|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bu gün İctimai Palatanın sessiyasında qurumun Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxış edib. Çıxışın birinci hissəsində İsa Qəmbər son bir ayda, Koordinasiya Şurasına sədrliyi müddətində İP-in fəaliyyətindən danışdı. “Bu, İctimai Palatanın yeni Koordinasiya Şurası seçiləndən sonra ilk sessiyasıdır. Onu deməliyəm ki, yeni heyət kifayət qədər məhsuldar və səmərəli çalışıb. Koordinasiya Şurasının iclaslarının keçirilməsi ilə yanaşı, o qədər məsələlər çox olub ki, növbədənkənar iclasların da keçirilməsi halları olub. Ölkəmizdə baş verən, ölkəmizlə bağlı beynəlxalq aləmdə baş verən bütün hadisələrə vaxtlı-vaxtında mövqelərimiz bildirilib. Bəyanatlarla, açıqlamalarla, müraciətlərlə İctimai Palatanın mövqeyi təmsil olunub. Eyni zamanda yanvar ayında 4 böyük tədbirimiz olub. 20 yanvarda İctimai Palatanın şəhidlərimizi ziyarət tədbiri kifayət qədər yüksək səviyyədə keçdi. Xüsusən də İctimai Palatanın üzvü olan və İctimai Palataya yaxın olan gənclər təşkilatlarının birgə yürüşü çox təsirli mənzərə idi. Hakimiyyətin 20 yanvarı sırf bir hüzn günü, yas günü kimi keçirmək cəhdlərinə qarşı gənclərimiz öz möhtəşəm yürüşlərini qoydular. Həmin yürüşdə xalqımızın mövqeyi ifadə olundu. Yanvarın 31-də Novxanıda ənənəvi tədbirimiz keçirildi. Havanın həddən artıq soyuq olmasına baxmayaraq yüksək səviyyədə bir tədbir keçdi. Böyük liderimizə sayğımızı bir daha ifadə etmiş olduq. Həmçinin yanvarın 21-də vicdan məhbusu, dostumuz Arif Hacılının 50 illik yubileyi ilə bağlı İctimai Palatanın bayram tədbiri oldu. Yanvar ayında biz Fransa Senatının qərarı ilə bağlı bir Dəyirmi Masa təşkil etdik. Çox yerinə və zamanına uyğun bir tədbir oldu. Ümumiyyətlə, qeyd eləmək lazımdır ki, Fransanın əvvəlcə parlamentinin başlatdığı, sonra da Senatının davam etdirdiyi məlum biabırçı proseslə bağlı İctimai Palata çox çevik, çox prinsipial qərarlar qəbul etdi, mövqe ortaya qoydu. Bu mövqe də əslinə qalsa Azərbaycanın həm maraqların cavab verən mövqe idi, eyni zamanda Azərbaycanın nüfuzunu xilas edən bir mövqe idi. Azərbaycan hakimiyyətinin bu məsələ ilə bağlı laqeyd, ikiüzlü siyasəti Azərbaycanın maraqlarına da zidd idi, həmçinin Azərbaycanın faktiki olaraq öz taleyinə biganə olması görüntüsü yaradırdı. Məhz belə bir mərhələdə İctimai Palatanın bu məsələ ilə bağlı çox dəqiq təhlilləri, vaxtında edilmiş müraciətləri, bəyanatları Azərbaycan xalqının mövqeyini ifadə eləmiş oldu. İctimai Palatanın fəaliyyəti sırasına mənim Türkiyə səfərimi də aid eləmək olar. Çünki bu səfərdə təkcə Müsavat Partiyasını deyil, bütövlükdə İctimai Palatanı təmsil edirdim. Yəqin ki, “Yeni Müsavat” qəzetindəki və bəzi saytlardakı məlumatlardan xəbərdarsınız. Qısa müddətli səfərdə Türkiyənin demək olar ki, bütün əsas partiyalarının liderləri ilə, rəhbərliyinə daxil olan şəxslərlə görüşlər keçirdik. Mövqeyimizi onlara təqdim etdik və onların da mövcud proseslərlə bağlı düşüncələrini, fikirlərini eşitmiş olduq. Bütövlükdə Türkiyədə bütün səviyyələrdə Azərbaycana diqqət, hörmət çox aydın nümayiş etdirildi. Türkiyə və Azərbaycanın birliyi Azərbaycan üçün həddən artıq zəruri olan, Azərbaycanın müstəqilliyinin, gələcəyinin, inkişafının təminatı olan önəmli faktdır. Türkiyə-Azərbaycan birliyi təkcə keçmişimizə yox, həm də gələcəyimizə bağlı bir gerçəklikdir. Bunu hər kəs bilməlidir.
Azərbaycandakı avtoritar rejimin də dayağı bir çox postsovet ölkələrində olduğu kimi, Rusiyadakı avtoritar rejimdir. Bu baxımdan, Rusiyada gedən dəyişikliklər Azərbaycanda dəyişiklikləri labüd edən beynəlxalq amillər sırasına əlavə oluna bilər. Azərbaycanın özündə isə hesab edirəm ki, hakimiyyətin görməmişliyi və səriştəsizliyi, cəmiyyətdə artan narazılıq bizim 2012-ci ildə bütün qüvvələri cəm eləmək, ölkədə köklü dəyişikliyə nail olmağımıza imkan yaradır. Fəallıq gündən-günə artır. Bu günlərdə Ziyalılar Forumu gözəl bir tədbir keçirdi. Gənclər mövzusu qoyulmuşdu. Çox vacib və düzgün mövzudur. Gənclərin problemlərinin gündəmə daşınması, gənclərə dəstək, eyni zamanda gənclərin prosesin önünə çıxmasını təmin etmək həddən artıq zəruridir. Bu baxımdan, Ziyalılar Forumunun belə bir tədbir keçirməsi və tədbirdə məruzəçi kimi tanınmış iqtisadçı və siyasətçi Qubad İbadoğlunu dəvət etməsi, tədbirə bütün real müxalifət partiyalarının, gənclər təşkilatlarının liderlərini dəvət etməsi (o cümlədən bu tədbirə biz də dəvət olunmuşduq, təəssüf ki, tədbir Koordinasiya Şurasının iclası ilə eyni vaxta düşdüyü üçün biz iştirak eləyə bilmədik) olduqca önəmli faktdır. Ziyalılar Forumunun artıq siyasi qüvvələrlə iç-içə müzakirələr aparmağı mümkün sayması özü də ciddi gəlişmədir. Görünür, Vahid Qazinin də döyülməsi hakimiyyətin buna cavabıdır. Vahid Qaziyə qarşı zorakılıq ziyalılara yönəlmiş bir xəbərdarlıdır. Bu hakimiyyətin axı başqa arqumenti yoxdur. Rüstəm İbrahimbəyovun, Əkrəm Əylisinin, Cəmil Həsənlinin, Ramiz Rövşənin, Rafiq Əliyevin, digərlərinin qarşısına hakimiyyət hansı ziyalısını çıxaracaq? Ona görə də yenə də zorakılığa əl atırlar. Biz ziyalılarımıza tam dəstəyimizi ifadə eləməliyik. Etibar SEYİDAĞA 2961 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU |
| Yeni MÜSAVAT © 2008 |
|