|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ermənistanda hökumətin iki üzvü istefa verib. Erməni mənbələrinin məlumatlarına görə, nəqliyyat və rabitə naziri Qurgen Sərkisyan və fövqəladə hallar naziri Miqer Şahgəldiyan istefalarını baş nazirə təqdim ediblər. Onların hər ikisi koalision hökumətin ortağı, vaxtilə müxalifətdə olan "Orinats Yerkir" (“Qanunçuluq ölkəsi”) partiyasındandır. Partiyanın mətbuat xidməti məlumatı təsdiqləyərək bildirib ki, bu istefa partiyanın qərarı ilə bağlı həyata keçirilən kadr dəyişiklikləri ilə bağlıdır. Hökumətdən isə faktı şərh etməkdən imtina ediblər. Ancaq bildirilib ki, nazirlərin vəzifəsindən azad edilməsi haqda prezident sərəncam imzalayacaq. "Orinats Yerkir" partiyası Ermənistan hökumətində 3 nazir postuna malikdir. Gözlənilir ki, istefa verən nazirlərin yerinə bu partiya yeni namizədlər irəli sürəcək. Ermənistan mətbuatı isə yazır ki, iki nazirin istefası hökumət daxilində son vaxtlar artan intriqalarla bağlıdır. Belə ki, Serj Sərkisyanın rəhbəri olduğu hakim Respublika Partiyası hökumətin digər ortaqları olan Firəvan Ermənistan və "Orinats Yerki"rlə yola getmir. Siyasət şöbəsi 1713 dəfə baxılıb
|
[12.02.2012] - MÜĞƏNNİ WHITNEY HOUSTON VƏFAT EDİB (FOTO/VİDEO) [12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO) [12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI [12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB [11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR) [09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB [08.02.2012] - QADIN NİNDZA ORDUSU! [07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR) [07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI [06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI [05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ [04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ [03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI [03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO) [03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI [03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA [03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ [31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI [30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB [30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU |
| Yeni MÜSAVAT © 2008 |
|