13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

HÜSNÜ MÜBARƏKİN ÖLDÜYÜ HAQDA XƏBƏR YAYILDI

2010-03-17

Almaniyada əməliyyat olunan 81 yaşlı Misir prezidenti 10 gündür televiziyaya çıxmır

10 gün əvvəl Almaniyada bağırsaq əməliyyatı keçirən Misir prezidenti Hüsnü Mübarəkin öldüyü haqda şayiələr yayılıb. Xəbərlərə görə, 81 yaşlı prezident 10 gündür mətbuatda və televiziyada görünmür. Bu da onun öldüyü haqda şayiələrə səbəb olub. 29 ildir hakimiyyət başında olan Misir prezidenti Almaniyaya səfərindən sonra Hamburq klinikalarından birinə yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Əməliyyatdan sonra xəstəxanadakı mənbələr Mübarəkin reanimasiya palatasına yerləşdirildiyini, yaxınlarının onun yanında olduğunu açıqlayıblar. Daha sonra Mübarəkin səhhəti barədə məlumat verilməyib. Bu cür qeyri-müəyyənlik şəraitində Rusiya telekanallarından birində Mübarəkin öldüyü haqda xəbərin yayılması barədə şayiələr meydana çıxıb. Dərhal bir çox ərəb və İsrail saytları Mübarəkin cərrahiyyə stolunda keçindiyi və onun öldüyünü açıqlamaq üçün uyğun zaman gözlənildiyi haqda məlumatlar yayıblar. Misir hakimiyyəti isə bu cür xəbərlərin  yayılmasını əngəlləmək üçün bəzi internet saytlarına girişi məhdudlaşdırıb.
Lakin bu qadağa şayiələrin daha da artmasına səbəb olub və ölkə birjalarında səhmlər ucuzlaşmağa başlayıb. Hökumət rəsmiləri prezidentin öldüyü haqda xəbərləri təkzib etsələr də, Mübarəkin televiziyada görünmədiyi müddətdə bu təkzibə inanan yoxdur. Qeyd edək ki, 2007-ci ildə də Misirdə bu cür şayiələr  yayan jurnalistlər məhkəməyə verilib və uzun müddət azadlıqdan məhrum olunublar. Hazırda Mübarəkin səlahiyyətlərini baş nazir icra edir, lakin onun ölümündən sonra hakimiyyətinin oğluna keçəcəyi şübhə doğurmur. Misir prezidentinin böyük oğlu neçə vaxtdır onun varisi kimi hazırlanır. Misir və onun prezidenti Yaxın Şərqdə əsas nüfuz sahibi hesab edilir. İsraillə yaxın əlaqələri olan Mübarəkin hakimiyyət başında qalmasını ABŞ da dəstəkləyib. Bu baxımdan ekspertlər hesab edirlər ki, Mübarək kimi təcrübəli siyasətçinin indiki məqamda vəfatı Yaxın Şərqdə vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olar.

Siyasət şöbəsi

2434 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜĞƏNNİ WHITNEY HOUSTON VƏFAT EDİB (FOTO/VİDEO)

[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO)

[12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

[31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI

[30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB

[30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008