|
Gündəm
AŞPA HƏMMƏRUZƏÇİLƏRİ BAKIDA MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR 2012-02-02
|
Bu gün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Cozef Debono Qrex səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, həmməruzəçilər Bakıda keçirdikləri görüşlər barədə məlumat veriblər. Həmməruzəçilər bütün tərəflərlə görüşdüklərini, 2 apreldə həbs olunanların tezliklə azadlığa buraxılacağına ümid etdiklərini deyiblər : “Biz müzakirələrdə 2 apreldə həbs olunmuş 16 nəfərin məsələsini qaldırdıq. Ümid edirik ki, onlar azadlığa buraxılacaqlar”. Onların sözlərinə görə, Azərbaycan hökuməti öhdəliklərinin yerinə yetirilməsi yönündə addımlar atır: “Bu istiqamətdə atılan addımlar uğurlu nəticə verəcək”. Həmməruzəçilər Ədliyyə Nazirliyinin razılığı ilə 2 aprel hadisələrində həbs olunanlarla və onların vəkilləri ilə, həmçinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nümayəndəsi ilə görüşüblər. Pedro Aqramunt jurnalistlərin “2 aprel hadisələrində həbs olunanların siyasi məhbus hesab etmək olarmı” sualına cavab olaraq deyib: “Mən buna əmin deyiləm, əgər insanlar kütləvi etiraz aksiyasına gedərək avtobusların, binaların şüşələrini qırırlarsa bu zaman bu dinc aksiya hesab olunmur”. Həmməruzəçilər bildiriblər ki, onlar Bakıda siyasi partiyalar, QHT-lər haqqında qanuna əlavələr və dəyişiklər barədə müzakirələr aparıblar, “Alternativ hərbi xidmət haqqında” qanun layihəsi ilə tanış olublar və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Pedro Aqramunt qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması ilə bağlı narahatlığını bildirib və deyib ki, hazırda da münaqişə nəticəsində həlak olduqları üçün münaqişəni “dondurulmuş” hesab etmək olmaz. P. Aqramunt bildirib ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklər çərçivəsində ölkədə siyasi plüralizm, ümumi siyasi atmosferin yaxşılaşdırılması, 2013-cü ildə prezident seçkilərinin azad və ədalətli keçirilməsinə şərait yaradacaq. Bakıda evlərin sökülməsi ilə bağlı sual da AŞ PA həmməruzəçisinə ünvanlanıb. O isə bu işdə şəffaflığın təmin olunmasının vacibliyini vurğulayıb və “evləri sökülən insanlara layiqli konpensasiya ödənilməsinə ehtiyac var” deyib. Həmməruzəçilər deyib ki, səfərin nəticələri mart ayında Parisdə keçiriləcək monitorinq qrupunun iclasında təqdim olunacaq. Azərbaycan üzrə ümumi məruzə isə 2012-ci ilin sonunda hazır olacaq. Qeyd edək ki, həmməruzəçilər bu il yanvarın 31-dən fevralın 2-nə kimi Bakıda səfərdə olub. Onlar Milli Məclisdə, Baş Prokurorluqda, Ədliyyə Nazirliyində görüşlər keçiriblər, siyasi partiyalar, ictimai təşkilatlar və qaçqın şəhərciyində görüşlər keçiriblər. APA 447 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|