09 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

BİR QƏZANIN TARİXÇƏSİ

2010-07-26

Aviasiya tarixində səsdənsürətli mülki təyyarənin son qəzasından 10 il ötür

Lent.az həmin qəzanın qısa təsvirini təqdim edir. 25 iyul 2000. Paris, Ruassi Şarl de Qoll aeroportu, terminal 2E. Paris - Nyu York reysini həyata keçirməyə hazırlaşan “Concorde” havaya qalxmazdan əvvəl prezident Jak Şirakı Tokiyodan gətirən “Boeing” aeroporta enir. Onun ardınca ABŞ-a məxsus “McDonnell Douglas DC-10" eyni uçuş zolağından havaya qalxır. Lakin...

Lakin havaya qalxan təyyarənin motorundan qopan titan detal uçuş zolağına düşür və bir neçə dəqiqə sonra baş verəcək faciənin “əsasını qoyur”. “DC-10" özü isə sağ-salamat mənzil başına çatır.
4 dəqiqə sonra, saat 16.42-də “Concorde” uçuş zolağına dartılıb gətirilir. Start götürən təyyarə 280 km/saat sürətlə “DC-10"dan düşən metal parçasının üzərindən keçir. Metal parçası təkərdən qalxaraq yanacaq çənini kəsir və 120 ton kerosin alışır. Cırılan təkərin özü də 330 km/saat sürətlə hərəkət edən təyyarənin qanadına çırpılaraq onu sıradan çıxarır. Digər tərədən, saniyədə 75 litr kerosinin qaynar mühərrikin üstünə tökülməsi nəticəsində həm mühərriklər sıradan çıxır, həm də bütün təyyarə bir neçə dəqiqədə səmada külə dönür. Təyyarə təqribən 60 metr yüksəklikdə 30 saniyə uçur, bütün naviqasiya sistemləri sıradan çıxır. Uçuşu idarəetmə mərkəzinin növbətçisi təyyarə havaya qalxan anda ”siz yanırsınız, geri qayıdın" desə də artıq gec idi. Uçusdan 1.28 dəqiqə sonra yanan təyyarə yaxınlıqdakı otelin üzərinə düşür.
Yanğın nəticəsində təyyarədəki 109 nəfər və 4 otel işçisi həlak olub. Hadisədən sonra Fransanın aviasiya naziri Jan Klod Qesso dərhal “Concorde”ların uçuşunu qadağan edib. 31 may 2003-cü ildə “Air France”, 24 oktyabrda isə “British Airways” son dəfə “Concorde” dan istifadə edib. Təyyarənin son uçuşu isə 26 noyabr 2003-cü ildə London aeroportundan Filtona - istehsal edildiyi şəhərə olub.
Maraqlıdır ki, səsdən sürətli laynerlər həm ilk, həm də hələlik sonuncu dəfə Paris səmasında qəzaya uğrayıb. 3 iyun 1973-cü ildə sovet modeli “TU 144" beynəlxalq sərgidə - ”Le Bourget" hava limanında nümayiş uçuşu zamanı qəzaya uğrayıb. Təyyarə otelin üstünə düşüb, 6 ekipaj üzvü və oteldəki 9 nəfər həlak olub. Hər iki təyyarənin taleyi də dizaynları kimi oxşar olub. “Concorde” və “Tupolev”in qəzaya uğradıqları yer bir-birindən cəmi 7 km aralıdadır. Texniki tərəqqinin bariz nümunəsi olan səsdən sürətli laynerlərin son məkanı muzey və əbədi dayanacaqlar oldu.

Xəbər xidməti

1062 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

[31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI

[30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB

[30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU

[30.01.2012] - RUSİYA PAYTAXTINDA ANOMAL SOYUQLAR GÖZLƏNİLİR

[30.01.2012] - ÖZBƏKİSTANIN İSLAM HƏRƏKATININ LİDERİ ÖLDÜRÜLÜB

[30.01.2012] - İRAN XƏRÇƏNGƏ QARŞI DƏRMANLARIN İSTEHSALINA BAŞLAYIB

[29.01.2012] - QAZAXISTAN MÜXALİFƏTİ PAYTAXTDA MİTİNQ KEÇİRİR

[29.01.2012] - BƏŞƏR ƏSƏD QUDUZLAŞIB UŞAQLARI DA QIRIR

ARXIV

Yeni MÜSAVAT © 2008