 |
Gündəm
RUSİYANIN İRANI ERMƏNİSTAN ÜZƏRİNDƏN SİLAHLANDIRMAQ PLANLARI 2011-12-27 Azərbaycanın işğal altındakı ərazilərindən daşınan HHM sistemlərinə S-300-lər də əlavə oluna bilər
|
Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərindən İrana son günlər intensiv şəkildə hərbi yüklərin daşınması barədə xəbər vermişdik. Xatırladaq ki, Bakıdakı xarici diplomatik mənbələrdən ötürülən həmin məlumatda deyilirdi ki, Ermənistan ərazisindən və Qarabağ üzərindən İrana hərəkət edən iritonnajlı avtomobil karvanları kosmosdan də izlənilir. Yüklərin Ermənistan-İran sərhədindən daha intensiv daşındığı müşahidə edilir. Ehtimal edilirdi ki, daşınan yük Hava Hücumundan Müdafiə Sistemləridir. Belə ki, Ermənistan və Dağlıq Qarabağda Azərbaycana qarşı quraşdırılan HHM sistemlərinin sökülüb İrana daşındığı bildirilir. Yüklərin daşınmasının intensivləşdiyi vaxtda İran prezidenti Mahmud Əhmədinejad İrəvana səfər edib. Tərəflər bu səfərin anaq ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini açıqlasalar da əslində bölgədəki vəziyyəti izləyən nüfuzlu ekspertlər İranın ABŞ və ya İsrailin mümkün hava zərbələrinə qarşı regiondakı müttəfiqləri ilə ortaq planlar həyata keçirdiyini təxmin edir. Bəs Azərbaycanın Hərbi Hava Qüvvələrini son illər dəfələrlə gücləndirdiyi bir vaxtda Ermənistanın öz ərazisindəki və işğal altındakı Qarabağdakı HHM sistemlərini söküb İrana daşıması nə dərəcədə ağlabatan sayıla bilər? Belə görünür ki, söhbət Rusiyanın regiondakı qüvvələrini və hərbi mövqelərini İrana qarşı mümkün hərbi əməliyyatlar qarşısında səfərbər etməsi planları çərçivəsində atılan addımlardan gedir. Rusiya beynəlxalq sanksiyalara görə İrana birbaşa silah sata bilmir. İrana S-300 zenit-raket komplekslərinin satışına dair imzalanmış müqaviləni isə “Rosoboronekspert” şirkəti pozmalı oldu. Çünki ABŞ və İsrail bu sistemlərin İrana satılmasına israrla qarşı çıxırdı. Ancaq Rusiya Ermənistan üzərindən İrana müxtəlif təyinatlı silah və hərbi texnika ötürməkdə sərbəstdir. Bu ilin avqust ayında Rusiyanın Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-polkovnik Vadim Volkovski bəyan etdi ki, Moskva MDB-nin hava hücumundan kollektiv müdafiə sistemini yenidən quracaq. MDB-nin hava hücumundan kollektiv müdafiə sistemi Rusiya, Qazaxıstan, Ermənistan və Belarus ərazisində yerləşdirilmiş HHM sistemlərindən, habelə radar komplekslərindən ibarətdir. Bu sistemin aparıcı elementləri S-300 raketləri hesab edilir. General Volkovski bildirmişdi ki, Rusiya bu sistemi modernləşdirmək və hava hücumundan kollektiv müdafiə sisteminə daxil olan ölkələrdə S-300 raketlərini onların daha güclü variantı olan S-400 kompleksləri ilə əvəzləyəcək. Onun bildirdiyinə görə, S-400 raketləri hava hücumundan kollektiv müdafiə sisteminin aparıcı elementinə çevriləcək. General həmin sistemlərin yaxın vaxtlarda Belarus və Ermənistan da daxil olmaqla, hava hücumundan kollektiv müdafiə sisteminə daxil olan ölkələrdə yerləşdiriləcəyini də açıqlayıb. S-400 raketləri hava hədəflərini 300 kilometr məsafədən vura bilir, orta mənzilli ballistik raketləri isə 60 kilometr məsafədə sıradan çıxarır. S-300 komplekslərinə nisbətən daha moderndir və əhatə dairəsi genişdir. Beləliklə, Rusiya BMT-nin sanksiyalarına və Qərbin təzyiqlərinə görə İrana S-300 raketlərinin satışına dair 2007-ci ildə imzalanmış müqaviləni ləğv etsə də bu silahların Ermənistanın əli ilə Tehrana ötürülməsi tamamilə mümkündür. Çünki Rusiya MDB-nin hava hücumundan kollektiv müdafiə sistemini modernləşdirmək adı altında Ermənistana S-400 raketləri yerləşdirə, bu ölkədəki Rusiya hərbi bazasının ətrafında yerləşdirilmiş S-300 raketlərini isə söküb İrana ötürə bilər. Digər tərəfdən, Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycanın işğal altındakı ərazilərində S-200 və digər tipli Rusiya istehsalı olan HHM sistemləri yerləşdirib. Rusiya Ermənistan ərazisini və onun işğalı altında olan Azərbaycan ərazilərini mümkün hava zərbələrindən qorumağa təminat verməklə həmin silahları da İrana ötürə bilərdi. Xəbər verildiyi kimi, bugünlərdə “Nezavisimaya qazeta” Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazmışdı ki, Moskva mümkün İran müharibəsinə qarşı regiondakı hərbi qüvvələrini hazırlıq vəziyyətinə gətirib. Bura Ermənistandakı 102-ci Rusiya bazası, Xəzər donanması, Dağıstanın Azərbaycanla sərhədləri boyu yerləşdirilmiş ballistik raket bazası, Cənubi Osetiya ərazisindəki Rusiya hərbi qüvvələri də daxildir. Rusiya İranın nüvə dövlətinə çevrilməsində maraqlı görünməsə də bu ölkəyə qarşı hərbi əməliyyatların başlamasını özünün regiondakı maraqları üçün fəlakətli hesab edir. Görünür, Moskva İranın vurulacağı tarixin yaxınlaşdığı barədə məlumatlar əsasında tələm-tələsik Ermənistan vasitəsilə Tehranın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün hərəkətə keçib. Siyasət şöbəsi 1737 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|