 |
Gündəm
SƏFİRİ VƏ XANIMINI “BİNƏ”də SOYUBLAR 2012-02-02 Toxunulmaz statusunda olan diplomata Bakı oğruları “toxundu” Misirin Azərbaycandakı böyük elçisi və onun həyat yoldaşı “Binə” ticarət mərkəzində cibgirlərin hədəfinə tuş gəliblər; diplomat olayı açıb-ağartmaq istəmir; polis isə hadisə ilə bağlı cinayət işi açıb
|
Bakıda fəaliyyət göstərən və toxunulmazlıq statusu olan səfir və onun xanımı cibgirlər tərəfindən soyulub. Əməkdaşımız bəzi elektron KİV-lərdə yayılan bu xəbərin təfərrüatlarını əldə edib. Müxbirimiz məlumatlı mənbələrdən aldığı bu xəbəri araşdırarkən aydın olub ki, hadisə Misirin Azərbaycandakı səfirinin və onun həyat yoldaşının başına gəlib. Qəzetimizə daxil olan məlumata görə, yanvarın 27-də “Binə” ticarət mərkəzinə alış-verişə gələn səfir Sabir Əbdelkader Mənsur və xanımı Əzizə Mohammed Sadek Ramadan oğurluqla üzləşiblər; onları hədəfə alan oğrular diplomatik toxunulmazlığı olan personalı soyub. Məlum olub ki, diplomat xanımı ilə birlikdə “Binə” ticarət mərkəzinə geyim əşyaları almaq üçün gedibmiş. Adının açıqlanmaması şərti ilə məlumat verən mənbəmiz bildirdi ki, səfir və onun xanımı soyulduqlarını “Binə”dən ayrılarkən anlayıblar. İlkin məlumat budur ki, cibgirlər səfirin xanımının pul kisəsindən 200 manat və ona məxsus plastik kartı oğurlayıblar. Bilgi qaynağımız müxbirimizə deyib ki, diplomat oğurluq faktını biləndən sonra hadisəyə görə səs-küy salmamağa üstünlük verib və diplomatik nömrəli avtomobillə hadisə yerindən uzaqlaşıb. Bu ciddi skandalı dəqiqləşdirmək məqsədilə Misirin Azərbaycandakı səfirliyi ilə əlaqə saxladıq. Səfirin Leyla adlı köməkçisi oğurluqla bağlı xəbəri və səfirlə xanımının qeyd olunan ticarət mərkəzinə getməsi faktını təsdiqlədi. Lakin bildirdi ki, səfir tərəfindən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilməyib. Səfirlik bu məsələni böyütmək istəməyib. Sabir Əbdelkader Mənsur və xanımı oğurluqla bağlı polisə rəsmən müraciət etməsə də (köməkçinin deməsinə görə-red.) ölkəmizdə bir səfirin və onun xanımının soyulmasını ciddi fakt hesab etdiyimizdən biz bu məsələ barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu verdik. Müxbirimizə məlum olan bu cinayət hadisəsi, paytaxtımızda fəaliyyət göstərən və toxunulmazlıq statusuna malik diplomatın oğruların hədəfinə düşməsi polis nazirliyinə məlumdurmu? Necə ola bilər ki, bu cür olay indiyəcən ictimailəşməyib? DİN mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov müxbirimizə danışarkən aydın olub ki, səfirlikdən verilən məlumatda həqiqət bir qədər təhrif olunub. Belə ki, oğurluğa məruz qalan səfir xanımı polisə həmin andaca müraciət edibmiş. Başqa uyğun gəlməyən məqamlar da var. Gəlin E.Zahidovun açıqlamasına diqqət edək: “Təəssüf ki, belə bir hadisə baş verib. Yanvarın 22-də Qaradağ rayonu ərazisində ”Binə" ticarət mərkəzində Misir Ərəb Respublikasının vətəndaşı olan bir xanımın içərisində 291 dollar, 200 manat və şəxsi sənədlər olan çantası oğurlanıb. Bununla bağlı xanım DİN-in 102 xidmətinə zəng edib. Hadisə dərhal qeydə alınıb, Qaradağ RPİ istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi qaldırılıb, cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir". Göründüyü kimi, polis nazirliyinin məsul əməkdaşının verdiyi rəsmi məlumat hətta müxbirimizin əldə etdiyi bilgilərdən də fərqli, həm də daha dəqiqdir. Biz də bütün faktları alınma ardıcıllığı ilə bir yazıda toplayaraq ictimaiyyətin diqqətinə təqdim edirik. Mövzuya qayıdacağıq. HAMLET 10751 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|