22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“İRANLA MÜHARİBƏ UZANARSA, AZƏRBAYCAN BUNDAN ÖZ XEYRİNƏ İSTİFADƏ EDİB İŞĞAL ALTINDA OLAN TORPAQLARINI GERİ QAYTARA BİLƏR”

2012-02-02

Ruben Safrastyan: “ABŞ-ın İrana hərbi müdaxiləsi Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamasına gətirib çıxaracaq”
Sevak Saruxanyan: “Qərb ölkələrinin İrana qarşı sanksiyaları artıq Ermənistana öz təsirini göstərib”

“ABŞ-ın İrana hərbi müdaxiləsi Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamasına gətirib çıxaracaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri erməni politoloq, Ermənistan Milli Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan “Ria Novosti” agentliyində keçirilən “Böyük Qafqaz” hədə və sankisyaların təzyiqi altında: İran faktoru” adlı Moskva-İrəvan videokörpüsündə çıxışı zamanı söyləyib. Erməni politoloqun sözlərinə görə, ABŞ-ın İranla müharibəyə başlamasının ən böyük mənfi təsiri Ermənistana olacaq: “Çünki İran Ermənistan üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan İranda baş verənlərdən istifadə edib Dağlıq Qarabağda hərbi əməliyyatları bərpa edəcək”.

Digər erməni politoloq Sevak Saruxanyan İranın regionda təhlükəsizlik baxımından açar rolunu oynadığını söyləyib. Onun sözlərinə görə, Qərb ölkələrinin İrana qarşı sanksiyaları artıq Ermənistana öz təsirini göstərib: “İranın Ermənistanla birgə iqtisadi layihlərinin gerçəkləşməsi şübhə altına düşüb. Bura dəmir yolu, elektrik stansiyasının tikilməsi və.s layihələr daxildir. Sanksiyaların davam edəcəyi və müharibə başlayacağı təqdirdə İran öz büdcəsindən Ermənistana ayırdığı pulları kəsmək məcburiyyətində qalacaq”.
İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Vardan Voskanyan İranda müharibənin başlanmasının ən çox Azərbaycana təsir edəcəyini söyləyib. O, buna səbəb kimi İranın şimalında Azərbaycan türklərinin yaşamasını göstərib: “Ona görə də, bu insanlar Azərbaycana üz tutacaqlar”.
Rusiyalı politoloq, Rusiya Elmlər Akademisyası Şərqşünaslıq İnstitunun əməkdaşı Aleksandr Skakov İranda müharibənin başlayacağı təqdirdə Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatları bərpa etməsini məntiqli addım sayır. Politoloq APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, Azərbaycan yüksək səviyyədə hərbi gücə malik olmasına baxmayaraq Dağlıq Qarabağ problemini qısa müddət ərzində həll edə bilməyəcək: “Çünki beynəlxalq ictimaiyyət də buna imkan verməyəcək. Onların müdaxiləsindən sonra Dağlıq Qarabağda sülhməramlılar yerləşdiriləcək. Region de-fakto işğal altında sayılacaq. Çox güman ki, Azərbaycan öz məcburi köçkünlərini Dağlıq Qarabağ ətrafında olan rayonlara geri qaytarmaq imkanını qazanacaq. İranla müharibənin müddəti uzanarsa və bunun nəticəsində regionda xaos yaranarsa, bu zaman Azərbaycan bundan öz xeyrinə istifadə edib işğal altında olan torpaqlarını geri qaytara bilər“.
A. Skakov bildirib ki, ABŞ-ın Suriya ilə problemi həll olunmayınca, İranla müharibə başlamayacaq: “Yəni Suriyada hakimiyyət dəyişikliyi baş verməyənə kimi İrana hərbi müdaxilədən söz gedə bilməz. Suriyada rejim dəyişiləndən bir ay sonra ABŞ İrana müharibə elan edəcək”.

APA

6984 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008