|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin başlatdığı çoxfunksiyalı “Khazar Island” (“Xəzər adaları”) layihəsi ilə bağlı yeni fantastik rəqəm yayılıb. Rusiyanın NTV telekanalı xəbər verib ki, bu layihə əvvəlcədən təxmin edildiyi kimi, 30 milyard yox, 125 milyard dollara başa gələcək.
Telekanalın bildirdiyinə görə, Xəzərdə salınacaq adalarda təxminən 1 milyon adamın yaşaya biləcəyi yaşayış kompleksi, ticarət-əyləncə obyektləri, o cümlədən hündürlüyü 1 kilometrdən çox olan və hazırkı vəziyyətə görə dünyanın ən yüksək binası sayılacaq “Azerbaijan Tower” adlı göydələn inşa etmək planlaşdırılır.
Xatırladaq ki, Hacı İbrahim Xəzərdə süni adalar yaradaraq onların üzərində yeni yaşayış kompleksi inşa etmək layihəsi barədə mətbuata ilk dəfə ötən ilin sonlarında məlumat vermişdi. İş adamı layihənin kompüter qrafikası ilə hazırlanmış görüntülərindən ibarət kataloqu da paylamışdı. Əvvəlcə o, süni adaların birində təxminən 600 metr hündürlükdə göydələn inşa etmək planları haqda danışmışdı. Lakin cəmi bir neçə həftə sonra iş adamı planlarına yenidən baxdı və elan etdi ki, onun inşa edəcəyi göydələn dünyada ən hündür olacaq - düz 1050 metr! Hacı İbrahim Xəzərdə yaradılacaq süni adaların sayının da artırılacağını açıqlamışdı.
Azərbaycanda, Xəzərdə salınacaq süni adalar üzərində dünyanın ən hündür binasının inşa ediləcəyi haqda xəbərlər dərhal xarici mətbuatda ön sıralardan yayılıb. “The Wahsington Post”, “The New York Times”, “The Financial Times” kimi nüfuzlu qəzetlər, “Forbes” jurnalı, “Bloomberg” agentliyi və digər xarici KİV-lər bu barədə xəbərlərə geniş yer veriblər. Eləcə də ingilisdilli ərəb KİV-lərində Xəzərdə inşa ediləcək göydələn barədə xəbərlər gedib. Bu KİV-lər qeyd edirlər ki, indiyədək dünyanın ən hündür binası olan Dubaydakı “Burc Xəlifə” göydələni barədəki söhbətləri unutmaq lazım gələcək, çünki Bakıda onu xeyli geridə qoyacaq bina tikməyə hazırlaşırlar.
Xəzərdə süni adaların salınması layihəsi hələ iki-üç il əvvəl başlayıb. Qaradağ rayonunun Sahil qəsəbəsində dənizə doğru uzanan, kənarlarında palma ağacları əkilmiş yol yəqin ki, çoxlarının diqqətini cəlb edib, ancaq bu yolun hara apardığı əksəriyyət üçün qaranlıq görünə bilərdi. İndi məlum olur ki, həmin yol Hacı İbrahimin Xəzəri qurudub üstündə şəhər salmaq planlarının bir hissəsi imiş.
Ərazidəki iş icraçılarının dediyinə görə, tikinti işlərinə 2010-cu ildən başlanıb. Yolun Bakı-Astara magistralına yaxın bir hissəsinə artıq asfalt döşənib. Dəniz həmin ərazidə bir neçə kilometr doldurulub. Şəhər hələ dənizin içərilərinə doğru daha 8 kilometr uzanacaq. Dənizin torpaqla doldurulmuş hissəsində bir neçə yaşayış binası tikilməkdədir.
Tikinti işlərini bir neçə şirkətin birləşdiyi “Avesta” konserni həyata keçirir. Konsernin rəhbəri İbrahim Nehrəmli “Azadlıq” radiosuna deyir ki, bu ideya onun Dubaya səfəri zamanı meydana gəlib. Üç mərhələdə həyata keçiriləcək tikintiyə ümumilikdə 60 milyard dollar xərclənəcəyi gözlənir: “Birinci mərhələ 12 milyard, ikinci mərhələ 18 milyard dollar, üçüncü mərhələyə isə 30 milyard dollar vəsait xərcləməyi nəzərdə tuturuq”.
Hacı İbrahim Nehrəmli əraziyə yalnız palma ağaclarının əkilməsinə də aydınlıq gətirib. Bu ağacları digərlərindən daha çox xoşladığını deyən konsern rəhbərinin bildirməsinə görə, ərəb ölkələrindən gətirdikləri ağacların bəzilərinin 100 ilə yaxın yaşı var: “Palma ağaclarını çox sevirəm. Həm də bu ağaclar bura uyğunlaşandan sonra bir-iki ilə xurma verəcəklər. Biz 100 il yaşı olan heç bir ağacı belə gətirib əkə bilmərik”.
İbrahim Nehrəmlinin sözlərinə görə, artıq Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin iş adamlarının gələcəyi gözlənilir. Konsern rəhbəri onu da vurğulayıb ki, həmin ölkələrin iş adamları ilə danışıqlar yekunlaşmaq üzrədir. Yeni şəhərdə mənzillərin qiymətinə gəlincə isə bu elə də ucuz olmayacaq. İbrahim Nehrəmlinin dediyinə görə, hazır mənzillərin 1 kvadratmetri 3500 manat olacaq. F.MƏMMƏDOV 6955 dəfə baxılıb
|
[22.02.2012] - MEDVEDYEV “RADİKAL” MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ [22.02.2012] - XOCALI ABİDƏSİNİ ZİYARƏT RƏSMİ PROTOKOLA SALINA BİLƏR [22.02.2012] - İRAN HƏRBİ VERTOLYOTU ASTARAYA SOXULDU [22.02.2012] - “BMT-dən XOCALI SOYQIRIMININ TANINMASINI İSTƏYƏCƏYİK” [22.02.2012] - ƏRƏB BAHARINI SOLDURAN İQTİDARIMIZ [22.02.2012] - DEPUTATLARIMIZIN İRƏVAN SƏFƏRİNƏ BAKIDAN SƏRT ETİRAZ [22.02.2012] - POLİTOLOQDAN RƏSMİ BAKIYA XƏBƏRDARLIQ [22.02.2012] - AZƏRBAYCAN ORDUSU MÜHARİBƏYƏ HAZIRLAŞIR? [21.02.2012] - MTN-dən NÖVBƏTİ ANTİTERROR ƏMƏLİYYATI [21.02.2012] - AMERİKALI HƏRBÇİLƏR QURANI YANDIRIB [21.02.2012] - NOVRUZ MƏMMƏDOV TÜRKİYƏLİ JURNALİSTƏ SİRR AÇDI [21.02.2012] - ARANDA XALQ ÜSYANI [21.02.2012] - “SƏFİR TƏYİNATININ LƏNGİMƏSİ ABŞ-ın ÖZ MARAQLARINA ZİYANDIR” [21.02.2012] - “RAMİL ONUNLA YAŞAYIR Kİ, VƏTƏNDƏ UNUDULMUR” [21.02.2012] - İRANDAN BAKIYA İKİ YENİ İTTİHAM [21.02.2012] - AZƏRBAYCANDA DİNDARLARIN HƏBSİ İRANA CAVABDIRMI? [21.02.2012] - ƏLİ HƏSƏNOV İRANIN İTTİHAMLARINA CAVAB VERDİ [20.02.2012] - BMT-dən XOCALI SOYQIRIMININ TANINMASI TƏLƏB OLUNACAQ [20.02.2012] - KÜRDLƏR AVROPA ŞURASININ QAPISINI SINDIRDI [20.02.2012] - “MÖVCUD ŞƏRTLƏR ALTINDA İSRAİLİN İRANA HÜCUM ETMƏSİ AĞILSIZLIQ OLAR” |
| Yeni MÜSAVAT © 2008 |
|