22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDAKI PROBLEM HƏLL EDİLMƏLİDİR”

2012-02-04

Gültəkin Hacıbəyli: “Narazılığın hər iki ölkədə mətbuata çıxarılması yanlışdır; nəzərə almalıyıq ki, düşmənlərimiz az deyil”
“Fransanın Minsk Qrupundan uzaqlaşdırılmasının əsl zamanıdır”

Fransa Senatının ermənipərəst qanunundan sonra ən çox səslənən təkliflərdən biri də Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplaşmasının zəruriliyi ilə bağlı oldu. İlk dəfə Müsavat başqanı İsa Qəmbər tərəfindən səsləndirilən bu təklifi sonrakı günlərdə digər siyasi və ictimai xadimlər də dilə gətirdi. Ancaq bu günədək türk düşmənlərinə qarşı mübarizədə vahid strategiyanın müəyyənləşdirilməsi üçün qurumun toplantısının keçirilməməsi suallar doğurur. Milli Məclisin sabiq deputatı Gültəkin Hacıbəyli ilə söhbətimizdə də ilk öncə bu məsələdən danışdıq.

- Gültəkin xanım, sizcə, Strateji Əməkdaşlıq Şurasının toplanmamasının səbəbi nədir?

- Bu səbəblər barədə konkret heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, Strateji Əməkdaşlıq Şurasının toplantılarının keçirilməsinə doğrudan da ciddi zərurət var. Bu, çox mühüm bir qrupdur, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı bütün məsələləri gündəliyə çıxara biləcək, bütün məsələlər ətrafında fikir mübadiləsi aparıb ortaq qərarların qəbuluna xidmət edəcək bir strukturdur. Bu, şuranın iclaslarında Azərbaycanla Türkiyə arasında müzakirə olunacaq çox məsələlər var. İlk növbədə Fransa Senatının qəbul etdiyi qondarma “soyqırım”la bağlı məsələlər ətrafında müzakirələrin aparılması zəruridir. Bu ayın sonuna Fransa Konstitusiya Məhkəməsi qərar qəbul edəcək. Mən ümid edirəm ki, məhkəmənin qərarı beynəlxalq hüquq nöqteyi-nəzərindən ədalətli olacaq. Ancaq istənilən halda qərarın necə olmasından asılı olmayaraq Türkiyəyə “soyqırım” iddiaları ilə bağlı, əslində Azərbaycanı da hədəfə alan basqılar sistemli addımlardır. Ermənilərin, onların havadarlarının bu fəaliyyəti gələcəkdə də davam edəcək və ayrı-ayrı ölkələrdə müxtəlif səviyyələrdə basqılar artacaq. Uydurma “soyqırım”ın 100 illiyi - 2015-ci il ərəfəsində bu addımların daha da intensivləşməsini gözləyirik. O baxımdan Strateji Əməkdaşlıq Şurasında bu məsələnin müzakirə olunması və bu problemin qarşısını almaq məqsədilə çox ciddi, birgə bir fəaliyyət proqramının hazırlanmasına ehtiyac var. Bu proqram əsasında da həm dövlətlər səviyyəsində, həm də Türkiyə və Azərbaycan diasporları səviyyəsində beynəlxalq aləmdə müzakirələr aparılmalıdır. Burda söhbət təkcə “soyqırım”la bağlı məsələdən getmir. Bu gün bölgəmiz dünyanın ən dinamik bir bölgəsidir. Burdakı proseslərin dinamikasına nəzər salsaq, görərik ki, proseslər aybaay, həftəbəhəftə deyil, hətta günbəgün dəyişir, fərqli situasiyalar yaranır. Bu baxımdan İran məsələsi hər gün öz aktuallığını daha da artırır. Xüsusilə də son sanksiyalardan sonra İranın daxilində yaranmış durumu, bu ölkənin vurulması ilə bağlı ciddi ehtimalların olduğunu, eyni zamanda İranın həm Türkiyə, həm də Azərbaycanın qonşusu olduğunu nəzərə salsaq, cərəyan edən proseslərə Azərbaycan və Türkiyənin hazır olması baxımından da çox ciddi əməkdaşlığa ehtiyac var. Bu mənada Strateji Əməkdaşlıq Şurası bölgəmizdə baş verən proseslər fonunda Azərbaycanla Türkiyənin münasibətlərinin daha çox koordinasiya edilmiş, daha çox razılaşdırılmış bir vəziyyətə gətirmək üçün çox gözəl bir formatdır. Bu formatın yaratdığı imkanlardan istifadə edilməlidir.

- Son vaxtlar Türkiyə və Azərbaycan hakimiyyətinə yaxın mətbuatda qarşılıqlı ittihamların əks olunduğu yazılar dərc olundu, hətta baş nazir Ərdoğan proseslərə müdaxilə etməli oldu. Necə bilirsiniz, aranı qarışdırmağa maraqlı qüvvələr, həmçinin Strateji Əməkdaşlıq Şurasının toplanmasını mümkünsüz etməyə çalışanlar daha çox hansı tərəfdədir?

- Hər iki ölkədə bu şuranın toplanmasına maraq və istək var. Ümid edirəm ki, bu toplantılar keçiriləcək və müntəzəm xarakter alacaq. Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir və bu iki ölkə arasında təbii ki, müəyyən bir gərginlik, narahatlıq da ola bilər. Ailələrin içində də bəzən belə narahatlıqlar, gərginliklər olur. Ancaq bu məsələlərin daha çox mətbuata çıxmasının, açıq şəkildə, çılpaqlığı ilə ortaya qoyulmasının əleyhinəyəm. Çünki bu, çox həssas məsələdir. Bu problemlər mətbuat vasitəsilə yox, qarşılıqlı anlaşma, qardaşcasına, üzbəüz oturub dərdləşməklə, anlayışlı şəkildə müzakirə etmək yolu ilə həllini tapacaq. Bu mənada istəyirəm ki, media mənsubları da Türkiyə və Azərbaycan məsələlərində daha həssas olsunlar. Xüsusilə də nəzərə almalıyıq ki, düşmənlərimiz az deyil və Azərbaycanla Türkiyə arasında gərginliyin yaradılmasını özünə hədəf seçən, iki ölkənin münasibətlərində çat yaratmağı qarşısına məqsəd qoyan dövlətlər belə mövcuddur. Bu mənada belə məsələlərdə həssas olmaq lazımdır.

- Fransanın son davranışlarına cavab olaraq bu ölkənin Minsk Qrupundakı həmsədrliyindən imtina olunması ilə bağlı təkliflər tez-tez səsləndirilir. Ancaq Milli Məclis rəhbərliyi bildirdi ki, qarşıda məhkəmə baxışı olduğu üçün səbirli olmaq gərəkdir. İndiki mərhələdə gözləməyin, yoxsa qəti addımlar atmağın tərəfdarısınız?

- Əslində mən mövqeyimi Fransa Senatı qərar qəbul etdiyi günün səhəri açıqlamışam. Birmənalı olaraq düşünürəm ki, Fransanın Minsk Qrupunda həmsədrliyi lüzumsuz bir mövcudiyyətdir. Bu dövlətin həmsədr kimi qalmasının zəruri əsası üçün heç bir ciddi səbəb görə bilmirəm, bunu əsaslandırmaq da çətindir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bu barədə fikirlərini səsləndirib, o fikirlərə qoşuluram. Rusiya ilə ABŞ-ın Minsk Qrupunun həmsədri olması tamamilə başadüşüləndir. Amerika dünyanın supergücüdür. Rusiya isə baxmayaraq ki, ermənipərəst mövqedən çıxış edən, konflikti yaradan, erməniləri silahlandıran, onlara hər cür dəstək verən bir ölkədir, amma bölgənin siyasi konyukturunu müəyyənləşdirdiyi, siyasi mühitini formalaşdırdığı üçün onun həmsədrlikdəki təmsilçiliyini başa düşür və qəbul edirik. Fəqət birmənalı olaraq ermənipərəst mövqe tutan, onlara açıq-aydın siyasi və diplomatik dəstək verən Fransanın Minsk Qrupunun həmsədrliyində olması açıq-aşkar disbalans yaradır. İki ermənipərəst və bir neytral mövqedə olan ölkələrdən təşkil olunan institutdan Azərbaycan münaqişənin həllində hansı ədalətli mövqe gözləyə bilər?

- Fransanı bu qrupda hansı ölkə əvəz edə bilər?

- Fransanı Minsk Qrupunda həmsədr kimi Avropa Birliyi çox uğurlu əvəz edə bilər. Məncə, bu, münaqişənin həllinə daha ciddi təsir göstərə bilər. Çünki bu gün dünyada baş verən bütün qlobal prosesləri təhlil etsək, görərik ki, bu proseslərdə faktiki olaraq üç oyunçu var: ABŞ, Rusiya və Avropa Birliyi. Bu mənada Fransanın AB ilə əvəz olunması münaqişənin həllinə ciddi təkan verə bilər. Digər tərəfdən, Fransa son addımı ilə Türkiyəyə, türk millətinə qarşı qərəzli mövqeyini sərgilədi. İnsan haqları ilə daban-dabana ziddiyyət təşkil edən bir mövqe ortaya qoymaqla vasitəçi kimi özünə olan etimad limitini tamamilə tükətdi. Bundan sonra Fransanın Minsk Qrupunda həmsədr olaraq qalmasının heç bir mənəvi-hüquqi əsası yoxdur. Bu baxımdan Fransanın Minsk Qrupundakı həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı addımların atılmasına başlamağın tam zamanıdır.

- Azərbaycanın adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması barədə parlamentdə səslənən təklifə münasibətiniz necədir?

(davamı növbəti sayımızda)

Elşad PAŞASOY

1895 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008