|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Ermənistan ərazisindən və Azərbaycanın erməni işğalı altındakı rayonlarının ərazilərindən İrana intensiv şəkildə yüklər daşınır. Son günlər bu proses o qədər böyüyüb ki, artıq onu əraziyə ən müxtəlif vasitələrlə (kosmosdan və canlı agentura üzərindən) nəzarət edən dövlətlər də qeydə alıblar”... Bizə də bu məlumat həmin dövlətlərdən birinin Bakıdakı missiyalarından sızdırılıb. Dəqiqləşdirilmiş bilgilər əsasında onu demək olar ki, son günlər İranla həmsərhəd olan işğal altındakı ərazilərimizdən iritonnajli maşınlar kolonlar şəklində İran ərazisinə doğru hərəkət edirlər. Eynu proses daha intensiv şəkildə Ermənistan- İran sərhədində də müşahidə olunmaqdadır. Xarici ölkə təmsilçisinin, adının açıqlanmaması şərti ilə müxbirimizə verdiyi bilgidə göstərilir ki, daşınan yüklər Ermənistan ərazisində mövcud olan Hava Hücumundan Müdafiə sistemlərinin hissələridir: “Təxminən 80 ədəd bu cür HHM sistemi mövcuddur. Onlar Ermənistan və Dağlıq Qarabağ ərazisində Azərbaycana qarşı quraşdırılıb və hər biri də işlək vəziyyətdədir. İndi həmin HHM-ləri demontaj edərək, İrana daşıyırlar. İran olası hava hücumuna qarşı hazırlıqlarını intensivləşdirir. Bu məsələdə dünya gücləri, əsasən də ABŞ Rusiya ilə gizli bir anlaşma içərisindədir; bu anlaşmaya görə ruslar İrana HHM və başqa müdafiə silahları satmayacaqlar. Bu səbəbdən də yuxarıda göstərilən variant seçilib. İran Ermənistan ərazisindəki əksər HHM-ləri satın alıb və onları artıq daşıtdırır”. İşin maraqlı tərəfi də budur ki, bu yüklər İran və Ermənistan yetkililərinin birgə içtirakı ilə Azərbaycanımızın işğal altındakı ərazilərindən daşınmaqdadır... Xəbər xidməti 9143 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU |
| Yeni MÜSAVAT © 2008 |
|