23 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

DAHA BİR ZİYALIMIZ FRANSA MEDALINDAN İMTİNA ETDİ

2012-01-29

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov: “Fransa mənim ölkəmin düşmənidir, onun adı mənə lazım deyil”

Dünya şöhrətli kinorejissor, xalq yazıçısı, “Oskar” ödüllü Rüstəm İbrahimbəyovun Fransanın ədəbiyyat və mədəniyyət ordenindən imtinasının ardınca Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da Sarkozi hökumətinə özünəməxsus şəkildə cavab verib.

2000-ci ildən Fransa ilə sıx mədəni əlaqələrinin olduğunu və Fransa Milli Mətbəx Akademiyasının üzvü kimi bu ölkədən orden-medallar aldığını deyən ölkəmizin baş kulinarı Fransa Senatının ermənipərəst qanununa etiraz əlaməti olaraq bu ölkə ilə əlaqələrini kəsməyə qərar verib.
“Yeni Müsavat”a açıqlamasında T.Əmiraslanov məlumatı təsdiqləməklə yanaşı, Türkiyə mediasında Fransaya etirazlar məsələsində Azərbaycandan Ankaranın siyasətinə dəstək verilməməsi ilə bağlı yazılanlara da etirazını bildirdi: “Məncə, Azərbaycanda elə bir adam ola bilməz ki, bu məsələdə onun ürəyi Türkiyə ilə birgə döyünməsin. Mən öz mövqeyimlə bağlı məlumatı həm Türkiyə, həm də Fransa Milli Assosiasiyasına göndərdim. Əgər Sarkozi həmin qanunu təsdiqləsə, onda mən Fransa Milli Mətbəx Akademiyasının fəxri üzvlüyündən imtina edib, orden və medalı səfirliyə qaytaracağam ki, mən belə bir ölkənin Akademiyası ilə işləmək istəmirəm. Mən siyasətçi deyiləm, adi bir vətəndaşam. Ancaq hər birimiz öz mövqeyimizi ifadə etməliyik”. T.Əmiraslanov dedi ki, öz mövqeyi barədə Fransa səfirliyinə məktub da göndərəcək. Ancaq baş kulinar Fransadan ödül alan digər Azərbaycan vətəndaşlarının mövqeyi ilə bağlı bir söz demək istəmədi: “Hər kəsin öz mövqeyi var. Bu, şəxsi işdir, onlar özləri bilər. Akademiyanın üzvü olmaq şəxsi nailiyyətdir. Bu mənada kim mənə deyə bilərdi ki, ondan imtina elə, ya eləmə. Sadəcə özüm imtina etdim ki, bir səs də məndən gəlsin. Lakin başqaları nə qərar verəcəklər, özləri bilər. Mən öz tərəfimdən Fransanı boykot elədim. Son 300-400 ildə Fransa Kulinariya Akademiyasının Azərbaycandan yeganə üzvü mən olmuşdum. Ancaq mən bu addan imtina etdim. Çünki Fransa mənim ölkəmin düşmənidir, onun adı mənə lazım deyil. Bu mənada deyirəm ki, ay insanlar, Fransanın hər şeyinə qarşı boykot eləyin. Fransız restoranlarında yemək yeyilməsə, yaxud fransız ətirləri alınması, öz-özünə bu obyektlər bağlanacaq”.
Xatırladaq ki, Fransa prezidenti Nikola Sarkozi ötən ilin 7 oktyabrında Azərbaycana səfəri zamanı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya “Şərəf Legionunun Zabiti” ordenini şəxsən təqdim etmişdi. Senatın qərarından sonra ALP lideri, professor Lalə Şövkət dövlət başçısı, onun xanımı və Fransanın “Fəxri legion” ordeni ilə təltif olunan digər Azərbaycan vətəndaşlarını Fransanın bu addımına etiraz olaraq bu ordendən imtina etməyə çağırıb. Yeri gəlmişkən, prezident İlham Əliyev də bu ordenlə təltif edilib.
Qeyd edək ki, 2011-ci ilin oktyabrında deputat, ADU-nun rektoru Səməd Seyidov da Fransanın Fəxri Legion ordeni ilə təltif edilib. Rektor-deputat ordenin üçüncü dərəcəsi (Kavaler - Chevalier) ilə təltif edilib. Mükafatdan imtina edib-etməyəcəyini dəqiqləşdirmək üçün S.Seyidovla əlaqə yaratmağa çalışsaq da, telefonu əhatə xidməti xaricində olduğundan bu, mümkün olmadı. Qeyd edək ki, o, AŞPA-nın sessiyasında iştirak edir.
Azərbaycandan Fransanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov Fransada yerləşən “du Croissant et de I’Etoile” adlı insan hüquqlarının müdafiəsi beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb. Professor ötən ilin payızında bu ölkədə keçirilən rəsmi mərasimdə 1-ci (ali) dərəcəli “Aypara və Ulduz” Beynəlxalq Ordeni ilə təltif edilib və ona “Aypara və Ulduz” Beynəlxalq Ordeni Kavaleri adı verilib. Hüquqşünas İlham Rəhimovun Fransa Senatının qərarına reaksiyasını öyrənməyə çalışsaq da, ofisindən onun ölkədə olmadığı barədə məlumat aldıq.
Azərbaycanın ali mükafatı olan “İstiqlal” ordeninə layiq görülmüş xalq rəssamı Tahir Salahov isə Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Bundan başqa, vaxtilə Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də həmyerlimizdir. T.Salahov Fransa mədəniyyət və kommunikasiya naziri tərəfindən ölkənin ən nüfuzlu mükafatlarından biri hesab edilən “İncəsənət və ədəbiyyat” ordeninin “Zabit” dərəcəsinə də layiq görülüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın münasibətini öyrənmək istəsək də, onun görüşdə olduğunu dedilər.
Yeri gəlmişkən, Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan Fəxri Legion ordeni 19 May 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib ki, ikinci dünya müharibəsi iştirakçısı Əhmədiyyə Cəbrayılov bu mükafatı alan azərbaycanlılardandır.

E.PAŞASOY

4540 dəfə baxılıb

Xəbəri paylaş

[22.02.2012] - MEDVEDYEV “RADİKAL” MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ

[22.02.2012] - XOCALI ABİDƏSİNİ ZİYARƏT RƏSMİ PROTOKOLA SALINA BİLƏR

[22.02.2012] - İRAN HƏRBİ VERTOLYOTU ASTARAYA SOXULDU

[22.02.2012] - “BMT-dən XOCALI SOYQIRIMININ TANINMASINI İSTƏYƏCƏYİK”

[22.02.2012] - ƏRƏB BAHARINI SOLDURAN İQTİDARIMIZ

[22.02.2012] - DEPUTATLARIMIZIN İRƏVAN SƏFƏRİNƏ BAKIDAN SƏRT ETİRAZ

[22.02.2012] - POLİTOLOQDAN RƏSMİ BAKIYA XƏBƏRDARLIQ

[22.02.2012] - AZƏRBAYCAN ORDUSU MÜHARİBƏYƏ HAZIRLAŞIR?

[21.02.2012] - MTN-dən NÖVBƏTİ ANTİTERROR ƏMƏLİYYATI

[21.02.2012] - AMERİKALI HƏRBÇİLƏR QURANI YANDIRIB

[21.02.2012] - NOVRUZ MƏMMƏDOV TÜRKİYƏLİ JURNALİSTƏ SİRR AÇDI

[21.02.2012] - ARANDA XALQ ÜSYANI

[21.02.2012] - “SƏFİR TƏYİNATININ LƏNGİMƏSİ ABŞ-ın ÖZ MARAQLARINA ZİYANDIR”

[21.02.2012] - “RAMİL ONUNLA YAŞAYIR Kİ, VƏTƏNDƏ UNUDULMUR”

[21.02.2012] - İRANDAN BAKIYA İKİ YENİ İTTİHAM

[21.02.2012] - AZƏRBAYCANDA DİNDARLARIN HƏBSİ İRANA CAVABDIRMI?

[21.02.2012] - ƏLİ HƏSƏNOV İRANIN İTTİHAMLARINA CAVAB VERDİ

[20.02.2012] - BMT-dən XOCALI SOYQIRIMININ TANINMASI TƏLƏB OLUNACAQ

[20.02.2012] - KÜRDLƏR AVROPA ŞURASININ QAPISINI SINDIRDI

[20.02.2012] - “MÖVCUD ŞƏRTLƏR ALTINDA İSRAİLİN İRANA HÜCUM ETMƏSİ AĞILSIZLIQ OLAR”

ARXIV

Yeni MÜSAVAT © 2008