23 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

İQTİDAR MÜXALİFƏTİN DİLİNİ-AĞZINI BAĞLATDIRIR

2012-01-11

Zəngin məmurlar ölkəyə cadugərlər ordusu gətirib
Dünyanın ən tanınmış və bahalı parapsixoloqları Bakıda; onlara və milli falçılarımıza müxalifəti, xalqı “tilsimə salmaq” tapşırığı verilib; “qara maq”lar briqadası bütün gücü ilə iş başındadır

Hakimiyyətin ayrı-ayrı tanınmış nümayəndələrinin, hətta ən yuxarı eşelonda təmsil olunan şəxslərinin falçılarla işləməsi barədə mətbuatda zaman-zaman məlumatlar, iddialar yer alıb. Bir neçə ay öncə əksər nazirlərin, komitə sədrlərinin, bəzi rektorların “qazaxlı İmamirə” kimi tanınan falçının “yardımından” istifadə etmələri faktı üzə çıxmışdı. Belə ki, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin sponsorluğu ilə işıq üzü görən və İmamirəyə həsr olunan “İdeallıqla reallığın vəhdəti” jurnalı əlimizə keçəndə heyrətamiz faktlar ortaya çıxmışdı.

Ziyafət ƏsgərovHəmin vəsaitdən də göründüyü kimi, vitse-spiker Ziyafət Əsgərovun hüquqi rəyçiliyi, dinşünas-alim Vasim Məmmədliyevin baş məsləhətçiliyi ilə dərc olunan jurnalda ölkənin yüksək vəzifəli məmurları İmamirəyə inandıqlarını, onun xidmətlərindən müntəzəm istifadə etdiklərini açıqlayırlar. Həmin məqalə dərc olunan ərəfədə belə məlumatlar da əldə etmişdik ki, iqtidarın ən yuxarı eşelonunda olan şəxslər İmamirəni vaxtaşırı Bakıya çağırır, dar məqamlarda onun köməyindən yararlanırlar.
Bugünlərdə isə hakimiyyət dəhlizlərində dolaşan bir mənbəmiz müxbirimizə sensasion məlumatlar verib. Onun iddialarına görə, bir sıra zəngin məmurlar dünya çapında tanınan cadugərlərin xidmətlərindən istifadə etməyə, hətta onlardan bir çoxunu Azərbaycana gətirməyə başlayıblar: “Afrikanın bəzi qəbilələrində, hətta cəngəlliklərdə yaşayan və okkult elmlərinin mütəxəssisləri olan ”kuaren deyro"ların (cadugərlərin) Bakıya gətirilməsi, onların ən uyğun şəraitlərdə birgə çalışmalarının təmin olunması varədə məlumatlar var. Onlara Rusiyadan, xüsusilə də Uzaq Şərqdən olan “yoq”ların, “fakir”lərin, Azərbaycandan olan parapsixoloqların, falçı-öncə görənlərin qatılması faktı da mövcuddur. Böyük məsrəflər hesabına həyata keçirilən bu layihənin konkret və ciddi bir məqsədi var: Ölkədə kütləvi proseslərin, qrışıqlıqların, inqilabların qarşısını almaq, kütləvi psixoz prosedurları ilə toplumda fəaliyyətsizliyi təmin etmək". Mənbəmiz iddia edir ki, şərti olaraq “cadugərlər” deyə bildiyimiz bu mütəxəssislərin - parapsixoloq, şaman və maqların Bakıya daşınıb gətirilməsi ötən ilin aprelindən başlayıb: “Bu barədə hakimiyyətdəki önəmli bir məmura azərbaycanlı bir ”falçı" məsləhət verib. Bu məsləhət onun ağlına batıb və bunun gərəyini yapmaq üçün layihəni “sanksiyalaşdırıb”. Layihənin xərcini bir neçə imkanlı məmur özləri ödəyirlər. İndi onlar əmindirlər ki, ötən il ərəb inqilablarından Azərbaycanın yan keçməsinin, xalqın ayağa qalxmamasının bir səbəbi də məhz bu “cadugərlər layihəsinin” işə salınmasıdır. Burada əsas hədəf toplum olsa da, əslində müxalifətin önəmli fiqurları da dəvət edilmiş cadugərlər briqadasının cadu və başqa növ enerji yükləmələrinin hədəfindədir". Klassik dillə deyilsə, hazırda dünyanın ən yaxşı və bahalı cadugərləri Azərbaycan müxalifətinin “dilini ağzını bağlamaq”la məşğuldur. Məlumatı verən mənbəmiz deyir ki, Bakıdakı və ölkədəki bütün toplu məntəqələr, xüsusi ilə də bazarların və metrostansiyaların giriş-çıxışları xüsusi cadu elementləri ilə tilsimlənib: “Metrostansiyaların girişlərində yerə xüsusi mıxlar vurulur; eskalatorlara da bir sıra elementlər bərkidilir - bunlar toplumun ”dağıdıcı, yıxıcı" və ümumiyyətlə, hər cür enerjisini yavaşıtmalıdır. Belə yerlərdə xüsusi və hiss edilməyən ətirlər yayılır, cadulanmış sular səpilir, hamının əl, yaxud ayaq basa biləcəyi hansısa predmetlər qoyulur... “
Mənbəmiz deyir ki, rejimə sadiq olan zəngin məmurlar hakimiyyəti xalqdan qorumaq üçün dünyadakı bir sıra hipnoz, telekinez, zombiləşdirmə və ümumiyyətlə, bugünkü ekstrasensorikanın ən güclü mütəxəssislərini bir komandada toplaya bilib. Bu, hakimiyyətin “əks-inqilab komitəsi” də sayıla bilər.

***

Bu məsələ ilə bağlı fikirlərini almaq istədiyimiz müxalifət liderlərindən biri müxbirimizə belə bir rəy bildirdi: “Hüsnü Mübarək, Qəzzafi və bir sıra diktatorlar da cadugərlərdən, ekstrasenslərdən, parapsixoloqlardan istifadə edirdi. Məlum olduğu kimi, bütün bunlar həmin diktatorları xilas etmədi. Xalqın iradəsini və istəklərini cadulamaq, narazıların dilini-ağzını bağlamaq sonuna qədər heç kəsə müyəssər olmur. Bu hakimiyyətə də olmayacaq. İqtidar bu cür işlərlə, cadu-piti ilə uğraşmaqdansa, real işlər görsün, islahatlara başlasın, azadlıqların məhdudlaşdırılmasına son qoysun... ”
Qeyd edək ki, cadugərliklə bağlı fəaliyyətlər bir sıra mənbələrdə okkult elmləri adlandırılır. Afrikanın cənubunda onlara - “kuaren deyro”, qərbində - “nqombo”, mərkəzində - “menduk”, Yava adalarında - “dikun”, Qrenlandiyada - “anqanok”, Peruda - “bruco”, Rusiyada - “çarodey”, “koldun”, Uzaq Şərqdə - “yoq”, “fakir”, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda - “cadugər” deyirlər.
Dinimiz bu fəaliyyət növünü təqdir etmir, onu günah sayır və cadudan, cadugərdən qorunmağın yeganə yolunu Allaha sığınmaqda görür...

Tofiq ƏHMƏDLİ, T.TEYMUR

9060 dəfə baxılıb

Xəbəri paylaş

[22.02.2012] - MEDVEDYEV “RADİKAL” MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ

[22.02.2012] - XOCALI ABİDƏSİNİ ZİYARƏT RƏSMİ PROTOKOLA SALINA BİLƏR

[22.02.2012] - İRAN HƏRBİ VERTOLYOTU ASTARAYA SOXULDU

[22.02.2012] - “BMT-dən XOCALI SOYQIRIMININ TANINMASINI İSTƏYƏCƏYİK”

[22.02.2012] - ƏRƏB BAHARINI SOLDURAN İQTİDARIMIZ

[22.02.2012] - DEPUTATLARIMIZIN İRƏVAN SƏFƏRİNƏ BAKIDAN SƏRT ETİRAZ

[22.02.2012] - POLİTOLOQDAN RƏSMİ BAKIYA XƏBƏRDARLIQ

[22.02.2012] - AZƏRBAYCAN ORDUSU MÜHARİBƏYƏ HAZIRLAŞIR?

[21.02.2012] - MTN-dən NÖVBƏTİ ANTİTERROR ƏMƏLİYYATI

[21.02.2012] - AMERİKALI HƏRBÇİLƏR QURANI YANDIRIB

[21.02.2012] - NOVRUZ MƏMMƏDOV TÜRKİYƏLİ JURNALİSTƏ SİRR AÇDI

[21.02.2012] - ARANDA XALQ ÜSYANI

[21.02.2012] - “SƏFİR TƏYİNATININ LƏNGİMƏSİ ABŞ-ın ÖZ MARAQLARINA ZİYANDIR”

[21.02.2012] - “RAMİL ONUNLA YAŞAYIR Kİ, VƏTƏNDƏ UNUDULMUR”

[21.02.2012] - İRANDAN BAKIYA İKİ YENİ İTTİHAM

[21.02.2012] - AZƏRBAYCANDA DİNDARLARIN HƏBSİ İRANA CAVABDIRMI?

[21.02.2012] - ƏLİ HƏSƏNOV İRANIN İTTİHAMLARINA CAVAB VERDİ

[20.02.2012] - BMT-dən XOCALI SOYQIRIMININ TANINMASI TƏLƏB OLUNACAQ

[20.02.2012] - KÜRDLƏR AVROPA ŞURASININ QAPISINI SINDIRDI

[20.02.2012] - “MÖVCUD ŞƏRTLƏR ALTINDA İSRAİLİN İRANA HÜCUM ETMƏSİ AĞILSIZLIQ OLAR”

ARXIV

Yeni MÜSAVAT © 2008