|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
”Əl-Qaidə” lideri Usamə bin Ladenin oğlu Xalid bin Laden İran rəsmilərini bin Laden ailəsinin üzvlərini həbs etməkdə və döyməkdə ittiham edir. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu barədə İnternetdə yerləşdirilmiş məktubda deyilir. Xalid bin Ladenin yazdığı deyilən məktub bu gün İnternetdə “Əl-Qaidə” ilə əlaqəsi olan Global İslam Media Cəbhəsinə məxsus səhifədə dərc edilib. ”Əl-Qaidə” liderinin oğlunun məktubunda 2001-ci ildə Birləşmiş Ştatlar ordusunun Əfqanıstana daxil olmasından sonra qadın və uşaqlar da daxil olmaqla, onun ailə üzvlərinin oradan qaçmalı olduqları və İrana qeyri-rəsmi daxil olduqları bildirilir. Məktubda deyilir ki, onlar İranın kəşfiyyat nümayəndələri tərəfindən dəfələrlə nəzarət altına alınmışlar. Onlar ölkəni tərk etmək istəyəndə isə buna döyülməklə cavab verilmişdir. Xalid bin Laden İranın ali ruhani rəhbəri ayətulla Əli Xameneiyə müraciət edərək, qohumlarının azadlığa buraxılmasına çağırıb.
662 dəfə baxılıb
|
[13.02.2012] - TÜRKMƏNİSTANDA PREZİDENT SEÇKİSİ OLDU [13.02.2012] - ESTRADANIN QARA BRİLYANTI ÖLDÜ [13.02.2012] - MİSİR PREZİDENTİ HƏRBÇİLƏRDƏN SEÇİLƏ BİLƏR [13.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ [12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO) [12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI [12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB [11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR) [09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB [08.02.2012] - QADIN NİNDZA ORDUSU! [07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR) [07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI [06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI [05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ [04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ [03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI [03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO) [03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI [03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA |
| Yeni MÜSAVAT © 2008 |
|