 |
Gündəm
TÜRKİYƏ FRANSANI MİNSK QRUPUNDAN ÇƏKİLMƏYƏ ÇAĞIRDI 2012-01-29 Əhməd Davudoğlu: “Bu ölkə Qarabağ məsələsində tərəfsizliyini itirib, Sarkozi İrəvanda iki gün olsa da Bakıda cəmi bir neçə saat qaldı...”
|
Türkiyə Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupundan çəkilməyə çağırıb. Bu barədə xarici işlər naziri Əhməd Davudoğlu “CNN Türk” kanalına müsahibəsində bildirib. Ə.Davudoğlu deyib ki, Paris qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul etməklə obyektivliyini tamamilə itirib. Dağlıq Qarabağ məsələsindən danışan Ə.Davudoğlu deyib ki, Azərbaycanın işğal edilən torpaqları həm də türklərin torpaqlarıdır: “Biz bunu belə qəbul edirik. Mən azərbaycanlıların Fransa Senatının qərarına ortaq məsələ olaraq qəbul etdiklərinə əminəm”. Qarabağ münaqişəsinin həlli ilə əlaqədar 1992-ci ildə yaradılan və Türkiyənin də üzv olduğu ATƏT-in Minsk Qrupunda ABŞ, Rusiya və Fransa olmaqla 3 həmsədr ölkə olduğunu qeyd edən Ə.Davudoğlu Fransanın vasitəçilik rolunu nəzərdən keçirmək lazım olduğunu vurğulayıb. Minsk Qrupunun həmsədr ölkələrinin onsuz da prosesdə aktiv iştirak etmədiklərini deyən Türkiyə XİN başçısı Rusiyanın məlum coğrafi yaxınlığı olduğunu anladığını və ABŞ 1990-cı ildən mühüm super güc olduğunu qeyd edib: “Amma Fransanın burada hansı rol oynadığını artıq öyrənməliyik”. Ə.Davudoğlu daha sonra Azərbaycan-Ermənistan münasibətlərinə toxunub: “Azərbaycan-Ermənistan münaqişəsindən bu və ya digər şəkildə təsirlənən iki millət varsa, biri ruslar, digəri isə türklərdir. Fransa prezidenti Nikolya Sarkozi iki gün Ermənistanda, bir neçə saat Azərbaycanda qaldı. Çox açıq bir şəkildə tərəf tutduğunu nümayiş etdirdi. Türk torpaqlarına geri dönüb Ağrı dağını göstərəcək, sonra da həmsədr ölkə olaraq vasitəçi rolunu oynayacaq. Mən bu sahədə çalışmış bir şəxs olaraq söyləyirəm: Fransanın belə bir missiyanı yerinə yetirməsi mümkün deyil”. Türkiyəli nazir həmçinin əlavə edib ki, əgər Fransa Minsk Qrupunda həmsədr kimi öz missiyasını davam etdirəcəksə, o zaman Türkiyə də həmsədr olmalıdır. Qeyd edək ki, Fransanın Minsk Qrupu həmsədrliyindən getməli olduğu barədə ilk dəfə Türkiyə prezidenti Abdulla Gül sözügedən qanunun parlamentin aşağı palatasında qəbulundan sonra danışmışdı. Daha sonra Türkiyə mediası xəbər yaydı ki, Türkiyə XİN ATƏT-dəki səfirinə Fransanın Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması yönündə fəaliyyətə başlamaq təlimatı verib. Lakin rəsmi Bakının dəstəyi olmadan Türkiyənin bu təşəbbüsünün nəticə verməsi mümkün hesab edilmirdi. “Erməni qanunu”nun Fransa Senatında qəbulundan sonra Bakıdan da bu ölkənin Minsk Qrupunda həmsədrliyinin mümkün olmadığı haqda etirazlar artmağa başlayıb. O cümlədən hakimiyyət təmsilçiləri (aşağı ranqlı məmurlar və hakim partiya funksionerləri) Fransanın sözügedən qanunu qəbul etməklə Qarabağ münaqişəsinin nizamlanması prosesindəki roluna zərbə vurduğunu deyirlər. Bununla belə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşü zamanı Azərbaycan tərəfi Fransanın Minsk Qrupunun həmsədri kimi qalmasına qarşı olmadığını ifadə edib. Bu məsələdə Azərbaycan tərəfinin kifayət qədər həssas və mürəkkəb situasiya ilə üzləşdiyi aydındır. Bir tərəfdən, Fransa vasitəçi kimi obyektivliyini tamamilə itirib, açıq şəkildə ermənipərəst mövqe tutub və Minsk Qrupunun neytrallığını daha da sarsıdıb. Digər tərəfdən isə Fransanı həmsədrlikdən uzaqlaşdırmaq danışıqlar prosesində Rusiyanın inhisarını daha da möhkəmləndirərdi və Avropa İttifaqının prosesdən faktiki olaraq kənarda qalmasına gətirib çıxarardı. Belə görünür ki, rəsmi Bakı Türkiyədən edilən açıq çağırışlara baxmayaraq münaqişə tərəfi kimi Fransanı həmsədrlikdən uzaqlaşdırmaq məsələsini qaldırmaq istəmir. Ancaq Fransanın indiki şərtlərdə həmsədr kimi qalması halında Türkiyənin də həmsədrliyə cəlb olunması məsələsini ATƏT qarşısında qaldırmaq üçün hərəkətə keçmək olar. Xəbər xidməti 529 dəfə baxılıb
|
[22.02.2012] - MEDVEDYEV “RADİKAL” MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ [22.02.2012] - XOCALI ABİDƏSİNİ ZİYARƏT RƏSMİ PROTOKOLA SALINA BİLƏR [22.02.2012] - İRAN HƏRBİ VERTOLYOTU ASTARAYA SOXULDU [22.02.2012] - “BMT-dən XOCALI SOYQIRIMININ TANINMASINI İSTƏYƏCƏYİK” [22.02.2012] - ƏRƏB BAHARINI SOLDURAN İQTİDARIMIZ [22.02.2012] - DEPUTATLARIMIZIN İRƏVAN SƏFƏRİNƏ BAKIDAN SƏRT ETİRAZ [22.02.2012] - POLİTOLOQDAN RƏSMİ BAKIYA XƏBƏRDARLIQ [22.02.2012] - AZƏRBAYCAN ORDUSU MÜHARİBƏYƏ HAZIRLAŞIR? [21.02.2012] - MTN-dən NÖVBƏTİ ANTİTERROR ƏMƏLİYYATI [21.02.2012] - AMERİKALI HƏRBÇİLƏR QURANI YANDIRIB [21.02.2012] - NOVRUZ MƏMMƏDOV TÜRKİYƏLİ JURNALİSTƏ SİRR AÇDI [21.02.2012] - ARANDA XALQ ÜSYANI [21.02.2012] - “SƏFİR TƏYİNATININ LƏNGİMƏSİ ABŞ-ın ÖZ MARAQLARINA ZİYANDIR” [21.02.2012] - “RAMİL ONUNLA YAŞAYIR Kİ, VƏTƏNDƏ UNUDULMUR” [21.02.2012] - İRANDAN BAKIYA İKİ YENİ İTTİHAM [21.02.2012] - AZƏRBAYCANDA DİNDARLARIN HƏBSİ İRANA CAVABDIRMI? [21.02.2012] - ƏLİ HƏSƏNOV İRANIN İTTİHAMLARINA CAVAB VERDİ [20.02.2012] - BMT-dən XOCALI SOYQIRIMININ TANINMASI TƏLƏB OLUNACAQ [20.02.2012] - KÜRDLƏR AVROPA ŞURASININ QAPISINI SINDIRDI [20.02.2012] - “MÖVCUD ŞƏRTLƏR ALTINDA İSRAİLİN İRANA HÜCUM ETMƏSİ AĞILSIZLIQ OLAR” ARXIV
|