12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Dünya

TEXNOLOGİYA NƏHƏNGLƏRİ ARASINDA BÖYÜK QALMAQAL

2010-09-09

Mark Herdin atdığı addım aləmi qarışdırıb

“Hewlett-Packard” (HP) korporasiyasının keçmiş rəhbəri Mark Herd “Oracle”ın Direktorlar Şurasına qəbul edilib və şirkətin prezidenti vəzifəsinə təyin edilib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, o, öz fəaliyyətinə dair “Oracle”ın baş icraçı direktoru Larri Ellisona hesabat verəcək.
Xatırladaq ki, beş ildən artıq müddət ərzində HP-də fəaliyyət göstərən Mark Herd şirkətin prezidenti, baş icraçı direktoru və idarə heyətinin sədri vəzifələrində çalışıb. HP isə artıq keçmiş baş direktorunu məhkəməyə verib.
Məhkəmədə irəli sürülmüş iddiada qeyd olunur ki, Mark Herdin rəqib şirkətə keçməsi ilə HP-nin kommersiya sirləri və son dərəcədə məxfi məlumatları təhlükə ilə üzləşir. İddiaçılar vurğulayırlar ki, Mark Herd şirkətin kommersiya sirlərinin, habelə onun HP-ı tərk edəcəyi təqdirdə belə qorunmasına görə “səhmlərlə və nağd pulla milyonlarla dollar” əldə edib.
İddiada bildirilir ki, yeni iş yerində Mark Herd “Hewlett-Packard”ın sirlərini açıqlamasa, sadəcə olaraq fəaliyyət göstərə bilməyəcək. Bununla əlaqədar olaraq iddiaçılar məhkəmədən Mark Herdin “Oracle” şirkətinin prezidenti vəzifəsinə təyin olunmasının qarşının alınmasını tələb edirlər.

lent.az

882 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜĞƏNNİ WHITNEY HOUSTON VƏFAT EDİB (FOTO/VİDEO)

[12.02.2012] - ATATÜRKÜN OXŞARI TAPILDI (FOTO)

[12.02.2012] - ŞİMALİ KOREYANIN YENİ LİDERİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI

[12.02.2012] - FTB STEVE JOBS HAQQINDA MƏXFİ DOSYE YAYIB

[11.02.2012] - HİTLER HAQQINDA YENİ FAKTLAR MƏLUM OLUB (FOTOLAR)

[09.02.2012] - MÜBARƏKİN ARVADI İNTİHARA CƏHD EDİB

[08.02.2012] - QADIN NİNDZA ORDUSU!

[07.02.2012] - 60 İLİN KRALİÇASI (FOTOLAR)

[07.02.2012] - BÖHRAN AVROPADA DAHA BİR HÖKUMƏTİ AŞIRDI

[06.02.2012] - MÜSƏLMANLAR AĞ EVİN ÖNÜNDƏ NAMAZ QILDI

[05.02.2012] - BƏŞƏR ƏSƏD BİR GÜNDƏ 1000-dən ÇOX ADAM ÖLDÜRDÜ

[04.02.2012] - QARA BİRİNCİ LEDİNİN AĞ GÜNLƏRİ

[03.02.2012] - MİSİRDƏ AMERIKALI TURİST QADINLAR OĞURLANDI

[03.02.2012] - TÜRK FİLMİ XRİSTİAN ALƏMİNİ BİR-BİRİNƏ VURDU (VİDEO)

[03.02.2012] - SARKOZİ SEÇKİYƏ SAXTAKARLIQLA BAŞLADI

[03.02.2012] - GÜRCÜSTANDA 23 DƏRƏCƏ ŞAXTA

[03.02.2012] - İSRAİL APRELDƏ İRANI BOMBALAYACAQ

[31.01.2012] - BƏŞƏR ƏSƏDİN AİLƏSİNİ ÖLKƏDƏN QAÇIRMAQ CƏHDİ BAŞ TUTMADI

[30.01.2012] - TELMAN İSMAYILOVUN OĞLUNUN NİŞANINDA TARKAN OXUYUB

[30.01.2012] - MOSKVADA AZAD SEÇKİ UĞRUNDA AVTOMOBİL YÜRÜŞÜ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008