12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

VLADİQAFQAZDAKI PARTLAYIŞDA ÖLƏNLƏRİN SAYI ARTIB

2010-09-09

Bazarda baş vermiş hadisə nəticəsində həlak olanların sayı 16-ya çatıb

Məlum oluduğu kimi Rusiyanın Şimali Osetiya regionunun paytaxtı Vladiqafqazda terror aktı törədilib. “RİA Novosti” agentliyinin Daxili İşlər Nazirliynə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 16-ya çatıb, 96-dan çox insan yaralanıb.

Qeyd edək ki, partlayışa Vladiqafqazın Zanayeva küçəsində yerləşən mərkəzi bazarın girişi yaxınlığındakı yaşayış evlərindən biri qarşısında saxlanmış avtomobildəki partlayıcı maddənin işə düşməsi səbəb olub. Partlayıcı maddənin gücü 10 kiloqram trotildən artıq ekvivalentdə olub. Ətrafdakı binaların şüşələri sınıb. Bazardakı insanlar arasında çaxnaşma yaranıb. Milis və xüsusi xidmət əməkdaşları ərazini nəzarətə götürüb. Şəhərin bütün orepativ xidmətlərinin əməkdaşları, o cümlədən Şimali Osetiya rəhbəri Taymuraz Mamsurov hadisə yerinə gedib.
Partlayış faktı ilə bağlı “Terror aktı” maddəsi üzrə cinayət işi açılıb. Partlayışa görə məsuliyyəti hələ ki, heç kim üzərinə götürməyib. Terror aktı ilə bağlı məlumatlandırılan Rusiya prezidenti Dmitri Medvedevin tapşırığı ilə Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin də hadisə yerinə yola düşüb.
Qeyd edək ki, bir qədər öncə Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, araşdırma nəticəsində məlum olub ki, partladılan maşının sükan arxasında Arçiyev soyadlı şəxs olub. Avtomobil isə Dobriyev adlı şəxsin adına olub. Artıq Dobriyev adlı şəxsin saxlanıldığı və onun ifadəsinin aldındığı bildirilir.
Xatırladaq ki, Şimali Osetiyada sonuncu dəfə güclü terror aktı avqustun 17-də baş vermişdi. Şimali Osetiya ilə İnquşetiyanın inzibati sərhəddi yaxınlığındakı milis postu qarşısında kamikadzenin törətdiyi partlayış nəticəsində bir milis əməkdaşı ölüb, ikisi yaralanıb.

anspress.com

1595 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

[31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI

[30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB

[30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU

[30.01.2012] - RUSİYA PAYTAXTINDA ANOMAL SOYUQLAR GÖZLƏNİLİR

[30.01.2012] - ÖZBƏKİSTANIN İSLAM HƏRƏKATININ LİDERİ ÖLDÜRÜLÜB

[30.01.2012] - İRAN XƏRÇƏNGƏ QARŞI DƏRMANLARIN İSTEHSALINA BAŞLAYIB

ARXIV

Yeni MÜSAVAT © 2008