13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

İRAN XİN FRANSANIN BİRİNCİ XANIMINI “FAHİŞƏ” ADLANDIRAN QƏZETİ PİSLƏDİ

2010-09-01

Rəsmi Tehran bəyan edir ki, “Keyhan”dakı məqalənin hökumətə dəxli yoxdur

İran Xarici İşlər Nazirliyi Fransa prezidentinin xanımı Karla Brunini “fahişə” adlandıran və mühafizəkar çevrələrə bağlı olan “Keyhan” qəzetini pisləyib. XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst dünən keçirdiyi brifinqdə bəyan edib ki, qəzetin məqaləsinin İran hökumətinə dəxli yoxdur və hökumət Fransa prezidentinin xanımının bu cür təhqir edilməsini pisləyir. Mehmanpərəst jurnalistləri ifadələrində “korrekt” olmağa çağırıb. Lakin o, Bruninin təhqir edilməsinə görə İranın Fransadan rəsmən üzr istəyib-istəməyəcəyini deməyib.

Fransa prezidentinin xanımı İranda edam cəzasına məhkum edilən azərbaycanlı qadın, iki uşaq anası Səkinə Aştianinin müdafiəsi kampaniyasına qoşulub. İranlı qadın ərinə xəyanət etməkdə və onun qətlində iştirak etməkdə ittiham olunur. Karla Bruni Aştianiyə açıq məktub yazıb. “Nəyə görə qan tökülməli, siz həyatdan, uşaqlarınız isə analarından məhrum edilməlidir? Siz həyatınızı yaşadığınıza görə? Sevdiyinizə görə? Qadın, iranlı olduğunuza görə? Mənim bütün daxilim, qəlbim bununla razılaşa bilmir”, deyə o bildirib.
Bu təhqirlərə Yelisey Sarayı hələ reaksiya verməyib.

Siyasət şöbəsi

1057 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - TÜRKMƏNİSTANDA PREZİDENT SEÇKİSİ OLDU

[13.02.2012] - ESTRADANIN QARA BRİLYANTI ÖLDÜ

[13.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ

[13.02.2012] - MİSİR PREZİDENTİ HƏRBÇİLƏRDƏN SEÇİLƏ BİLƏR

[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO)

[12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008