 |
Gündəm
15 SENTYABR ÖLKƏDƏ BAYRAM KİMİ QEYD OLUNSUN! 2011-09-16 İsa Qəmbər: “Azərbaycanın Bakını öz qanı və canı ilə düşmənlərdən xilas edən türk əsgərlərinə minnət borcu var”
|
Dünən İctimai Palata (İP)üzvləri Bakının Türkiyə ordusu tərəfindən erməni işğalından azad olunmasının 93-cü ildönümü ilə bağlı Türk şəhidliyini ziyarət ediblər. Ziyarətdə iştirak edən Müsavat başqanı dedi ki, Azərbaycanın Bakını öz qanı və canı ilə düşmənlərdən xilas edən türk əsgərlərinə minnət borcu var: “Bu gün Bakının xilası günü kimi bütün ölkədə qeyd olunmalıdır”. AXCP sədri Əli Kərimli isə bildirdi ki, heç bir dövlət özbaşına yaranmır, dövlətlərin yaranması, oturuşması üçün mütləq qurbanlar vermək lazım gəlir: “Bu mənada qəhrəman türk əsgərlərinin rolu böyükdür”. Liderlər çıxışlarında Azərbaycan-Türkiyə dostluğuna dair mesajlar verdi, tarixi nailiyyətin əhəmiyyətini qeyd ediblər. Tədbirdə İP-in 1000-ə yaxın üzvü və tərəfdarları iştirak edib. Müsavat Partiyasının qərargahında davam etdirilən toplantı himnimiz oxunması ilə başlandı. İsa Qəmbər bildirdi ki, türk ordusu Bakını erməni- rus işğalından azad edərək Azərbaycanın paytaxtı kimi fəaliyyət göstərməsinə şərait yaratdı: “15 sentyabr həm tarixi, həm də Azərbaycan-Türkiyə birliyi baxımından çox önəmli günlərdən biridir. Azərbaycan hakimiyyəti bu gerçəklikləri qiymətləndirə bilmir və özünü balans siyasətinin girovuna çevirib. Yanlış addımları ilə Azərbaycanın problemlərinin həllinə də maneçilik törədib, Azərbaycan-Türkiyə münasibətlərində də gərginlik yaradıb”. İ.Qəmbər bildirdi ki, 15 sentyabr Azərbaycanda rəsmi bayram günü kimi qeyd olunmur: “Biz Müsavat Partiyası olaraq bu dəyərlərə hər zaman diqqət vermişik. Müsavat Partiyası 1992-ci ildən bu günü qeyd edir. Bu addım xalqımızın milli şüurunun geri qaytarılmasına xidmət edir. Azərbaycanın uğurunu istəyənlər mahiyyətcə müsavatçılardır. 1918-ci ildə Rəsulzadənin yüksəltdiyi bayrağı Elçibəy yenidən ucaltdı. İndi həbsdə Arif Hacılı kimi İstiqlal Bəyannaməsinə imza atan dostlarımız, Tural Abbaslı, Məhəmməd Məcidli, Sahib Kərimov kimi əqidə yoldaşlarımız var. Nə qədər ki, bu cür insanlar var, Əliyev hakimiyyəti bu dəyərləri yaddaşlardan silə bilməyəcək. Bakıda Nuru Paşanın abidəsi qoyulmalıdır. Nə qədər ki, diktatura, avtoritarizm var, sabitlik olması mümkün deyil. Azərbaycan hakimiyyəti PPK-nı terror təşkilatı kimi tanımaqdan qorxur. Azərbaycan-Türkiyə birliyinin qarşısını heç bir hakimiyyət ala bilməz. Tanrı Azərbaycanı, Azərbaycan-Türkiyə birliyini qorusun!” Pənah Hüseyn şəhid olan türk əsgərlərinin ruhu qarşısında şükranlıq etdiyini dedi: “Ailədə doqquz uşaq olmuşuq və bizi nənəm böyüdüb. Nənəm Cümhuriyyət dönəmindən danışanda üç ifadə işlədirmiş: hürriyyət, həbibi-can, qaçaqaç dövrü. O zaman indiki Kürdəmir ətrafında döyüşlər zamanı kənd camaatı Arazı keçib gedibmiş. Amma türk ordusunun köməyə gəlişini eşidəndə geri qayıdıblar”. P.Hüseyn bildirdi ki, türk ordusu Azərbaycan xalqını genosiddən xilas edib: “Ermənilərin 1993-cü ildə Gəncəni işğal etmək niyyətini yenə də türk ordusu alıb. Füzulidə döyüşlər gedəndə Türkiyə ordusu iki diviziyasını Naxçıvana yeritdi. O zaman ölkədə bir kilo taxıl yox idi. Türkiyədən verilən taxılın sayəsində Azərbaycan aclıqdan xilas oldu. BMT-nin Azərbaycana dair qəbul olunan sənədlərində də Türkiyə diplomatiyasının mühüm rolu olub. ”O bildirdi ki, türkçü olmaq üçün həm də Türkiyəçi olmaq lazımdır: “Biz Azərbaycan olaraq düşünmədən Türkiyənin tərəfində olmalıyıq. Bu birlik Azərbaycanın geosiyasi təminatıdır. Yaşasın Azərbaycan-Türkiyə birliyi!” AXCP sədrini müavini Nurəddin Məmmədli Nuru Paşanın xidmətlərindən danışdı: “Xalqımız bunu dəyərləndirib və sovet dönəmində də bölgələrdə olan türk əsgəri şəhidlərinin məzarlarını qoruyub saxlayıblar”. N.Məmmədli qeyd etdi ki, Azərbaycan hakimiyyəti Türkiyəni əsas məsələlərdə dəstəkləmir: “Viza rejimini aradan qaldırmır, PKK yandaşlarını hakimiyyətdən uzaqlaşdırmır, ”Nabocco"dan və strateji hərbi əməkdaşlıqdan imtina edir. Bu biabırçılıqdı". Müsavat Məclisinin sədri A.Səmədbəyli isə dedi ki, Türkiyə hakimiyyəti Fələstinlə bağlı göstərdiyi eyni həssaslığı Cənubi Azərbaycandakı soydaşlarımıza da göstərməlidir: “Demokratik dövlət olan Türkiyənin qardaş Azərbaycanda demokratiya uğrunda gedən mübarizəyə münasibəti bizi qane etmir”. Böyük öndərin nəvəsi R.Rəsulzadə də Azərbaycan və Türkiyənin qardaşlıq birliyinin vacibliyindən danışdı. Müsavat Partiyasının Lənkəran rayon təşkilatının sədri Yadigar Məmmədli, tədqiqatçı alim Nəsiman Yaqublu və Rafiq Bəy İsmayıl həmin illərdə türk ordusunun rəşadətindən danışdılar. Leyla İLQAR 932 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|