13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

“İMEDİ”nin ZARAFATI ALƏMİ BİR-BİRİNƏ QATDI

2010-03-15

“Rus qoşunları Tiflisə girdi, Saakaşvili öldürüldü” barədə yalan xəbər Rusiyanı da qəzəbləndirdi

Gürcüstanda hakimiyyətə bağlı “İmedi” telekanalının martın 13-də axşam xəbərləri bülletenində “təcili” qrifi ilə yaydığı xəbər sözün əsl mənasında aləmi bir-birinə qatıb. Telekanal xəbərlər bülleteninə başlayan kimi Rusiya qoşunlarının Tiflisə girdiyini və prezident Mixail Saakaşvilinin öldürüldüyünü tamaşaçılara çatdırıb. Bildirilib ki, az əvvəl Cənubi Osetiyada terror hadisəsi törədilib, separatçı bölgənin “prezidenti” Eduard Kokoyta öldürülüb. Rusiya isə bu hadisəni Gürcüstanın təşkil etdiyini düşünərək dərhal hərbi müdaxiləyə qərar verib. Prezident Dmitri Medvedyev bəyan edib ki, Saakaşvili terrorçudur və öldürülməlidir.

“Bu dəqiqələrdə alınan məlumata görə, rus qoşunları artıq Tiflisə girib, prezident Mixail Saakaşvili iqamətgahında öldürülüb. Müxalifətin bir hissəsi Rusiya qoşunlarının tərəfinə keçib”, deyə telekanalın aparıcısı həyəcanla xəbər verib. Anbaan yenilənən xəbərdə daha sonra deyilib ki, rus qoşunları tərəfindən hakimiyyətin devrilməsindən sonra müxalifət lideri Nino Burcanadzenin rəhbərliyi ilə “Xalq hökuməti” formalaşdırılıb. Telekanal həmçinin öz xəbərini rus tanklarının Tiflisə doğru irəlilədiyini və əhalinin paytaxtdan, habelə Qoridən qaçdığını əks etdirən kadrlarla müşayiət edib. Yarım saata yaxın çəkən həyəcanlı xəbər süjeti zamanı o da bildirilib ki, Rusiya aviasiyası Gürcüstan aeroportlarını və dəniz limanlarını dəhşətli bombardmana məruz qoyur. Nəhayət, yarım saat sonra telekanal bildirib ki, bütün bu deyilənlər yalan idi və hadisələrin mümkün inkişaf ssenarisi zamanı ictimai rəyi yoxlamaq məqsədi daşıyırdı.
Lakin telekanalın süjeti artıq ölkəni ayağa qaldırmışdı və Tiflis sakinləri küçələrə axışaraq “İmedi” telekanalının qarşısında toplaşmağa başlayıb. Xəbərin yalan olduğunu eşidən tiflislilər telekanal rəhbərliyinin əhalini qorxuya saldığı üçün cavab verməli olduğunu tələb ediblər. Şəhərdə sürətlə şayiələr yayılmağa başlayıb. Mobil telefon şəbəkəsində tıxanma yaranıb və əhali bir-birinə həyəcanlı xəbərləri çatdıraraq qadın və uşaqları hara evakuasiya etmək barədə danışıblar. Bildirilir ki, hətta telekanalın süjetin imitasiya olduğunu elan etməsindən sonra da vəziyyət sakitləşməyib. Təcili yardım xidmətlərinə bu xəbəri eşidərək halı pisləşən insanlar barədə aramsız zənglər olub. Çoxlu sayda insan infarkt keçirib, oğlu hərbi xidmətdə olan bir ana isə müharibənin başlandığı haqda xəbəri eşidən kimi ürək tutmasından ölüb. Qoridə isə əhalinin əksəriyyəti evlərini tərk edərək küçələrə çıxıblar. Benzindoldurma məntəqələrində uzun növbələr yaranıb, Cənubi Osetiyaya yaxın kəndlərdən isə qadın və uşaqlar evakuasiya olunub. Yerli hakimiyyət orqanları da nə baş verdiyini dərk edə bilməyiblər.
Tiflisdə isə “İmedi” telekanalının qarşısında mitinq olub. Müxalifət liderlərinin də qatıldığı mitinqdə Nino Burcanadze deyib ki, bu təxribata görə telekanalın lisenziyası alınmalı, onun sahibləri, habelə süjeti hazırlayanlar məsuliyyətə cəlb olunmalıdır. Burcanadze deyib ki, bu süjetin ssenarisini şəxsən Saakaşvilinin hazırladığını düşünür. Digər müxalifət lideri Levan Qaçeçiladze də deyib ki, hakimiyyət və ilk növbədə Saakaşvili öz nəzarətində olan “İmedi”də bu cür alçaqcasına süjetin getməsinə görə məhkəmə qaydasında cavab verməlidir. “Bizə məlum olduğuna görə, Saakaşvili bu reportajın hazırlanması ilə bağlı kursda olub, bu isə o deməkdir ki, dövlət başçısı gürcü xalqının üzünə tüpürür”, deyə Qaçeçiladze bildirib.
Məlumatlara görə, “İmedi”nin süjetindən Rusiya və Cənubi Osetiyada da şoka düşüblər. Separatçı rejimin lideri Eduard Kokoyta təcili şəkildə yerli televiziyanın efirində bəyan edib ki, o sağdır və sərhəddə sakitlikdir. “Mən hazırda ovdayam, çaqqallara və canavarlara atəş açıram” deyə, Kokoyta bildirib. Xəbərin yalan olduğunu biləndən sonra isə Cənubi Osetiya rəsmiləri deyiblər ki, bu qurama süjet Gürcüstan rəhbərliyinin yenə nəsə hazırlamasından xəbər verir. Gecə saatlarında osetin rəsmiləri Gürcüstanla inzibati sərhədə doğru gürcü əsgərlərini daşıyan hərbi kolonun hərəkət etməsi haqda xəbərlər yayıblar.
 Rusiya Dövlət Dumasının komitə sədri Konstantin Kosaçev isə deyib ki, “İmedi”nin xəbərinin arxasında şəxsən Saakaşvili dayanır: “Hesab edirəm ki, onun başına nəsə düşüb və partlayıb. Ona görə də belə sərsəm işlərlə məşğul olur”. Kosaçevə görə, bu təxribatın arxasında Saakaşvilinin yenidən Cənubi Osetiyaya hücum etmək planları dayana bilər. Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin isə bildirib ki, o, “İmedi”nin təxribatı barədə alyans qarşısında məsələ qaldıracaq. Roqozinə görə, Saakaşvilinin bu addımı onun nə dərəcədə təhlükəli adam olduğunu göstərir. Etirazların böyüməsindən sonra “İmedi” verilişlərindən birində alt yazı ilə tamaşaçılardan üzr istəyib. Saakaşvilinin mətbuat katibi Manana Manqladze isə deyib ki, prezident telekanalın addımını yanlış hesab edir: “Prezident bildirib ki, telekanal süjetin imitasiya xarakteri daşıdığını alt yazı ilə eyni vaxtda bildirməli idi. Onun tapşırığı ilə mən telekanala getdim və onlara söz azadlığından sui-istifadənin yolverilməzliyini çatdırdım”.

F.MƏMMƏDOV

2724 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜĞƏNNİ WHITNEY HOUSTON VƏFAT EDİB (FOTO/VİDEO)

[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO)

[12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

[31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI

[30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB

[30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008