23 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ABŞ İRANIN ÜZƏRİNƏ DAHA BİR TƏYYARƏDAŞIYAN GÖNDƏRİR

2012-01-28

“Avraam Linkoln” və “Karl Vinson”un ardınca “Enterprise” gəmisi körfəzə yola düşür, Pentaqon rəhbəri bunun Tehrana xəbərdarlıq olduğunu bildirdi

ABŞ İran üzərinə daha bir təyyarədaşıyan gəmi qruplaşması göndərir. Birləşmiş Ştatlar hərbi dəniz donanmasının komandanlığından açıqlanan məlumata görə, Virciniya ştatında, Norfolk bazasında dislokasiya olunmuş “Enterprise” atom təyyarədaşıyan gəmisi bir neçə müxtəlif tipli hərbi gəmilərin müşayiəti ilə Fars körfəzinə yola salınır. Gəmi mart ayında körfəzə çatacaq.

Bundan əvvəl ABŞ “Karl Vinson” və “Avraam Linkoln” təyyarədaşıyan gəmilərini Fars körfəzinə göndərib. Onların hər birinin göyərtəsində yüzə qədər hərbi təyyarə, minlərlə hərbçi, müxtəlif tip raketlər və digər silahlar var. Birləşmiş Ştatlar bəyan edir ki, təyyarədaşıyan gəmilərin bölgədə yer alması Hörmüz boğazında təhlükəsizliyi təmin etməyə hesablanıb. İran neft embarqolarına cavab olaraq Hörmüz boğazını bağlamaqla hədələyir. Pentaqon xəbərdarlıq edib ki, boğazı bağlamaq cəhdinə cavab olaraq Amerika qüvvələri İrana dağıdıcı zərbələr endirməyə hazırdır. Hazırda bölgədə Amerikanın təyyarədaşıyan gəmilərdən əlavə Küveytdə dislokasiya olunmuş 15 minlik ordu qruplaşması, habelə dəniz piyadaları batalyonları və amfibiya-desant gəmiləri var.
ABŞ Hərbi Dəniz Qüvvələri bildirir ki, “Enterprise” gəmisi Fars körfəzinə yola düşməzdən əvvəl Atlantik okeanına təlimlər keçirəcək. ABŞ müdafiə naziri Leon Panetta gəminin göyərtəsində olub və hərbçilər qarşısında çıxış edərək deyib ki, təyyarədaşıyanın Yaxın Şərqə göndərilməsi Vaşinqtonun bu bölgədə gücünün simvolu olacaq. O, regiona qüvvə cəmləşdirilməsinin İrana xəbərdarlıq olduğunu deyib: “Biz istəyirik ki, iranlılar ABŞ-ın nə dərəcədə qətiyyətli olduğunu, istənilən fövqəladə situasiyada hərəkət edə bilmək üçün tam hazırlıqlı olduğunu görsünlər”. Xatırladaq ki, Avropa İttifaqı yanvarın 23-də İrana neft embarqosunun tətbiqinə dair qərarını elan edib. Sanksiyalar iyunun 1-dən qüvvəyə minəcək. Habelə ABŞ öz müttəfiqlərini İrandan neft almağa son qoymağa çağırır. Avstraliya, Yaponiya, Cənubi Koreya bu sanksiyalara qoşulmaq barədə müzakirələr aparır. Bu arada İranda hərbi təyyarə Buşəhr AES-in yaxınlığında qəzaya uğrayıb. İran KİV-lərinin xəbərlərinə görə, ölkənin hərbi hava qüvvələrinin F-14 təyyarəsi AES-ə yaxın ərazidə “texniki nasazlıq üzündən” düşüb, pilotlar həlak olub.

F.MƏMMƏDOV

3886 dəfə baxılıb

Xəbəri paylaş

[22.02.2012] - MEDVEDYEV “RADİKAL” MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ

[22.02.2012] - XOCALI ABİDƏSİNİ ZİYARƏT RƏSMİ PROTOKOLA SALINA BİLƏR

[22.02.2012] - İRAN HƏRBİ VERTOLYOTU ASTARAYA SOXULDU

[22.02.2012] - “BMT-dən XOCALI SOYQIRIMININ TANINMASINI İSTƏYƏCƏYİK”

[22.02.2012] - ƏRƏB BAHARINI SOLDURAN İQTİDARIMIZ

[22.02.2012] - DEPUTATLARIMIZIN İRƏVAN SƏFƏRİNƏ BAKIDAN SƏRT ETİRAZ

[22.02.2012] - POLİTOLOQDAN RƏSMİ BAKIYA XƏBƏRDARLIQ

[22.02.2012] - AZƏRBAYCAN ORDUSU MÜHARİBƏYƏ HAZIRLAŞIR?

[21.02.2012] - MTN-dən NÖVBƏTİ ANTİTERROR ƏMƏLİYYATI

[21.02.2012] - AMERİKALI HƏRBÇİLƏR QURANI YANDIRIB

[21.02.2012] - NOVRUZ MƏMMƏDOV TÜRKİYƏLİ JURNALİSTƏ SİRR AÇDI

[21.02.2012] - ARANDA XALQ ÜSYANI

[21.02.2012] - “SƏFİR TƏYİNATININ LƏNGİMƏSİ ABŞ-ın ÖZ MARAQLARINA ZİYANDIR”

[21.02.2012] - “RAMİL ONUNLA YAŞAYIR Kİ, VƏTƏNDƏ UNUDULMUR”

[21.02.2012] - İRANDAN BAKIYA İKİ YENİ İTTİHAM

[21.02.2012] - AZƏRBAYCANDA DİNDARLARIN HƏBSİ İRANA CAVABDIRMI?

[21.02.2012] - ƏLİ HƏSƏNOV İRANIN İTTİHAMLARINA CAVAB VERDİ

[20.02.2012] - BMT-dən XOCALI SOYQIRIMININ TANINMASI TƏLƏB OLUNACAQ

[20.02.2012] - KÜRDLƏR AVROPA ŞURASININ QAPISINI SINDIRDI

[20.02.2012] - “MÖVCUD ŞƏRTLƏR ALTINDA İSRAİLİN İRANA HÜCUM ETMƏSİ AĞILSIZLIQ OLAR”

ARXIV

Yeni MÜSAVAT © 2008