13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

FƏLƏSTİN LİDERİ ƏHMƏDİNEJADA “MOŞENNİK” DEDİ

2010-09-06

Yaxın Şərqə dair sülh danışıqları qalmaqal yaradıb, İran xarici işlər naziri Misirə buraxılmadı

İsraillə Fələstin arasında uzun müddətdən sonra yenidən başlayan birbaşa sülh danışıqları qalmaqalla müşayiət olunur. Ötən həftə Fələstin administrasiyasının lideri və İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klintonun vasitəçiliyi ilə görüşüblər.

Mahmud ƏhmədinejadDanışıqlarda İordaniya və Misir liderləri də yer alıb. İran və onun dəstəklədiyi “Hizbullah”la “Həmas” təşkilatları isə dərhal bəyan ediblər ki, bu danışıqları tanımırlar və onun uğursuzluğa düçar olacağı bəribaşdan aydındır. İran isə birbaşa danışıqların baş tutmasından xüsusilə qəzəblidir və Vaşinqton görüşünü təşkil edənlərə, həmçinin orada iştirak edənlərə sərt reaksiya verib. Prezident Mahmud Əhmədinejad bildirib ki, Mahmud Abbasın bu danışıqları aparmaq üçün heç bir mandatı yoxdur: “Fələstinlilərin adından danışmağa ona kim səlahiyyət verib? Onun nə haqqı var ki, Fələstin adından danışsın? Mahmud Abbas kimdir ki, Fələstin ərazilərini düşmənə versin?” - deyə Əhmədinejad Tehrandakı çıxışında bildirib.
Ona Fələstin administrasiyası liderinin cavabı da kifayət qədər sərt olub. Mahmud Abbasın şəxsi nümayəndəsi Abu Rudeyn onun adından bildirib ki, Əhmədinejadın Fələstin liderini tənqid etməyə heç bir haqqı yoxdur. “Üstəlik, onun İran xalqı adından danışmağa səlahiyyəti də yoxdur. Əhmədinejad prezident seçkilərini saxtalaşdırıb və fırıldaq yoluyla hakimiyyətə gəlib. Ona görə də bu cür ”moşennik"in Fələstin və onun təmsilçiləri barədə danışmaq haqqı çatmır" deyə Abbasın təmsilçisi bildirib. Müşahidəçilə qeyd edirlər ki, Fələstin administrasiyasının rəhbərliyi ilə İran arasında bu cür sərt polemika heç vaxt yaşanmayıb. Bu baxımdan gözlənilir ki, İran İsraillə Fələstin arasında başlayan sülh danışıqlarını pozmaq üçün öz rıçaqlarından istifadə edəcək. ABŞ dövlət katibi bəyan etmişdi ki, prezident Obama bir il ərzində bu problemin həllinə nail olmaq istəyir.
İran təkcə Fələstin administrasiyasını deyil, Vaşinqton danışıqlarına dəstək verən İordaniya və Misiri də tənqid edir. Xarici işlər naziri Manuçehr Möhtəki bu danışıqları şərh edərək deyib ki, ərəb ölkələrində ABŞ-a tabe olan liderlər var. Lakin onlar başa düşməlidir ki, öz xalqlarına qarşı satqınçılıq mövqeyindədir. Möhtəkinin Misirə səfər ərəfəsində verdiyi bu açıqlama rəsmi Qahirəni qəzəbləndirib. Misir hakimiyyəti bəyan edib ki, İran xarici işlər nazirinin səfəri ləğv olunur. Rəsmi Qahirə Möhtəkinin sözlərini təhqir kimi qiymətləndirib və bildirib ki, Misir liderlərini “satqın” adlandıran şəxslə danışıqlar aparmaq istəmir.

Siyasət şöbəsi

3715 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - TÜRKMƏNİSTANDA PREZİDENT SEÇKİSİ OLDU

[13.02.2012] - ESTRADANIN QARA BRİLYANTI ÖLDÜ

[13.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ

[13.02.2012] - MİSİR PREZİDENTİ HƏRBÇİLƏRDƏN SEÇİLƏ BİLƏR

[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO)

[12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008