 |
Gündəm
SARKOZİ TÜRKLƏRLƏ DÜŞMƏNÇİLİYƏ QƏRAR VERDİ 2012-02-04 Fransa prezidenti deyib ki, Konstitusiya Məhkəməsi qanunu ləğv etsə, yenisini göndərəcək
|
Fransada “erməni soyqırımı”nın inkarını cinayət sayan qanun layihəsinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciətin göndərilməsinə Azərbaycan da lobbi dəstəyi verib. Bu barədə Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, assambleyanın keçmiş prezidenti Mövlud Çavuşoğlu açıqlama verib. “Aksam” qəzetinə müsahibəsində Çavuşoğlu 72 senator və Nümayəndələr Məclisi üzvünün “erməni qanunu”nun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etməsini Türkiyənin ciddi uğuru adlandırıb. Deyib ki, bu nəticənin əldə edilməsində Azərbaycanın da dəstəyi olub. Çavuşoğlunun bildirdiyinə görə, bu nəticə onların AŞ PA-dakı fəaliyyəti ərzində qurduqları əlaqələrin, dostluqların nəticəsidir. Bildirilir ki, Çavuşoğlu həmin qanuna qarşı Türkiyənin lobbi fəaliyyətlərinə rəhbərlik edənlərdən biridir. O, Konstitusiya Məhkəməsinə müraciətin göndərilməsini “qalanı içəridən fəth etdik” sözləri ilə qiymətləndirib. Parisdən yeni dönən Çavuşoğlunun sözlərinə görə, Fransa ictimaiyyəti, müxtəlif partiyalardan olan siyasətçilər bu qanunun qəbulundan narahatdır. Çavuçoğlu Türkiyə ilə Fransa arasında münasibətlərin pozulmasını istəməyən kifayət qədər qüvvələrin olduğunu bildirib. “Senatın konstitusiya məsələləri komitəsi qanun layihəsinin ölkənin əsas qanununa zidd olduğuna dair rəy verdi. Bu da bizim lobbi fəaliyyətlərimizi gücləndirdi. Senatorlarla, məclis üzvləri ilə çoxsaylı telefon danışıqları apardıq, üz-üzə görüşlər keçirdik. Azərbaycanın tanıdığı, dost olduğu millət vəkili və senatorlar da bizə dəstək verdi. Onların də səyləri oldu. Azərbaycandan xahiş etdik. Nəticədə, bu məsələ təkcə Türkiyənin yox, həm də Azərbaycanın məsələsidir. Bu səbəbdən birlikdə hərəkət edilməli olduğunu bildirdik. Onlar da lobbi fəaliyyətləri göstərdilər. Bu, sadəcə, bizim əldə etdiyimiz nəticə deyil. Gözləyirik ki, Konstitusiya Məhkəməsi qanunu ləğv edəcək” deyə, Çavuşoğlu bildirib. Qeyd edək ki, Fransada “erməni qanunu”na qarşı Azərbaycanın Türkiyəyə yetərincə dəstək vermədiyinə dair türk mediasında, daha çox baş nazir Ərdoğana yaxın qəzetlərdə dalbadal tənqidlər yer alıb. Bir çox hallarda Azərbaycan rəhbərliyinin ünvanına sərt ifadələrin yer aldığı tənqidlərdə deyilirdi ki, Bakı Fransaya aşağı səviyyədə etiraz bildirməklə kifayətlənib, ölkə başçısı şəxsən bu məsələyə münasibət bildirməyib. Habelə Türkiyə mediası Bakının Fransanın Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılmasına dair təşəbbüs qaldırmadığını da tənqid edib. İki gün əvvəl isə baş nazir Ərdoğan jurnalistlər qarşısında deyib ki, bəzi qəzetlərdə Azərbaycanın Türkiyəyə yetərincə dəstək vermədiyi haqda fikirlərə rast gəlib və bundan təəssüflənib: “Yetər artıq. Biz Azərbaycandan gözlədiyimiz dəstəyi aldıq, bu cür incidici fikirlər işlətmək əvəzinə birgə hərəkət etmək lazımdır”. Belə görünür ki, Ərdoğanın öz qəzetlərinə ünvanlanmış bu təlimatı nəticəsiz qalmayıb. Ən azından Türkiyə qəzetlərində Azərbaycan hakimiyyətinə ünvanlanmış tənqidlər gözə dəymir. Görünür, bunda həm də “erməni qanunu”nun ləğv edilməsi üçün şans yaranmasının da rolu var. Lakin qanunun qəbulunda şəxsən maraqlı olan prezident Sarkozi qəzəblidir və əgər Konstitusiya Məhkəməsi onu ləğv etsə, yeni layihəni parlamentə göndərəcəyini deyib. Bu barədə “Frans press” agentliyi xəbər yayıb. Agentlik bildirir ki, “soyqırım”ın danılmasını kriminallaşdıran qanun Konstitusiya Məhkəməsi tərəfindən rədd edildiyi təqdirdə prezident parlamentə yeni qanun layihəsi təqdim edəcək. Fransa agentliyi məlumatı anonimlik şərti ilə müsahibə verən iki nazirə istinadən yayıb. Nazirlərdən biri deyib ki, Sarkozi qanuna etiraz edərək onun konstitusiyaya uyğunluğunu yoxlamaq üçün sənədin məhkəməyə göndərilməsini dəstəkləyənləri tənqid edib. Fransa prezidenti deyib ki, qanunun ləğv edilməsi Holokostun inkarı ilə bağlı qanuna dair suallar yaradır. Konstitusiya Məhkəməsi qərarını bir ay ərzində elan etməlidir, hərçənd ki, bu müddət hökumətin təşəbbüsü ilə qısaldıla bilər. F.MƏMMƏDOV 3298 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|