12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

YULİYA TİMOŞENKO HƏBSƏ HAZIRLAŞIR

2010-09-06

“Qaçıb gizlənmək fikrində deyiləm və həbsxana çantamı hazırlamışam”

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko bildirib ki, indiki hakimiyyət onun həbsinə qərar verə bilər. Keçmiş baş nazir onu dəstəkləyənlərə qarşı son vaxtlar hüquq-mühafizə orqanlarının başlatdıqları təqiblərlə bağlı deyib ki, yeni hakimiyyət korrupsiyaya qarşı mübarizə adı altında müxalifəti susdurmaq istəyir: “Yanukoviç bildirir ki, korrupsiyaya qarşı mübarizə aparır, ancaq o, öz ətrafındakı korrupsionerləri görmək istəmir və elə təqdim edir ki, ancaq Timoşenkonun nazirləri korrupsiyanın baiskarlarıdır. Onların məqsədi hamını qorxutmaq və öz klanlarını möhkəmləndirməkdir”.

Timoşenko bildirib ki, əgər hakimiyyət onu həbs etmək istəsə, qaçıb gizlənmək fikrində deyil. O, həbsxanaya getməyə hazır olduğunu və hətta çantasını da hazırladığını deyib: “2000-ci ildən bu yana, Kuçmanın vaxtından mənim həbsxana üçün hazırladığım çantam var. Ona görə də kimsə bizim korrupsioner olduğumuzu deyirsə, qoy bunu sübut etsin, biz hazırıq, heç bir problem yoxdur”. Keçmiş baş nazir yaxın vaxtlarda onun komandasının əsas üzvlərindən biri, keçmiş təhlükəsizlik naziri İqor Turçinova qarşı cinayət işinin qaldırıla biləcəyini deyib.

Siyasət şöbəsi

2395 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO)

[12.02.2012] - DÜNYA ŞÖHRƏTLİ MÜĞƏNNİ ÖLÜ OLARAQ TAPILDI (VİDEO)

[12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

[31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI

[30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB

[30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008