 |
Gündəm
TÜRKİYƏ VƏ AZƏRBAYCAN QOVĞA ETMƏKDƏNSƏ... 2012-01-29 İki ölkə birgə addımlamalı, öncə Xocalı faciəsini soyqırımı kimi dünyaya tanıtmağa çalışmalıdırlar
|
Fransa Senatının qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqlədikdən sonra Türkiyənin bəzi dairələrindən Azərbaycana qarşı qınaqlar səslənməkdədir. Xüsusi ilə yazarlar, jurnalistlər Azərbaycan hakimiyyətindən lazımi addımları atmağı tələb edirlər. Azərbaycan iqtidarı isə gərəkən işləri gördüyünü, budan sonra da hərəkətsiz qalmayacağını bildirir. Türkiyənin istəklərindən biri də Fransanın həmsədrlikdən kənarlaşdırılması üçün Azərbaycanın müvafiq addımlar atmasıdır. Obyektivlik naminə qeyd edək ki, Azərbaycan hakimiyyətini təmsil edən şəxslər Fransanın Minsk Qrupunda qalmasının absurd olduğunu bildiriblər və qeyd ediblər ki, bu ölkənin həmsədrlikdən uzaqlaşdırılması istiqamətində addımlar atıla bilər. Bunun nə zaman baş verəcəyini isə kimsə söyləmir. İstənilən halda ortada müəyyən bir qovğa var və təbii olaraq Azərbaycanla Türkiyənin arasını vurmaq istəyən güclər bu fürsətdən maksimum yararlanmağa çalışırlar. Əlbəttə, Türkiyə-Azərbaycan qardaşlığına zərbə vurmaq elə də asan iş deyil. Amma bədxahların əlinə bəhanə verməmək üçün həm Azərbaycan, həm də Türkiyə iqtidarları müvafiq, uzlaşdırılmış addımlar atmalıdırlar. Konkret desək, Senat artıq qərarı təsdiqləyib, buna görə Azərbaycanı ittiham etmək o qədər də ədalətli yanaşma deyil. Əgər qosqoca Türkiyə bu qərarın verilməsinin qarşısını ala bilmədisə, Azərbaycanın atdığı addımlar bundan böyük və təsirli ola bilməzdi. Bütüm bu reallıqları nəzərə alaraq birgə addımlar atılması daha məqsədəuyğun hesab olunur. Məsələn, indiki məqamda ən effektiv addım Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində Türkiyə ilə Azərbaycanın birlikdə bütün qovğaları buraxıb bu məsələ ilə bağlı dünyaya səs salması ola bilər. Azərbaycan və Türkiyə parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb bunu dünya dövlətlərinin də qəbul etməsi üçün çalışmalıdırlar. Ekspertlərə görə, bununla çox ciddi nailiyyətlər əldə etmək mümkündür. Belə ki, heç bir fakta söykənmədən erməni “soyqırımı”nı qəbul edənlər cəmi 20 il öncə baş verən və kifayət qədər faktlara söykənən Xocalı soyqırımını tanımasalar, bu onların ifşası və ədalətsiz yanaşması kimi dünyaya bəyan ediləcək. Digər tərəfdən, Azərbaycan türklərinin soyqırımına məruz qalması ilə bağlı dünyaya səs salmaqla, ermənilərin “dilini kəsmək” olar. Onların əslində soyqırımına məruz qalan yox, soyqırımı törədən tərəf kimi tanıdılması üçün bu ən tutarlı vasitədir. Hüquq-müdafiəçisi Novella Cəfəroğlu da hesab edir ki, bu çox uğurlu bir addım ola bilər: “Türkiyə ilə Azərbaycan qardaşlığı əbədi və daimidir. Hansısa məqamda müəyyən qruplar tərəfindən edilən ittihamlar münasibətlərə əslində təsir göstərən amil deyil. Sadəcə, bunların da olmaması lazımdır. Biz indiki ərəfədə qovğa etməkdənsə, Türkiyə ilə birgə addımlamalıyıq. Xocalı faciəsinin 20-ci ildönümümün iki ölkə ilə birlikdə qeyd edilməsi Fransa Senatının qanunsuz qərarına adekvat cavab ola bilər. Bu haqda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun da açıqlaması oldu. Əgər bu məsələdə birgə hərəkət etsək, ermənilərin əslində soyqırımı törədən tərəf olduğunu dünyaya sübut edib uğur qazana bilərik”. Elşad MƏMMƏDLİ 1189 dəfə baxılıb
|
[22.02.2012] - MEDVEDYEV “RADİKAL” MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ [22.02.2012] - XOCALI ABİDƏSİNİ ZİYARƏT RƏSMİ PROTOKOLA SALINA BİLƏR [22.02.2012] - İRAN HƏRBİ VERTOLYOTU ASTARAYA SOXULDU [22.02.2012] - “BMT-dən XOCALI SOYQIRIMININ TANINMASINI İSTƏYƏCƏYİK” [22.02.2012] - ƏRƏB BAHARINI SOLDURAN İQTİDARIMIZ [22.02.2012] - DEPUTATLARIMIZIN İRƏVAN SƏFƏRİNƏ BAKIDAN SƏRT ETİRAZ [22.02.2012] - POLİTOLOQDAN RƏSMİ BAKIYA XƏBƏRDARLIQ [22.02.2012] - AZƏRBAYCAN ORDUSU MÜHARİBƏYƏ HAZIRLAŞIR? [21.02.2012] - MTN-dən NÖVBƏTİ ANTİTERROR ƏMƏLİYYATI [21.02.2012] - AMERİKALI HƏRBÇİLƏR QURANI YANDIRIB [21.02.2012] - NOVRUZ MƏMMƏDOV TÜRKİYƏLİ JURNALİSTƏ SİRR AÇDI [21.02.2012] - ARANDA XALQ ÜSYANI [21.02.2012] - “SƏFİR TƏYİNATININ LƏNGİMƏSİ ABŞ-ın ÖZ MARAQLARINA ZİYANDIR” [21.02.2012] - “RAMİL ONUNLA YAŞAYIR Kİ, VƏTƏNDƏ UNUDULMUR” [21.02.2012] - İRANDAN BAKIYA İKİ YENİ İTTİHAM [21.02.2012] - AZƏRBAYCANDA DİNDARLARIN HƏBSİ İRANA CAVABDIRMI? [21.02.2012] - ƏLİ HƏSƏNOV İRANIN İTTİHAMLARINA CAVAB VERDİ [20.02.2012] - BMT-dən XOCALI SOYQIRIMININ TANINMASI TƏLƏB OLUNACAQ [20.02.2012] - KÜRDLƏR AVROPA ŞURASININ QAPISINI SINDIRDI [20.02.2012] - “MÖVCUD ŞƏRTLƏR ALTINDA İSRAİLİN İRANA HÜCUM ETMƏSİ AĞILSIZLIQ OLAR” ARXIV
|