da elə bu zaman baş verib.
Yerli hökumətin açıqladığı məlumata əsasən, həlak olanlardan ikisi polis, biri isə hərbi qulluqçudur. Yaralıların sayı isə 37 nəfərdir.
372 dəfə baxılıb
|