12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

İSRAİLLƏ ABŞ ARASINDA CİDDİ BÖHRAN

2010-03-15

Vitse-prezident Cozef Baydenin ələ salınmasından sonra Vaşinqtonla Təl-Əviv arasında gərginlik yaranıb

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin İsraillə Fələstin arasına birbaşa danışıqların başlanmasını müzakirə etmək üçün Yaxın Şərqə səfəri zamanı yəhudi hökuməti tərəfindən ələ salınması iki ölkə münasibətlərini ciddi korlayıb. Baydenin ötən həftə İsrailə səfəri ilə eyni gündə bu ölkənin hökuməti işğal edilmiş Fələstin ərazilərində yeni yəhudi yaşayış məskəninin salınması barədə qərar verib.

Bununla da İsrail Baydenin missiyasını pozub. Çünki Fələstin birbaşa danışıqlara başlamaq üçün işğal edilmiş ərazilərdə yəhudi məskənlərinin salınmasını dərhal dayandırmağı tələb edirdi. ABŞ administrasiyası da neçə vaxtdır İsraili yeni yaşayış məskənlərinin salınmasını dayandırmağa çağırırdı. Bayden isə Təl-Əvivə çatan kimi İsrailin bu gözlənilməz qərarı ilə üzləşərək pərt olub. ABŞ administrasiyasının rəsmiləri deyiblər ki, bu durum vitse-prezidentə qarşı təhqirdir və onun missiyasını pozmağa yönəlib.

Son məlumata görə, Vaşinqton Təl-Əvivdən bu davranışla bağlı izahat tələb edir. Birləşmiş Ştatlar tələb edir ki, 1600 evlik yeni yaşayış məskənin salınması barədə qərar dərhal ləğv edilməlidir. İsrailin Vaşinqtondakı səfiri Maykl Oren keçirdiyi brifinqdə deyib ki, iki ölkə münasibətlərində son 35 ildə görünməmiş gərginlik yaşanır. O deyib ki, sonuncu dəfə belə böhran 1975-ci ildə İsrailin o vaxtkı baş naziri İshaq Rabinlə ABŞ xarici işlər naziri Henri Kissincer arasında Sinay yarımadasından qoşunların çəkilməsi ilə bağlı anlaşılmazlıqdan sonra yaranmışdı. “Biz münasibətlərin olduqca çətin mərhələsi ilə üz-üzəyik” deyə, səfir bildirib. Məlumatlara görə, Baydenin missiyasının iflasa uğraması ilə bağlı dövlət katibi Hillari Klinton İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək ona kəskin narazılığını çatdırıb. Netanyahunun isə prezident Obama ilə danışmaq cəhdi baş tutmayıb. Qərb mətbuatı yazır ki, Obama administrasiyası ilə İsrail arasında narazılıq çoxdandır yetişirdi və bunun iki əsas səbəbi vardı: birincisi, ABŞ İrana qarşı sərt addımlar atmaqdan çəkinib və İsrailin hərbi əməliyyatlara başlamasına icazə verməyib. İkincisi, İsraildə hesab edirlər ki, prezident Obama Fələstin məsələsində daha çox ərəblərin maraqlarını nəzərə alır və yəhudiləri dəstəkləmir.

Siyasət şöbəsi

1965 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜĞƏNNİ WHITNEY HOUSTON VƏFAT EDİB (FOTO/VİDEO)

[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO)

[12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

[31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI

[30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB

[30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008