22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

RUSİYA BƏŞƏR ƏSƏDİ KƏNDİRDƏN ALDI

2012-02-04

BMT Suriya diktatorunun dərhal hakimiyyətdən getməli olduğu haqda bəndi sənəddən çıxardı

BMT Təhlükəsizlik Şurasında günlərdir davam edən gərgin müzakirələrdən sonra Suriyadakı vəziyyətə dair qətnamə layihəsi üzərində anlaşma əldə etmək mümkün olub. “RİA-Novosti” xəbər verir ki, Rusiyanın sənədə veto tətbiq edəcəyinə dair ultimatumları nəticəsində Bəşər Əsədin dərhal hakimiyyətdən getməli olduğu barədə bənd layihədən çıxarılıb. Həmçinin Suriyaya silah embarqosunun tətbiqinə dair bənd də razılaşdırılmış variantda yer almır. Xəbər verildiyi kimi, Təhlükəsizlik Şurasına Əsədin dərhal hakimiyyətdən getməli olduğu və ölkədə müxalifətin iştirakı ilə keçid hökumətinin formalaşdırılmasına dair tələblərin əksini tapdığı qətnamə layihəsi Ərəb Dövlətləri Liqası tərəfindən təqdim olunmuşdu.

Sənəd Suriyaya silah satışının qadağan edilməsini, mülki əhalinin müdafiə edilməsini və digər tədbirləri də nəzərdə tuturdu. Lakin minlərlə suriyalını qıran Bəşər Əsədin əsas himayəçisinə çevrilən Rusiya inadkar mövqe tutaraq sənədə bur formada veto tətbiq edəcəyini açıqlayıb. Qərb dövlətlərinin Rusiyanı mövqeyindən çəkindirmək üçün göstərdiyi israrlı səylər nəticə verməyib. Nəticədə Təhlükəsizlik Şurasında növbəti dəfə Suriyaya dair heç bir qərarın qəbul edilməyəcəyi təhlükəsi yaranıb.
Daha sonra Təhlükəsizlik Şurasının üzvü olan Mərakeş tərəfindən nisbətən yumşaq qətnamə layihəsi təqdim olunub və iki gün davam edən müzakirələrdən sonra onun üzərində kompromis əldə etmək mümkün olub. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Rays bildirib ki, sənədin mətni razılaşdırılıb və səsvermə ərəfəsində Təhlükəsizlik Şurasına üzv olan 15 ölkənin səfirlərinə paylanıb. “Bununla belə, biz hələ işi davam etdiririk, bəzi məsələlər açıq qalır. Ümid edirik ki, sənədin yekun variantı bu gün, yaxud sabah dərc olunacaq və səsverməyə təqdim ediləcək” deyə diplomat bildirib. Məlum olub ki, sənəddən Bəşər Əsədin dərhal istefasına dair tələb çıxarılsa da Suriyada milli birlik hökumətinin formalaşdırılmasına dair çağırış qalır. Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin kompromis əldə edildiyini təsdiqləyib, ancaq deyib ki, sənədin son variantı Moskvaya göndəriləcək: “Baxaq görək cavab necə olacaq”. Gözlənilirdi ki, Rusiya hökuməti sənədin mətninə dair mövqeyini qısa vaxtda bildirəcək və səsvermə ən geci bu gün olacaq.
Dünən Almaniyanın Münhen şəhərində ABŞ dövlət katibi Hillari Klintonun Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulmuşdu. Gözlənilirdi ki, tərəflər Suriyaya dair qətnamə layihəsinin son variantını müzakirə edəcəklər. Lavrov bundan əvvəl H.Klintonun Suriya məsələsi ilə bağlı telefon zənglərinə cavab verməmişdi. ABŞ dövlət katibi deyib ki, o, rusiyalı nazirlə Suriya məsələsinə dair ciddi müzakirələr aparmağa hazırlaşır. H.Klinton Suriyada 10 aydan çoxdur davam edən qanlı qətliamlara son qoymağa imkan verən qərarın çıxmasına əngəl olanların bu qətliamların ortağına çevriləcəyini deyib. Beləliklə, Bəşər Əsəd növbəti dəfə Rusiyanın sayəsində “ipdən” qurtula bilib. Təhlükəsizlik Şurası onun dərhal hakimiyyətdən getməsinə dair tələbi rəsmiləşdirə bilmir və sözügedən qətnamə layihəsinin yumşaldılmış formada qəbul edilməsi Suriyada münaqişənin hələ bir müddət davam edəcəyini göstərir. O vaxta qədər ki, Rusiya Əsədin artıq hakimiyyəti saxlaya bilmədiyinə əmin olsun. Hələlik Rusiya ona silah-sursat göndərməklə Əsədi hakimiyyətdə saxlaya bilir. Ancaq rejim əleyhidarları da silahlanır və Əsədin ordusuna zərbələr endirir. Suriya ordusundan on minlərlə əsgər qaçıb. Bəzi ərəb ölkələri müxaliflərə silah və pul verir. Analitiklərə görə, Əsəd rejimi istənilən halda çökəcək və Rusiyanın dəstəyi onu xilas edə bilməyəcək.

F.MƏMMƏDOV

5691 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008