22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ERMƏNİ BAKIYA GƏLMƏKDƏN İMTİNA ETDİ

2012-02-03

“Əlverişli psixoloji atmosfer mütləq lazımdır, təəssüf ki, hazırda Azərbaycanda heç bir erməni üçün bu mövcud deyil”

Erməni şahmatçı Levon Aronyan Bakıda keçiriləcək yarışmada iştirak etməkdən imtina edib. “Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, Aronyan Dünya Şahmat Federasiyasına (FİDE) göndərdiyi məktubunda belə bir qərar qəbul etməsinin səbəblərini də açıqlayıb.

“Mən mətbuatdan öyrəndim ki, Azərbaycan və Bolqarıstanın şahmat federasiya dünya birinciliyinə iddiaçıların yarışının keçirilməsinə ərizə təqdim ediblər. Sizə bildirmək istəyirəm ki, Azərbaycanda hökm sürən atmosfer və bizim ölkələrimizin arasında mövcud olan daimi gərginlik Azərbaycanda keçiriləcək hətta belə bir nüfuzlu yarışda da mənim iştirakımı mümkünsüz edir. Dünya çempionu rütbəsinə iddiaçıların yarışı kimi belə bir məsuliyyətli və mühüm tədbir iştirakçılardan ruhi sakitlik və güclərin xüsusi konsentrasiyasını tələb edir. Şahmat istisna olmaqla, digər heç bir şərait şahmatçıya bacarığını göstərməyə mane olmamalıdır. Əlverişli psixoloji atmosfer mütləq lazımdır, təəssüf ki, hazırda Azərbaycanda heç bir erməni üçün bu mövcud deyil. Təhlükəsizliyin və istənilən başqa əlavə dəstəyin zəmanətləri bu vəziyyətdə kömək edə bilmir”.
Qrossmeyster FİDE rəhbərliyinə göndərdiyi məktubda sadaladığı səbəblər üzündən Azərbaycanda iştirak edə bilməyəcəyini qeyd edib.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası bu günlərdə FİDE –yə rəsmi şəkildə bu ilin payızında iddiaçıların yarışının keçirilməsi üçün ərizə göndərmişdi.

SƏİDƏ, qafqazinfo.az

2499 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008