13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

ÇİLİ ŞAXTAÇILARI 4 AYDAN SONRA XİLAS EDİLƏCƏK

2010-08-29

700 metr dərinlikdə qalan 33 mədənçi xilas olunacaqları günü gözləyir; onların 5-i depressiyaya düşüb

Çilidə mis mədənində baş vermiş qəzadan sonra yerin 700 metr dərinliyində qalmış 33 şaxtaçının taleyi dünya mətbuatının gündəmindən düşmür. Qəza avqustun 5-də baş verib və şaxtaçıların taleyindən uzun müddət heç bir xəbər almaq mümkün olmayıb. Yalnız avqustun 22-də xilasedicilərin açdıqları dəlik şaxtaçıların qəzadan sonra 50 kvadratmetrlik sığınacağa yerləşə bildiklərini və onların hamısının sağ olduğunu üzə çıxarıb. Şaxtaçılar bu dəlik vasitəsilə məktub ötürə biliblər və ölkə prezidentindən xahiş ediblər ki, onları bu cəhənnəmdən xilas etsin.

Şaxtaçıların sağ qalması möcüzə hesab edilir. Bu fakt məlum olandan sonra Çili hakimiyyəti xarici ölkələrin də dəstəyi ilə onların xilas edilməsi üçün işlərə başlayıb. Lakin elan edilib ki, şaxtaçıların çıxarılması üçün 4 ay vaxt lazım ola bilər. Bu müddət ərzində onların sağ qalması üçün diametri bir neçə santimetr olan boru vasitəsilə şaxtaçılara içməli su, ərzaq, zəruri geyim və vaxtlarını keçirə bilmək üçün stolüstü oyunlar göndərilir.
İki gün əvvəl isə şaxtaçılar onlara ötürülən kamera vasitəsilə görüntülərini çəkərək yuxarı ötürə biliblər. Bu videoda onların yaxşı əhvalda olduqları görünürdü. Çilinin səhiyyə naziri deyir ki, arıq, yarıçılpaq və saqqallı şaxtaçıların kifayət qədər sağlam olduqları görünür.
“Biz burada hər şeyi yaxşı təşkil etmişik. Burada əylənirik, hər gün görüşüb planları müzakirə edirik. Dua edirik” - deyə mədəndə qalan şaxtaçılar kameraya əllərini yelləyirlər. Bir kadrda tibbi ləvazimat şkafını görmək olar. Onlardan biri öz dostlarını tərifləyir, digərləri isə əl çalıb Çili himnini oxuyur.
Lakin dünən məlum olub ki, şaxtaçılardan 5-i depressiyaya düşüb və onların durumu psixoloqlarda narahatlıq yaradır. Səhiyyə naziri Hayme Manaliç deyib ki, onlar öz yoldaşları ilə ünsiyyətə girmir, yemək yemir və videokameralara görüntü vermirlər. Nazir şaxtaya endirilmiş xüsusi danışıq qurğusu vasitəsilə depressiyaya düşən şaxtaçılarla həkim-psixioloqun ünsiyyətə girməyə çalışdığını deyib.
Mütəxəssislərin sözlərinə görə, uzun müddət yerin dərinliyində qalan insanlarda depressiya və qəzəb hisslərinin baş qaldırması gözləniləndir. Bildirilir ki, yaxın günlərdə insanın qapalı məkanda uzun müddət qalmasına dair təcrübələri bölüşmək üçün NASA mütəxəssisləri də Çiliyə gedəcək. Şaxtaya yol açmaq üçün gətirilən qazma qurğusu isə gündə ən çoxu 20 metr qaza bilər. Qazma işləri bu gün başlayacaq.
Əvvəlcə kiçik tunel qazılacaq, daha sonra onun diametri iki dəfə böyüdüləcək və şaxtaçılar oradan çıxarılacaq. İndi əsas məsələ tunel açılanadək onların sağ qalmasına nail olmaqdır.

F.MƏMMƏDOV

641 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜĞƏNNİ WHITNEY HOUSTON VƏFAT EDİB (FOTO/VİDEO)

[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO)

[12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

[31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI

[30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB

[30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008