 |
Gündəm
“ŞÜKÜR, ADAM ÖLMƏYİB...” 2012-02-08 Əli Həsənov ölkənin gündəmində olan əsas mövzulardan danışdı
|
“Azərbaycan hələ Fransa prezidenti Nikola Sarkozi bu ideyanı ortaya atdığı gündən Türkiyənin yanında olub, bu gün də yanındadır və gələcəkdə də yanında olacaq. Azərbaycan ilk gündən bu qanunun qəbul edilməsinə qarşı mümkün olan bütün tədbirləri görüb, görür və gələcəkdə də görəcək. Azərbaycanın dəstəyi Türkiyənin rəsmi dairələrində lazımi səviyyədə dəyərləndirilib, dəyərləndirilir və gələcəkdə də dəyərləndiriləcək”. Bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “mediaforum” saytına müsahibəsində deyib. Şöbə müdiri əlavə edib ki, iki ölkə arasında münasibətlərin yaxşı olmasını istəməyənlər var: “Belə mətbuat orqanları həm Türkiyədə, həm Azərbaycanda, həm də başqa ölkələrdə var. Erməni lobbisinin dəstəyi ilə işləyən bəzi mərkəzlər var ki, fürsətdən istifadə edib Türkiyə ilə Azərbaycanı qarşı-qarşıya qoymaq, iki ölkə arasındakı yüksək səviyyəli münasibətləri pozaraq qarşıdurma yaratmaq, Ermənistan məsələsini yenidən Türkiyə ictimaiyyətinin diqqət mərkəzinə gətirmək istəyirlər”. Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğana yaxın qəzetlərin Azərbaycan prezidentini tənqid edən yazılarına gəlincə, Ə. Həsənov “Türkiyəyə dəstək verən rəsmi mövqe və fəaliyyət ortaya qoyulub. Ona görə də mən qəzet yazılarını şərh etmək istəmirəm” deyib. Ötən ilin dekabrında İrana səfərindən sonra bu ölkə ilə əlaqələrə dair suala cavab verən PA rəsmisi bunları deyib: “Həll olunan məsələlər də var, həll olunmayan məsələlər də. İranın bəzi dairələri, xüsusilə də ruhani dairələri Azərbaycana, eləcə də Azərbaycanın bəzi dairələri, demokratik, azad mətbuatı və fərqli düşünən ziyalıları İrana həddindən artıq maksimalist tələblər irəli sürür, bəzi hallarda sərt bəyanatlar verirlər. Bir-birinin daxili işlərinə müdaxilə halları da mövcuddur. Amma çalışırıq ki, bu məsələlər rəsmi dövlət siyasətinə, münasibətlərə təsir etməsin”. Ötən ilin əvvəllərində başlayan korrupsiyaya qarşı mübarizə haqda danışan Ə. Həsənov görülən işləri yüksək dəyərləndirib: “Bu bir prosesdir ki, onu bir gün də olsun, dayandırmaq olmaz. Davamlı şəkildə bu işi aparmaq lazımdır və 2012-ci ildə də bu iş aparılacaq”. Ölkədə rüşvətxorluğun səbəblərindən danışan Ə.Həsənov deyib ki, bəziləri buna vərdiş edib: “Müəyyən qədər insanların vərdişləri də var, keçmiş mərəzdən qurtula bilmirlər, bəzi vətəndaşlarımızın qeyri-prinsipiallığı da var ki, öz məsələlərini tez həll etmək üçün rüşvətə əl atırlar. Eləcə də bəzi məmurların müəyyən sahələrdə öz vəzifələrindən sui-istifadə etməsi, qeyri-şəffaflıq halları da olur. Korrupsiya doğuran halların müxtəlif elementləri mövcuddur. Bunlar sistemli şəkildə öyrənilir və onlara qarşı sistemli şəkildə tədbirlər həyata keçirilir». PA rəsmisi iri nəqliyyat layihələrində yeyinti faktlarının diqqətdən kənarda qalması fikri ilə razılaşmayıb. O deyib ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada bu istiqamətdə müəyyən müzakirələr gedir: “Böyük layihələrin icrasında şəffaflığın təmin olunması, tenderlərin keçirilməsi, işin icrasına nəzarət, maliyyə xərclənmələri ilə bağlı Hesablama Palatasına və digər qurumlara müvafiq tapşırıq və tövsiyələr də verilib. Mən bununla bağlı ekspert deyiləm. Bir müsahibədə bunun təfərrüatına vara bilmərəm. Amma onu deyə bilərəm ki, bu sahələrlə bağlı məsələlər də dövlətin diqqətindədir”. Ə.Həsənov deyib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi üzərində iş tam yekunlaşıb: “Venesiya Komissiyası ilə müzakirələr keçirilib. Həm də bu müzakirələr Azərbaycanın təşəbbüsü ilə baş tutub. Bizim hər bir qanun layihəsini Avropa Şurası və Venesiya Komissiyası ilə məcburi şəkildə razılaşdırmaq öhdəliyimiz yoxdur. Sadəcə olaraq, özümüz ”Siyasi partiyalar haqqında" qanun layihəsinin beynəlxalq standartlara uyğun olub-olmaması ilə bağlı belə müzakirələr keçirdik. Bütövlükdə Venesiya Komissiyası qanun layihəsindən razıdır. Onlar bir neçə müddəanın başqa formada olmasını deyirdilər, amma biz bunu qəbul etmədik. Qanun layihəsi hazırlanıb və yaxın günlərdə parlamentə təqdim olunacaq". Vicdan məhbuslarının azadlığa buraxılması barədə sualı cavablandıran şöbə müdiri deyib ki, 2 apreldə həbs olunan şəxslərin məsələsi bugünlərdə Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin keçirdikləri görüşlərdə qaldırılıb: “Həmməruzəçilər onların cəzalarının yüngülləşdirilməsi və yaxud əfv edilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət ediblər. Bu haqda müvafiq olaraq Əfv Məsələləri Komissiyasına, komissiyanın sədri cənab prezidentə, eləcə də bu sahə ilə məşğul olan digər qurumlara müvafiq arzu və istəklərini bildiriblər. Bunları araşdırırıq. Bilirsiniz ki, əfv olunmaq üçün proseduralar var və onlar da gerçəkləşdirilməlidir. Bundan əvvəl bu siyahı üzrə üç nəfər əfv olunmuşdu. Yəqin ki, gələcəkdə AŞ PA həmməruzəçilərinin müraciətinə baxılacaq”. Dövlət qurumlarının qışa hazırlıqlı olmaması ilə bağlı tənqidlərə gəlincə, Ə.Həsənov deyib ki, belə təbiət hadisələrindən heç bir ölkə sığortalanmayıb: “Belə hadisələr olur. Hansı qəzetdə olmasından asılı olmayaraq bir jurnalist buna emosional münasibət bildirə bilər, birisi isə öz dünyagörüşünü yaza bilər. Amma mən ümumən hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti, yol, elektrik, qaz, su və sairə sahələrə cavabdeh strukturlar öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Şükür, adam ölməyib, böyük bir fəlakət baş verməyib. Baxın, Ukrayna kimi böyük dövlətdə artıq ölənlərin sayı onlarladır. Başqa ölkələrdə də həmçinin. Azərbaycanda, Bakıda günlərlə davam edən qarın, çovğunun qarşısında ciddi fəlakətlər olmayıbsa, deməli, hökumət strukturları qışa yetərincə hazırlıqlıdır və hər şey normaldır. Rayon və şəhərlər arasında yollar açıqdır. Cəmi iki-üç saat ərzində müəyyən problem yaranır və bunun da qarşısı alınır. Dünyanın mərkəzi sayılan Belçikada qarın yollarda yaratdığı tıxaclar zamanı avtomobillər dörd-beş saat yerindən tərpənə bilmir. Bununla müqayisədə Bakı şəhərində hər şey yaxşıdır. Əlbəttə ki, qar olan yerdə, şaxta olan yerdə problemlər də olacaq. Amma gəlin baxaq, Bakı şəhərinin, eləcə də bütün respublikanın işıqları davamlı yanır, yollar vaxtlı-vaxtında təmizlənir, küçələrə qum səpilir. Güclü qar yağandan, çovğun olandan bir gün sonra təxminən səhər saat 8-də Bakının aparıcı yolları ilə Əhmədlidən Prezident Administrasiyasına işə gəlmişəm və çox rahat çatmışam. Amma müəyyən yerlərdə problemlər ola bilər. Vəziyyəti bütövlükdə dəyərləndirəndə görürük ki, həm Bakıda, həm də başqa şəhərlərdə, bölgələrdə bütün infrastrukturlar, qurumlar bu qarlı-çovğunlu günlərdə öz işinin öhdəsindən gələ bilir". mediaforum.az 4120 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|