23 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“XALQ DİPLOMATİYASI DAHA ÇOX RUSİYAYA LAZIMDIR”

2012-01-29

Natiq Miri: “Bu oyunda iştirakçıya çevrilmək olmaz”

Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada keçirilən son görüşündə imzalanan bəyanatda münaqişə tərəflərinin ziyalı, elmi və ictimai dairələrin nümayəndələri səviyyəsində dialoqu davam etdirməyə razılaşdığı bildirilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, münaqişə tərəfləri dialoqun bu formatda aparılmasına vasitəçilik üçün Moskvaya müraciət edib və təmaslar Rusiyanın patronajliğı ilə aparılacaq.

Qeyd edək ki, bundan öncə də bir neçə dəfə elə Rusiyanın vasitəçiliyi ilə hər iki ölkənin ziyalıları səviyyəsində Bakıya, Dağlıq Qarabağa və İrəvana qarşılıqlı səfərlər təşkil olunmuş, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri bu səfərlərdə iştirak etmişdilər. Lakin elə həmin görüşlərin bəzi iştirakçıları, məsələn Fərhad Bədəlbəyli bir daha bu formatlı görüşlərə qatılmayacağını deyib. Dünya şöhrətli alim, professor Rafiq Əliyev isə hazırkı situasiyada bu cür görüşlərə ehtiyac yaranmadığını bəyan edib.
Xalq diplomatiyasında indiyədək ən çox səs-küyə və müzakirələrə səbəb olan təşəbbüs isə Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri tərəfindən təşkil olunan ziyalılardan ibarət missiyanın İrəvana, Xankəndinə və Bakıya səfərləri idi. Bu cür missiya iki dəfə-2007-ci və 2009-cu illərdə təşkil olunub. Hər iki ölkədən prezidentlərin də dəstək verdiyi missiya Ermənistan və Azərbaycan ictimaiyyətləri arasında əlaqə yaratmaq baxımından ən ciddi təşəbbüs sayılır. O vaxt nəzərdə tutulurdu ki, xalq diplomatiyası çərçivəsində bu cür missiyalar tez-tez təşkil olunacaq.
Lakin sülh danışıqları nəticə vermədiyi kimi xalq diplomatiyası da tərəflər arasında yaxınlaşmaya səbəb olmayıb və hər dəfə yarımçıq qalıb. Üstəlik, xalq diplomatiyasında rol alanlar hər iki tərəfdə sərt tənqidlərlə üzləşiblər. Artıq həmin görüşlərdə iştirak edənlərdən bəzilərinin növbəti dəfə işğal altındakı torpaqlarda ermənilərlə görüşə getməyəcəklərini bəyan etməsində ictimai qınağın da təsirinin olması istisna deyil.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri də hesab edir ki, xalq diplomatiyası Qarabağ münaqişəsinin həllində effektli vasitə deyil: “Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı bir vaxtda xalq diplomatiyasına ehtiyac yoxdur. Xalq diplomatiyası vaxt uzatmaq və ermənilərin Qarabağda dərin kök atmasına şərait yaratmaq üçün Rusiyanın oynadığı oyundur. Bu oyunda iştirakçıya çevrilmək olmaz. Qarabağ probleminin indiki vəziyyətdə qalması Rusiyanın regionda təsir imkanlarını saxlaması üçün Kremlə lazımdır. Xalq diplomatiyası Azərbaycanın zərərinə işləyir”.
Ekspert hesab edir ki, hətta Rusiya xalq diplomatiyası məsələsində səmimi olsa belə, bu vasitənin effekt verməyəcəyi şübhəsizdir: “İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın və xaricdəki erməni diasporunun nəzarətində olan oyuncaq rejim fəaliyyət göstərir, bu səbəbdən Qarabağ ermənilərinə münasibətdə xalq diplomatiyasını tətbiq etmək üçün imkanlar məhduddur. Ermənistana gəldikdə isə vəziyyət daha mürəkkəbdir. Ermənistanda ”Qarabağ klanı" hakimiyyətdədir, bu ölkəyə rəhbərlik edənlər bilavasitə Azərbaycan ərazilərinin işğalında iştirak ediblər. Bu ölkənin mətbuatında Qarabağ münaqişəsinin mümkün həllinə dair bir dənə də olsun ağlabatan fikrə rast gəlmək mümkün deyil. Elə bir erməni ziyalısı, ictimai xadimi tapmaq mümkün deyil ki, xalqı işğal edilmiş ərazilərin qaytarılmalı olduğuna inandırmaq istəsin. Bütün ideologiya Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasını qanuniləşdirmək üzərində qurulub. Ermənistanın siyasi rəhbərliyi danışıqlarda hər hansı konstruktivlik nümayiş etdirmir. Belə vəziyyətdə xalq diplomatiyası heç bir səmərə verə bilməz. Digər tərəfdən, münaqişədə həddən artıq qan tökülməsi də xalq diplomatiyasının imkanlarını məhdudlaşdırır".
N.Miri vurğuladı ki, Azərbaycan və Ermənistanda demokratik sistem, cəmiyyət olmadan Qarabağ probleminin həlli mümkün deyil. Xüsusilə də Azərbaycanda demokratik, inkişaf etmiş cəmiyyət olması lazımdır ki, Qarabağda yaşayan ermənilər tərəfindən cəlbedici olsun. “Bu olmadan qarşılıqlı görüşlər müsbət nəticə verməyəcək”.

Etibar SEYİDAĞA

383 dəfə baxılıb

Xəbəri paylaş

[22.02.2012] - MEDVEDYEV “RADİKAL” MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ

[22.02.2012] - XOCALI ABİDƏSİNİ ZİYARƏT RƏSMİ PROTOKOLA SALINA BİLƏR

[22.02.2012] - İRAN HƏRBİ VERTOLYOTU ASTARAYA SOXULDU

[22.02.2012] - “BMT-dən XOCALI SOYQIRIMININ TANINMASINI İSTƏYƏCƏYİK”

[22.02.2012] - ƏRƏB BAHARINI SOLDURAN İQTİDARIMIZ

[22.02.2012] - DEPUTATLARIMIZIN İRƏVAN SƏFƏRİNƏ BAKIDAN SƏRT ETİRAZ

[22.02.2012] - POLİTOLOQDAN RƏSMİ BAKIYA XƏBƏRDARLIQ

[22.02.2012] - AZƏRBAYCAN ORDUSU MÜHARİBƏYƏ HAZIRLAŞIR?

[21.02.2012] - MTN-dən NÖVBƏTİ ANTİTERROR ƏMƏLİYYATI

[21.02.2012] - AMERİKALI HƏRBÇİLƏR QURANI YANDIRIB

[21.02.2012] - NOVRUZ MƏMMƏDOV TÜRKİYƏLİ JURNALİSTƏ SİRR AÇDI

[21.02.2012] - ARANDA XALQ ÜSYANI

[21.02.2012] - “SƏFİR TƏYİNATININ LƏNGİMƏSİ ABŞ-ın ÖZ MARAQLARINA ZİYANDIR”

[21.02.2012] - “RAMİL ONUNLA YAŞAYIR Kİ, VƏTƏNDƏ UNUDULMUR”

[21.02.2012] - İRANDAN BAKIYA İKİ YENİ İTTİHAM

[21.02.2012] - AZƏRBAYCANDA DİNDARLARIN HƏBSİ İRANA CAVABDIRMI?

[21.02.2012] - ƏLİ HƏSƏNOV İRANIN İTTİHAMLARINA CAVAB VERDİ

[20.02.2012] - BMT-dən XOCALI SOYQIRIMININ TANINMASI TƏLƏB OLUNACAQ

[20.02.2012] - KÜRDLƏR AVROPA ŞURASININ QAPISINI SINDIRDI

[20.02.2012] - “MÖVCUD ŞƏRTLƏR ALTINDA İSRAİLİN İRANA HÜCUM ETMƏSİ AĞILSIZLIQ OLAR”

ARXIV

Yeni MÜSAVAT © 2008