22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

SARKOZİNİN QANINI QARALDANLAR BAKIYA GƏLİR

2012-02-03

Parisdən senator qonaqlarımız olacaq...

Fransa parlamentində qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun qəbul olunması Azərbaycanda istər rəsmi orqanlar, istər parlament, istərsə də ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Fransa parlamentinin bu qərarına kütləvi surətdə etirazlarını bildiriblər.

Dünyanın onlarla ölkəsində fəaliyyət göstərən 60-dan artıq Azərbaycan diaspor təşkilatı Fransa parlamentinin qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsini qınamış, həmin qanunun söz və ifadə azadlığını kobud surətdə pozması ilə yanaşı bölgədə sülhə, əmin-amanlığa və qarşılıqlı etimad mühitinin yaranmasına xidmət etmədiyini bəyan ediblər. Beləliklə də istər Azərbaycan dövləti, istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Fransa parlamentinin qərarının Türkiyə ilə yanaşı Azərbaycan və eləcə də bütün türk dünyasına qarşı atılmış addım kimi dəyərləndiriblər.
Azərbaycanın bu məsələdə Türkiyəyə verdiyi dəstək rəsmi Ankara tərəfindən yüksək qiymətləndirilib. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycanın bu məsələdə Türkiyəyə lazımi dəstəyi verdiyini qeyd edərək deyib ki, “Azərbaycan bizin qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir”. Türkiyə tərəfi qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun layihəsinin ləğv edilməsinə dair senatorların Fransa Konstitusiya Şurasına müraciət etməsində, Fransalı deputatların mövqelərindən geri çəkilməyə inandıran Azərbaycanın da önəmli rol oynadığını vurğulayıb.
Azərbaycan Respublikası Fransa parlamentinin qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun layihəsinin tam şəkildə ləğv olunması üçün səylərini davam etdirir.
Fevralın 5-də adı çəkilən qanun layihəsinin ləğv olunması üçün Fransa Konstitusiya Şurasına müraciət etmiş senatorlardan bir qrupu Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycana gələcək. Fransadan gələn nümayəndə heyətinin tərkibinə senatorlar Natali Qule, Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju daxildirlər. Azərbaycana səfər zaman Fransalı senatorlar Milli Məclisdə, bir sıra nazirliklərdə görüşlər keçirəcəklər. Fransa senatorları Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılarla görüşəcək, onların həyat şəraiti ilə tanış olacaqlar.
Fransa Senatı nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri fevral 10-da başa çatacaq.

lent.az

3826 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008