|
Dünya
MOLDOVADA KONSTİTUSİYA REFERENDUMU BAŞ TUTMAYIB 2010-09-06
|
Sentyabrın 5-də Moldovada keçirilən Konstitusiya referendumu baş tutmayıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Moldova Mərkəzi Seçki Komissiyası ilkin məlumatlara əsasən referendumda seçicilərin 29,7%-nin iştirak etdiyini açıqlayıb. Referendumun baş tutması üçün səsvermədə seçicilərin azı 33%-nin iştirakı tələb olunur. Hələlik bir neçə seçki məntəqəsinin, o cümlədən ölkə xaricindəki məntəqələrin bülletenləri sayılmasa da, bu məntəqələrin nəticələri ümumi nəticəyə təsir göstərməyəcək. Ən az nəticə Qaqauz muxtar bölgəsində qeydə alınıb. Burada ümumxalq səsverməsinə 10%-dən də az seçici qatılıb. Paytaxta Kişinyovda isə 30%-dən bir az çox nəticə əldə edilib.
MSK referendumu baş tutmamış elan etsə, səslər sayılmayacaq. Baş nazir Vlad Filatt isə bildirib ki, referendum baş tutmamış sayılsa, parlament buraxılacaq.
Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən Moldovada prezidenti parlament seçir. Konstitusiyaya təklif olunan dəyişiklikdə prezidentin xalq tərəfindən seçilməsi nəzərdə tutulurdu.
457 dəfə baxılıb
|
[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO) [12.02.2012] - DÜNYA ŞÖHRƏTLİ MÜĞƏNNİ ÖLÜ OLARAQ TAPILDI (VİDEO) [12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI [12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB [11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR) [09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB [08.02.2012] - QADIN NİNDZA ORDUSU! [07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR) [07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI [06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI [05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ [04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ [03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI [03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO) [03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI [03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA [03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ [31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI [30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB [30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU ARXIV
|