23 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

10 SƏFİR FƏRHAD ƏLİYEV MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

2012-01-29

Eynulla Fətullayev: “Avropa Şurası Nazirlər Komitəsi Naxçıvandakı vəziyyətdən də narahatdır”

Beynəlxalq Tərəfdaşlıq Qrupu dünən Strasburqda Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Nazirlər Komitəsinin səfirləri ilə görüşüb. Bu barədə “Yeni Müsavat”a hazırda Strasburqda olan hüquq müdafiəçisi, “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev məlumat verdi.

E.Fətullayev bildirdi ki, Tərəfdaşlıq Qrupuna Norveç İnsan Haqları Evi, Açıq Cəmiyyət İnstitutu, “Artikl 19" təşkilatı və "İnsan Haqları Uğrunda" İctimai Birlik daxildir: “Görüşdə 10 ölkənin - Almaniya, Fransa, Böyük Britaniya, Finlandiya, Norveç, İsveç, Estoniya, Avstriya, Macarıstan və Danimarkanın səfirləri iştirak edirdi. Biz onlarla görüşdə Azərbaycanla bağlı müzakirələr apardıq. Nazirlər Kabinetinin səfirləri Azərbaycana gəlməyi planlaşdırır. Düzdür, ”Aqo" qrupu hazırda fəaliyyət göstərmir, amma Azərbaycanda yaranmış situasiya səfirlərdə narahatlıq yaratdığına görə onlar bura səfər etməyi planlaşdırır. Bizim görüşümüzdə ən çox müzakirə olunan məsələ Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra olunmamasıdır. Mən bu narahatlığın mövcudluğunu və problemin Azərbaycan hakimiyyəti tərəfindən təsdiqləndiyini bildirdim. Çünki prezidentin imzaladığı İnsan Haqları Proqramında Avropa Məhkəməsinin qərarlarının icra olunmaması əksini tapıb və bu vəziyyətin aradan qaldırılması tövsiyə olunub. Biz səfirlərlə görüşdə Fərhad və Rafiq Əliyevlərlə bağlı qərarın icra edilməməsi məsələsini xüsusilə ciddi müzakirə etdik. Həmin qərara əsasən Konvensiyanın 5-ci maddəsi üzrə Əliyev qardaşlarının hüquqlarının pozulduğu və həbs edilmələrinin qanunsuzluğu tanınıb. Düzdür, əsas iş üzrə qərar hələlik yoxdur, amma ən azı Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin mövcud qərarından doğan nəticələrlə əlaqədar olaraq hüquqi qiymət verməlidir və kompensasiya ödənməlidir. Bu addım isə atılmır".
E.Fətullayev səfirlərlə görüşdə digər məsələlərin də müzakirə olunduğunu vurğuladı: “Görüş zamanı hiss etdim ki, Nazirlər Komitəsinin səfirlərini Naxçıvandakı vəziyyət xüsusi narahat edir. Biz onlarla muxtar respublikadakı vəziyyəti müzakirə etdik və Naxçıvana səfər etməyi də tövsiyə etdik”.
Hüquq müdafiəçisi onu da dedi ki, səfirlərlə İnsan Haqları və Hüquq məsələləri üzrə Komitədəki dinləmələrin nəticələrini də müzakirə ediblər: “Mən bildirdim ki, Səməd Seyidovun 17 vicdan məhbusunun azadlığa buraxılması ilə bağlı verdiyi təklif, təqdim olunan layihə dinləmələrdən doğan uğurdur. Onlar da bu istiqamətdə çalışacaqlarını, vicdan məhbuslarının və Əliyev qardaşlarının məsələlərini nəzarətdə saxlayacaqlarını bildirdilər”.
E.Fətullayevin sözlərinə görə, ötən gün İnsan Haqları və Hüquq məsələləri üzrə Komitənin katibliyinin rəhbərliyi ilə də görüş keçirib: “Nəzərə çatdırım ki, bu komitədə dinləmələr başa çatmayıb, martın 9-da Parisdə davam etdiriləcək. Komitənin katibliyi dedi ki, həmin tarixə qədər vicdan məhbuslarının azad ediləcəyinə ümid edir. Amma məsələ bununla da bitmir. Çünki məruzəçi Kristofer Ştrasserin siyahısında 60-dan artıq məhkumun adı var ki, onlar siyasi məhbus kimi təqdim olunur. Avropa Şurası Ştrasserin Azərbaycana səfərinin baş tutması üçün çalışacaq”.

Elşad MƏMMƏDLİ

2141 dəfə baxılıb

Xəbəri paylaş

[22.02.2012] - MEDVEDYEV “RADİKAL” MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ

[22.02.2012] - XOCALI ABİDƏSİNİ ZİYARƏT RƏSMİ PROTOKOLA SALINA BİLƏR

[22.02.2012] - İRAN HƏRBİ VERTOLYOTU ASTARAYA SOXULDU

[22.02.2012] - “BMT-dən XOCALI SOYQIRIMININ TANINMASINI İSTƏYƏCƏYİK”

[22.02.2012] - ƏRƏB BAHARINI SOLDURAN İQTİDARIMIZ

[22.02.2012] - DEPUTATLARIMIZIN İRƏVAN SƏFƏRİNƏ BAKIDAN SƏRT ETİRAZ

[22.02.2012] - POLİTOLOQDAN RƏSMİ BAKIYA XƏBƏRDARLIQ

[22.02.2012] - AZƏRBAYCAN ORDUSU MÜHARİBƏYƏ HAZIRLAŞIR?

[21.02.2012] - MTN-dən NÖVBƏTİ ANTİTERROR ƏMƏLİYYATI

[21.02.2012] - AMERİKALI HƏRBÇİLƏR QURANI YANDIRIB

[21.02.2012] - NOVRUZ MƏMMƏDOV TÜRKİYƏLİ JURNALİSTƏ SİRR AÇDI

[21.02.2012] - ARANDA XALQ ÜSYANI

[21.02.2012] - “SƏFİR TƏYİNATININ LƏNGİMƏSİ ABŞ-ın ÖZ MARAQLARINA ZİYANDIR”

[21.02.2012] - “RAMİL ONUNLA YAŞAYIR Kİ, VƏTƏNDƏ UNUDULMUR”

[21.02.2012] - İRANDAN BAKIYA İKİ YENİ İTTİHAM

[21.02.2012] - AZƏRBAYCANDA DİNDARLARIN HƏBSİ İRANA CAVABDIRMI?

[21.02.2012] - ƏLİ HƏSƏNOV İRANIN İTTİHAMLARINA CAVAB VERDİ

[20.02.2012] - BMT-dən XOCALI SOYQIRIMININ TANINMASI TƏLƏB OLUNACAQ

[20.02.2012] - KÜRDLƏR AVROPA ŞURASININ QAPISINI SINDIRDI

[20.02.2012] - “MÖVCUD ŞƏRTLƏR ALTINDA İSRAİLİN İRANA HÜCUM ETMƏSİ AĞILSIZLIQ OLAR”

ARXIV

Yeni MÜSAVAT © 2008