13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

ABŞ “İMEDİ”nin YALANÇI XƏBƏRİNİ “MƏSULİYYƏTSİZLİK” ADLANDIRDI

2010-03-16

Böyük qalmaqala səbəb olan xəbəri Saakaşvili “faydalı” sayır

ABŞ-ın Gürcüstandakı səfiri Con Baas bəyan edib ki, “İmedi” telekanalının ötən şənbə günü ölkəni lərzəyə salan xəbəri məsuliyyətsizlikdir. Səfir Gürcüstanın ictimai kanalına müsahibəsində bildirib ki, bu xəbər jurnalistika standartlarına cavab vermir və ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət etmir.

“Bu xəbər məsuliyyətsizlikdir və jurnalistikada belə hallara yer olmamalıdır” deyə, səfir bildirib. Xəbər verildiyi kimi, Gürcüstan hakimiyyətinin nəzarətində olan “İmedi” kanalı şənbə günü axşam xəbərləri buraxılışında Rusiya qoşunlarının ölkəyə hücum etdiyini, Tiflisi tutaraq hökuməti devirdiyini və prezident Saakaşvilini öldürdüyü, müxalifət liderlərinin Rusiyanın tərəfinə keçərək xalq hökuməti yaratdığı barədə yarım saatlıq süjet yayımlayıb. Nəticədə ölkə əhalisi arasında böyük təşviş yaranıb, insanlar evlərini tərk edərək rus aviasiyasının bombardmanlarından yayınmaq üçün təhlükəsiz yer axtarıblar. Yarım saat sonra telekanal xəbərin imitasiya xarakteri daşıdığını elan etsə də ajiotaj səngiməyib. Bu süjet Tiflisdə etiraz aksiyalarına səbəb olub. Müxalifət ssenarinin şəxsən Saakaşvili tərəfindən yazıldığına inanır və onun cavab verməli olduğunu deyir. Rusiya da bu süjetdən Saakaşviliyə qarşı yeni təbliğat üçün istifadə edərək məsələni Avropa strukturlarında, NATO-da qaldırıb.
Etirazlara baxmayaraq, “İmedi”nin baş direktoru Georgi Arvaladze bildirib ki, o, vəzifəsindən istefa verməyə hazırlaşmır. Arvaladze süjetin yol açdığı ajiotaja görə üzr istəsə də hesab edir ki, bu uydurma xəbər Gürcüstanı gözləyən mümkün təhlükələr zamanı əhalinin reaksiyasını yoxlamaq baxımından əhəmiyyətli olub. O deyib ki, telekanal süjetin əvvəlində onun imitasiya xarakteri daşıdığını elan etmişdi və süjeti subtitrlərlə müşayiət etməyə ehtiyac yox idi. Prezident Mixail Saakaşvili də süjeti tənqid edib. O deyib ki, imitasiya xarakteri daşıyan xəbər hamını təşvişə salıb: “Mənim nənəm də narahatlıq keçirdi, baxmayaraq ki, bu xəbərdən az əvvəl məni görmüşdü”. Saakaşvili xəbəri tənqid etsə də deyib ki, imitasiya xarakterli süjet Gürcüstanın mümkün təhlükələrə qarşı hazırlanması üçün əhəmiyyətli olub. Lakin müxalifət hesab edir ki, bu təxribat iqtidarın mayın 30-da Tiflis meri postuna keçiriləcək seçkilərin nəticələrinə təsir etmək üçün düşünülüb. Müxalifət liderləri “İmedi” telekanalının rəhbərliyinin məhkəmədə cavab verməsi üçün iddia qaldıracaqlarını deyirlər.

F.MƏMMƏDOV

682 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - TÜRKMƏNİSTANDA PREZİDENT SEÇKİSİ OLDU

[13.02.2012] - ESTRADANIN QARA BRİLYANTI ÖLDÜ

[13.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ

[13.02.2012] - MİSİR PREZİDENTİ HƏRBÇİLƏRDƏN SEÇİLƏ BİLƏR

[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO)

[12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008