|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Fevralın 2-si gecə saatlarında Şabranın Udulu kəndindəki dəvə fermalarından birində dəvələr kütləvi şəkildə tələf olub. 10-a yaxın dəvə donaraq ölüb, 23-ü isə son anda donmaqdan xilas olunub. Bu barədə qəzetimizə Udulu kənd sakinlərindən biri məlumat verib. Kənd sakinin sözlərinə görə, gecə saatlarında ölən dəvələrin əti kəsilib, yunu götürülüb və bazara çıxarılmaq üzrə maşınlara yüklənərək, naməlum istiqamətə aparılıb.
Dünən xəbərlə bağlı əlavə məlumat almaq üçün Şabrandakı mənbələrimizlə əlaqə saxladıq. Məlum oldu ki, güclü şaxta nəticəsində ölən dəvələr “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevindir. Belə ki, “Azərenerji” prezidentinin rayonun Udulu kəndində 400 hektarlıq ərazidə 5 böyük dəvə ferması var. Dəvələrin tələf olması isə yenicə tikilmiş fermalardan birində olub. Hadisəyə səbəb çobanın fermanın istilik sistemini işə salmaması və güclü çovğunun fermanın qapısını açması olub. Nəticədə kəskin soyuq dəvələrin ölümünə səbəb olub. Fərahim İLQAROĞLU 4843 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU |
| Yeni MÜSAVAT © 2008 |
|