22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ZƏNGİNLƏRİMİZ TÜRKİYƏDƏ 100 MİLYONLUQ VİLLALAR ALMAQ ÜÇÜN NÖVBƏDƏ

2012-02-04

Daşınmaz əmlak şirkətinin rəhbəri Arman Özver: “Azərilər Bosfor boğazında mülk almaq üçün pula-filana baxmır, çıxacaq qanunu gözləyir”

Azərbaycanlı zənginlər Türkiyədə, İstanbulun Bosfor boğazı sahillərində dəyəri 100 milyon dollarla hesablanan mülklər almaq üçün növbəyə durub. Bu barədə Türkiyədə daşınmaz əmlak biznesi ilə məşğul olan “Turkey Sotheby’s International Realty” şirkətinin rəhbəri Arman Özver “Hürriyet”ə bildirib. O deyib ki, Azərbaycan və digər ölkələrdən olan zənginlər, daşınmaz əmlak biznesi ilə məşğul olanlar Türkiyə parlamentinin xarici vətəndaşların bu ölkə ərazisində mülk almasına icazə verən qanunu çıxarmasını gözləyir.

Qanun layihəsi hazırda parlamentin gündəmindədir. A.Özver hesab edir ki, həmin qanunun qəbulu Türkiyədə daşınmaz əmlak biznesini inkişaf etdirəcək. O, Türkiyəyə daşınmaz əmlak üzrə investisiya qoymaq istəyən çox önəmli iş adamları ilə danışıqlar apardıqlarını deyib. Bildirib ki, Rusiya, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan “çox önəmli şəxslər” bu məsələ ilə maraqlanır. “Bu insanlar İstanbul və cənub bölgələrimizdəki daşınmaz əmlak bazarı ilə maraqlanır. Öz səlahiyyətli şəxslərini göndərərək layihələrlə, qiymətlərlə bağlı həftələrlə araşdırmalar aparır” deyə, iş adamı bildirib.
A.Özver bildirib ki, Türkiyədən mülk almaq üçün Səudiyyə Ərəbistanı kralının yaxınları da var. “Hazırda əsasən, Azərbaycan, Rusiya və ərəb ölkələrindən olmaqla 10-a qədər çox məşhur şəxs firmamız vasitəsilə Bosfor sahillərində mülk almaq üçün növbədə gözləyir” deyə o bildirib. Boğaz sahillərində mülklərin qiyməti ilə bağlı danışan iş adamı deyib ki, söhbət tarixi üslubda tikilmiş dəbdəbəli villalardan gedir və onların qiyməti olduqca yuxarıdır. Məsələn, Səudiyyə kralının yaxın adamı bugünlərdə qiyməti 100 milyon dollar olan villa ilə maraqlanıb, ancaq 3 min kvadratmer sahəsi olan mülkü kiçik hesab etdiyindən almayıb. “Boğazda mülk almaq istəyənlər o dərəcədə varlı insanlardır ki, cəmi bir neçə həftə qalmaq üçün dünyanın ən gözəl yerlərində malikanələri var. Məsələn, ildə iki dəfə Londondakı evlərində qalırlar, bir həftə İstanbulda, qış tətilində isə xizək mərkəzlərində yerləşən villalarında. Ərəb ölkələrindən, Rusiyadan, Azərbaycandan, digər türk cümhuriyyətlərindən gələn müştərilər pula-filana baxmırlar” deyə, türkiyəli əmlakçı bildirib.

Siyasət şöbəsi

2576 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008